Universitet şəhərciyi

Azərbaycan Memarlıq və Inşaat Universitetinin iş prosesini təmin edan bina va qurguların faliyyəti aşağıdakı kimidir:

1.Tədris auditoriyalarının ümumi sahəsi - 49012m²-dir.

O cümlədən:

a) 1 saylı tədris korpusu -27805.8 m²

b) 2 saylı tədris korpusu -10100.09 m²

c) 3 saylı tədris korpusu -4283.0 m²

d) Əcnəbi Vətəndaşların hazırlığı fakültəsı -985.67 m².

   Azərbaycan Memarliq va Inşaat Universitetinin 2 va 3 saylı tədris korpuslarında yerləşən kitabxanaların ümumi sahəsi - 816.14m²-dir.

   Texniki Universitetin binasında yerleşen Yasamal rayon 1 sayli Tələbə Poliklinikası AZTU və AZMIU-nun tələbə və müəllim heyətinə xidmət edir.  Həmçinin 1 saylı tədris korpusunda tibb məntəqəsi fəaliyyət göstərir.

   Universitetin iaşə xidmət obyektləri:

"İdman kompleksində’"  idman zalı 1008 m² sahə təşkil edir.  "İdman komplesində"  trenajor, aerobika, güləş dzudo, voleybol və futzal idman zallarından istifadə olunur.   Laboratoriya, nəzəri və məşğələ dərslərinin tədris edildiyi auditoriyaların sahəsi -11030m²-dir.

Universitet şəhərciyinin direktoru, t.ü.f.d., dosent Aqşin Kərimov. 

Ünvan: Az 1073, Bakı, A. Sultanova küçəsi ,11, idman korpusu.

Əlaqə: 

E-mail: [email protected]

Tel.: (012) 539 05 85

Daxili nömrə: 700; 777

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.