Erasmus KA2
Erasmus+ KA2
Key Actions 2, Erasmus+ çərçivəsində maliyyələşdirilən fəaliyyətlərin və layihələrin ümumi adıdır və İnnovasiyalar və təcrübələrin mübadiləsi üçün əməkdaşlıqdır. |
Bu layihələrin məqsədi təşkilatların tələbə və müəllim heyətinin təminatlarını yaxşılaşdırmaq və innovativ təcrübələri bölüşmək üçün birlikdə işləmək imkanı yaratmaqdır.
Erasmus + KA 2 - tərəfdaş ölkələrin ali təhsil müəssisələrinin Avropa universitetləri ilə təhsildə Avropa standartları sahəsində təcrübə mübadiləsi, bazar iqtisadiyyatına uyğun olan təhsil proqramlarının hazırlanması, müasir ədəbiyyatın təmin edilməsi, tədris bacarıqlarının səviyyəsinin artırılması üçün təlimlərin keçirilməsi, tələbələrin xaricdə təhsil alması, universitetlərin idarə olunmasının təkmilləşdirilməsi, universitetlərdə islahatların aparılması, universitetlərdə inzibati-professor-müəllim heyətinin ixtisasartırma proqramlarının hazırlanması və inkişaf etdirilməsinə əsaslanan əməkdaşlıq layihələrini nəzərdə tutur.
Erasmus+ KA2, layihələrdə iştirak edən fərdlərə, təşkilatlara və ölkələrə fayda təmin etmək üçün bütün səviyyələrdə Avropa fəaliyyətinin müsbət təsirini artırmağı hədəfləyir.
Azərbaycan Memarlıq və İnşaat Universiteti 2003-cü ildən Avropa Birliyinin layihələrində iştirak etməyə başlamışdır. AzMİU-nun iştirak etmiş olduğu layihələr:
-
“Binanın iqtisadiyyatı, inşa edilməsi və saxlanılması” - TACİS-TEMPUS (CD – JEP), 2003-2005
-
“Azərbaycanda enerji menecmenti üzrə magistr təhsili (AzEMMT)”- TACİS-TEMPUS (CD – JEP -25043),2005-2008
-
“ENOTES-Azərbaycanda ECDL Milli Operator və Test Mərkəzləri” - (530340-Tempus-1-2012-1- AZ-TEMPUS-JPHES ), 2012-2015
-
“ECONANO - Ekologiya mühəndisliyinin nanotexnologiya əsasında kurikulum islahatı və modernləşdirilməsi” - (543924-TEMPUS-1-2013-1-IT-TEMPUS-JPCR), 2013-2015
-
“RETHINK - Beynəlxalq məlumat mübadiləsi vasitəsilə təhsil islahatı”- (544178-TEMPUS-1-2013-1-PT-TEMPUS-JPCR), 2013-2016
-
“Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil tələblərinə uyğun yenidən qurulması və inkişafı – Nizami” – (561784-EPP-1-2015-1-FR-EPPKA2-CBHE-SP)- 2015-2018
-
“Rusiya Federasiyası,Çin və Azərbaycanda binaların enerji və ekoloji səmərəliliyi üzrə açıq və distant təhsil formatında peşəkar bakalavr hazırlığı” - (561732-EPP-1-2015-1-FR-EPPKA2) - 2016-2018
AzMİU-nun hazırda iştirak etdiyi layihələr:
-
“ITACA - Azərbaycanda Ekoloji Fövqəladə Vəziyyəti qarşılamaq üçün 3-cü dövr Təkmilləşdirilmiş Təhsil Kursunu dəstəkləyən İnnovativ Tədris Mərkəzi” - (609758-IT-2019-EPPKA2-CBHE-JP) - 2019-2023
-
“WORK4CE - XXI Əsrdə Sağlam və Təhlükəsiz İş Mühiti üçün Domenlərarası Kompetensiyalar” - 2020-2023
-
“GEOCLIC - Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kursları” - (619011-EPP-1-2020-1-KZ-EPPKA2-CBHE-JP) - 2020-2023