Elmi-tədqiqat strategiyası
Strateji hədəflər
|
Strateji fəaliyyət
|
İcra müddəti
(illər üzrə)
|
İcraçılar
|
Universitetin elmi tədqiqat potensialının ölkənin sosial iqtisadi tərəqqisinə istiqamətlənməsi
|
-Universitetin akademik heyətinin elmi innovative fəaliyyətinin ildən ilə artırılması və peşəkarlığın yüksəldilməsi
-Elmi tədqiqat labaratoriyalarının işinin təkmilləşdirilməsi, kadr potensialının və maddi-texniki bazasının gücləndirilməsi;
|
Mütəmadi
|
Elm və İnnovasiya məsələləri üzrə prorektorluq, İqtisadi və Təsərrüfat İşləri üzrə prorektorluq, Elmi tədqiqat şöbəsi
|
Universitetdə fəaliyyət göstərən elmi-tədqiqat laboratoriyalarından daha səmərəli istifadənin təşkili
|
-elmi-tədqiqat və elmi-tədqiqat sınaq laboratoriyalarının maddi-texniki bazasının lazımi şəkildə yenilənməsi
-həmin laboratoriyalarla müvafiq şirkətlər arasında tədqiqat istiqamətli əlaqələrin artırılması
|
Mütəmadi
|
Elm və İnnovasiya məsələləri üzrə prorektorluq, İqtisadi və Təsərrüfat İşləri üzrə prorektorluq, Elmi tədqiqat şöbəsi
|
Yerli və beynəlxalq tədqiqat proqramlarına müraciətlərin sayının artırılması;
|
- Yerli və beynəlxalq birgə tədqiqat layihələrində iştirakın dəstəklənməsi;
|
Mütəmadi
|
Elm və İnnovasiya məsələləri üzrə prorektorluq, Tədris İşləri üzrə prorektorluq, Beynəlxalq Əlaqələr üzrə prorektorluq
|
Elmi tədqiqat fəaliyyətinin təlim və tədris prosesinə inteqrasiyasını təmin etmək
|
-Təcrübi tədqiqatların aparılması və alınmış nəticələrin tədris prosesində tətbiq edilməsinə dair tövsiyyələrin hazırlanması;
-Müxtəlif ixtisas fənnlərinin proqramlarının hazırlanmasında elmi tədqiqat nəticələrinin nəzərə alınması;
|
Mütəmadi
|
Elm və İnnovasiya məsələləri üzrə prorektorluq, Tədris İşləri üzrə prorektorluq
|
Materialları “Web of Science” və “Scopus” bazalarına daxil edilən nüfuzlu beynəlxalq elmi tədbirləri (konfrans, konqres, forum və s.) təsis və təşkil etmək
|
-Qabaqcıl universitetlərin nümayəndələrini dəvət etməklə beynəlxalq səviyyəli konfransların təşkili;
-Tərəfdaş universitetlərlə birgə elmi tədbirlərin keçirilməsi;
-Nəzərdə tutulan tədbirlərin ardıcıl olaraq ildə bir dəfə təşkil edilməsi
|
2021-2025
|
Elm və İnnovasiya məsələləri üzrə prorektorluq, Beynəlxalq Əlaqələr üzrə prorektorluq, Elmi tədqiqat şöbəsi
|
Universitetin elmi nəşrlərinin beynəlxalq xülasələndirmə bazasına daxil edilməsi istiqamətində fəaliyyət
|
-Jurnalların internet səhifəsinin təkmilləşdirilməsi;
-Jurnalların fəaliyyətinin müvafiq nüfuzlu beynəlxalq bazaların tələbləri əsasında qurulması
-Beynəlxalq tərəfdaş universitetlərdən olan elm adamlarının universitetimizdə dərc olunan jurnalların redaksiya heyətinə cəlb edilməsi;
-Həmin jurnallarda dərc olunan məqalələrin hər birinə rəqəmsal identifikatorun (DOI) alınmasına dəstək verilməsi
|
2021-2025
|
Elm və İnnovasiya məsələləri üzrə prorektorluq, Elmi tədqiqat şöbəsi, Nəşriyyat bölməsi
|
2025-ci ilə qədər “Web of Science” və “Scopus” elmi platformalarına daxil olan yüksək kvartilli nəşrlərdə çap edilən məqalələrin sayını hər il artırması istiqamətində fəaliyyət
|
-Nüfuzlu nəşrlərdə əsər çap edilməsinin stimullaşdırılması mexanizminin daim təkmilləşdirilməsi;
-Universitetin müəllim və tədqiqatçılarının beynəlxalq elmi platformalarda müvafiq qeydiyyatı (ORCİD, WoS, Scopus, ResearchGate, Google Scholar) məqsədilə akademik profillərinin yaradılması;
-Beynəlxalq elmi dairələrdə tanınmaq və qlobal universitet reytinqlərində yüksəlmək məqsədilə WoS və SCOPUS bazaların bəzi əlavə alətləri (Incites, SciVal ve s.) imkanlarının dərindən öyrənilərək əlçatanlılığının təmin olunması;
-Universitetin akademik heyətinin elmi tədqiqat işlərinin nəticələrinin “Web of Science” bazasına daxil olan beynəlxalq elmi konfranslarda təqdim olunmasını təmin etmək.
|
2021-2025
|
Elm və İnnovasiya məsələləri üzrə prorektorluq, Elmi tədqiqat şöbəsi, Nəşriyyat bölməsi
|
Doktorantura təhsilini mütərəqqi dünya təcrübəsinə uyğunlaşdırmaq
|
-Doktorantura təhsilinin keyfiyyətinin artırılması;
-Dissertasiya mövzularının elmin aktual problemlərinə adekvatlığının təmin edilməsi;
-Nüfuzlu universitetlərdən elmi rəhbərlərin seçilməsi mexanizminin qurulması;
-Magistr və doktorantlar arasında müəllif hüquqlarına hörmət vərdişinin formalaşdırılması və onlara elmi tədqiqat bacarıqlarının aşılanması;
|
2021-2025
|
Elm və İnnovasiya məsələləri üzrə prorektorluq, Doktorantura şöbəsi, Magistratura mərkəzi
|
AzMİU-nun qlobal universitet olmasını dəstəkləmək üçün yenilikçi və müvafiq kitabxana xidməti üzrə fəaliyyətinin yüksəldilməsi
|
-Kitabxana resurslarının tələbələrin tədqiqat işlərində müvəffəqiyyət əldə etmələrini təmin etmək üçün yenilikçi yanaşma aparmaq;
-Bütün tələbələrə fayda verən yenilikçi rəqəmsal xidmət təklifi hazırlayaraq Universitetin təhsilini dəstəkləmək;
-Açıq elektron informasiya resurslarına əlçatanlığın təmin olunması məqsədilə kitabxana məzmununun, məlumatlarının və xidmətlərinin mövcudluğunu və əlçatanlığını artırmaq;
|
2021-2025
|
Elm və İnnovasiya məsələləri üzrə prorektorluq, Kitabxana
|
Universitet tədqiqatçılarının innovativ xarakterli elmi-tədqiqat layihələrini dəstəkləmək, aktual və müasir elmi problemlərin həllinə yönəlik fəaliyyətlər
|
-Qrant müsabiqələrində professor-müəllim heyətinin iştirakına dəstəyin göstərilməsi;
-İnnovasiya xarakterli layihələrin qrant müsabiqələrinə yönləndirilməsi;
-Elmi-tədqiqatların müasir tələblərə cavab verən maddi-texniki təminatı;
-Kafedralarda büdcə hesabına yerinə yetirilən elmi-tədqiqat işlərinin aktuallığına diqqətin artırılması, kafedralarda sifarişlər əsasında və layihələr çərçivəsində maliyyələşən elmi-tədqiqat işlərinin davamlı şəkildə aparılması;
|
2021-2025
|
Elm və İnnovasiya məsələləri üzrə prorektorluq,
|
Universitetdə elmi tədqiqat işlərinin təşviqi və tələbə və magistrantların elmi yaradıcılığa cəlb olunması
|
-Elmə meylli tələbələrin yaradıcılıq potensialının inkişaf etdirilməsi məqsədilə Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinin canlandırılması
|
2021-2025
|
Elm və İnnovasiya məsələləri üzrə prorektorluq, Tələbə Elmi Cəmiyyəti
|
Strateji hədəflər
|
Strateji fəaliyyət
|
İcra müddəti
(illər üzrə)
|
İcraçılar
|
Universitetin elmi tədqiqat fəaliyyətinin əsas istiqamətləri
|
-Elmi tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsi;
-Laboratoriyalarda prioritet mövzuların planlaşdırılması;
-Kadr potensialının və infrastrukturun gücləndirilməsi;
|
2015-2020
|
Elm və İnnovasiya məsələləri üzrə prorektorluq, İqtisadi və Təsərrüfat İşləri üzrə prorektorluq, Elmi tədqiqat şöbəsi
|
AzMİU-nun təhsil-tədqiqat-innovasiya mərkəzinə
çevrilməsinə dəstək yönümlü fəaliyyət
|
Laboratoriya bazasının gücləndirilməsi, inşaat sahəsinə tövhə verən sınaq laboratoriyalarının yaradılmasına hazırlıq işlərinin aparılması;
|
2015-2020
|
Elm və İnnovasiya məsələləri üzrə prorektorluq, İqtisadi və Təsərrüfat İşləri üzrə prorektorluq, Elmi tədqiqat şöbəsi
|
Beynəlxalq və respublika səviyyəli konfransların təşkili
|
-Dünyanın müxtəlif universitetlərindən professor-müəllim heyətini dəvət edərək, ümumi qəbul edilmiş standartlar səviyyəsində konfransların təşkili;
-Keçirilən konfransların davamlılığının təmin edilməsi;
-Konfrans nəticələrinin tanınmış nəşriyyatlarda işıqlandırılması;
|
2015-2020
|
Elm və İnnovasiya məsələləri üzrə prorektorluq, Beynəlxalq Əlaqələr üzrə prorektorluq, Elmi tədqiqat şöbəsi
|
Universitetdə nəşr olunan elmi jurnalların beynəlxalq bazalara inteqrasiyası
|
-Beynəlxalq indekslərin tələbinə uyğun olaraq jurnalların tərtibatı;
-Jurnal redaksiyasının heyətinə xarici alimlərin üzv olaraq qəbulu;
|
2015-2020
|
Elm və İnnovasiya məsələləri üzrə prorektorluq, Elmi tədqiqat şöbəsi, Nəşriyyat bölməsi
|
Universitet alimlərinin tədqiqat işlərinin nəticələrinin beynəlxalq elm aləmində tanıdılması
|
-Monoqrafiyaların, elmi məqalələrin hazırlanması və yüksək reytinqli
jurnallarda, bazalarda öz əksini tapması istiqamətində görülən tədbirlərə diqqətin artırılması;
-Konfrans məqalələrinin “Thomson Reuters” bazasına daxil olan beynəlxalq elmi
nəşrlərdə dərc olunmasına nail olmaq;
|
2015-2020
|
Elm və İnnovasiya məsələləri üzrə prorektorluq, Elmi tədqiqat şöbəsi, Nəşriyyat bölməsi
|
Doktorantura səviyyəsində gənc alimlərin yetişdirilməsi istiqamətində görülən işlər
|
-Doktorant və dissertantların universitetdəki elmi-tədqiqatlara cəlb edilməsi;
-Doktorantura pilləsində təhsil alanların akkreditasiyadan keçməsinin təmin edilməsi;
|
2015-2020
|
Elm və İnnovasiya məsələləri üzrə prorektorluq, Doktorantura şöbəsi
|
Kitabxana istifadəçilərinin təqdim olunan resurslardan səmərəli istifadəsini təmin etmək
|
Universitet daxili əlaqələri gücləndirmək üçün kafedralarla və akademik şöbələrlə kitabxananın bağlantı şəbəkəsinin təşkili;
-Kitabxananın elektron məlumat bazasını inkişaf etdirmək;
-Kitabxana infrastrukturunun yenilənməsi üçün müvafiq tədbirlər işləyib hazırlamaq;
-Tədqiqat və tədris materiallarına məhdudiyyətsiz onlayn çıxış təmin etmək üçün geniş proqram həyata keçirilmək.
|
2015-2020
|
Elm və İnnovasiya məsələləri üzrə prorektorluq, Kitabxana
|
Tələbə və gənc tədqiqatçılarda elmi, yaradıcılıq və tədqiqatçılıq bacarıqlarının artırılması
|
-Tələbələrdə tədqiqatçılıq fəaliyyətinə və elmi metodların öyrənilməsinə motivasiyanın yaradılması və bu işdə TEC-in fəaliyyətinin gücləndirilməsi;
-Tədris materiallarının dərindən və yaradıcı şəkildə mənimsənilməsinə köməklik göstərilməsi;
-Elmə meylli tələbələrin yaradıcılıq potensialının inkişaf etdirilməsi.
|
2015-2020
|
Elm və İnnovasiya məsələləri üzrə prorektorluq, Tələbə Elmi Cəmiyyəti
|
Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.
Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.
Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.
Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.
İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.