Keyfiyyətə nəzarət mərkəzi

Keyfiyyətə nəzarət mərkəzi
    
Mərkəzin fəaliyyətinin məqsədi 
   
Mərkəzin fəaliyyətinin başlıca məqsədi, Universitetin bakalavr və magistratura səviyyələrində tədrisin keyfiyyətinin nəzarəti, onun daha da yüksəldilməsini və bu sahədə mütərəqqi təcrübələri tətbiq etməklə, rəqabət qabiliyyətli, bacarıqlı, savadlı mütəxəssislərin hazırlığına imkan verən səmərəli tədris mühiti yaratmaqdır.

Mərkəzin əsas vəzifələri
Mərkəzin vəzifələri aşağıdakılardır:
- tədrisin keyfiyyətinin yüksəldilməsi üzrə inkişaf konsepsiyalarının formalaşdırılması və onların həyata keçirilməsinə dair təkliflər hazırlamaqla yanaşı  icrasında iştirak etmək;
- professor-müəllim heyəti tərəfindən tədris olunan fənlərin proqramları və metodik materiallarının keyfiyyəti ilə ekspertizalar təşkil etmək;
- tədris-metodiki işin məzmunu, forma və metodlarının təkmilləşdirilməsi sahəsində metodiki tövsiyələri işləyib hazırlamaq;
- tədris prosesinin monitorinqi və tədris prosesinin təşkilində kafedralara və digər struktur bölmələrə metodiki yardım etmək;
- tədris-proqram sənədlərinin və metodiki materialların işlənib hazırlanmasının keyfiyyətinə nəzarət etmək;
- tədris olunan fənlər üzrə sillabusların müvafiq kafedralar tərəfindən müasir standartlara uyğun olaraq təkmilləşdirilməsini təmin etmək;
- bakalavr və magistratura səviyyələrində tədris olunan fənlərin elektron mühazirə və məşğələ materiallarının sillabuslara uyğun olaraq tələbələrin şəxsi kabinetinə yerləşdirilməsinə nəzarət etmək:
- bakalavr və magistrantlar arasında tədrisin keyfiyyəti ilə əlaqədar sorğular keçirmək; 
- mərkəzin fəaliyyəti ilə bağlı daxil olan şikayətlərə baxmaq və müəyyən edilmiş qaydada tədbirlər görmək;
- mərkəzdə işlərin yerinə yetirilməsi zamanı müvafiq qayda və tələblərin pozulması halları aşkar edildikdə, bu halları araşdırmaq və rektorluğa  məlumat vermək; 
- elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi ilə bağlı bakalavr, magistrantlar və müəllimlərin təkliflərini toplamaq  və ümumiləşdirmək;
- mərkəzin fəaliyyətinin və strukturunun təkmilləşdirilməsinə yönəlmiş təkliflər vermək və rektorluğun bu istiqamətdə verdiyi tapşırıqlarını yerinə yetirmək;
- mərkəzdə xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tətbiq edilən innovasiyaların  səmərəliliyinin artırılmasını təmin etmək;
- mərkəzdə bakalavrın və magistrantın məlumat əldə etməsini asanlaşdırmaq məqsədi ilə elektron vasitələrin imkanlarından istifadə etmək;
- rektorluğun tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq və  mərkəzə tapşırılmış digər vəzifələri yerinə yetirmək; 

Mərkəzin əsas funksiyaları
Mərkəz ona həvalə olunmuş əsas vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: 
- tədrisin keyfiyyətinin yüksəldilməsi və inkişaf  konsepsiyalarının həyata keçirilməsi üzrə təkliflər hazırlayır və icrasında iştirak edir;
- professor-müəllim heyəti tərəfindən tədris olunan fənnlərin proqramlarının və metodik materiallarının keyfiyyəti ilə bağlı ekspertizalar təşkil edir;
- tədris-metodiki işin məzmunu, forma və metodlarının təkmilləşdirilməsi sahəsində metodiki tövsiyyələr işləyib hazırlayır;
- tədris prosesinin təşkilində kafedralara və digər struktur bölmələrə metodiki yardım edir;
- dərslərin aparılmasının, tədris-proqram sənədlərinin və metodiki materialların işlənib hazırlanmasının keyfiyyətinə nəzarət edir;
- sillabusların və fənn proqramlarının uyğunluğunun yoxlanılması və mövzularının müasirləşdirilməsi ilə əlaqədar müvafiq kafedralarla müzakirələr təşkil edir;
- bakalavrlar və magistrlar arasında tədris və univerisitetdə yaradılan şərait haqqında sorğular keçirir;
- sistemli analiz və proqnozlaşdırma əsasında tədrisin təkmilləşdirilməsi haqqında müvafiq strukturlara təkliflər verir.

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.