Mexanika və İnformasiya Texnologiyaları fakültəsi
Fakültə haqqında
Tikinti sektorunda inşaat texnikasının rolunun əhəmiyyətli dərəcədə artması və istehsal proseslərində müasir informasiya texnologiyalarının tətbiqinin vacibliyi, bu sahələr üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanması zərurəti nəticəsində fakültə 1997-ci ildə "Mexanikləşdirmə və avtomatlaşdırma" adı ilə yaradılmışdır və rektorun 14.03.2013-cü il tarixli, 98/ş-d saylı əmri ilə adı dəyişdirilərək "Mexanika və İnformasiya Texnologiyaları" adlandırılmışdır. Fakültənin idarəetmə orqanları Elmi şura və dekanlıqdır. Elmi şura 15 nəfərdən ibarətdir.
Fakültənin dekanı: texnika elmləri namizədi, dosent Sabir Baladin oğlu Məmmədov
Fakültədə təhsil
Fakültədə ölkə iqtisadiyyatının müxtəlif sahələri üçün 5 ixtisas üzrə bakalavr səviyyəsində mütəxəssis hazırlığı aparılır. Həmin ixtisaslara Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanları müvəffəqiyyətlə keçənlər qəbul olunur. Fakültədə tədris azərbaycan, ingilis, rus dillərində olmaqla, əyani və qiyabi əsaslarla aparılır.
Fakültədə 835 tələbə təhsil alır. Onlardan 753 nəfər Azərbaycan dili, 58 nəfər ingilis dili, 24 nəfər rus dili bölməsində təhsil alır. Fakültədə yüksək ixtisaslı kadrların hazırlığında 1 akademik, 6 professor, 25 dosent olmaqla ümumilikdə 65 professor-müəllim heyəti tərəfindən tədris prosesi aparılır. Həmçinin Azərbaycan Respublikasında fəaliyyət göstərən nüfuzlu şirkətlərin aparıcı mütəxəssisləri müasir texnika və texnologiyalardan istifadə etməklə tədris prosesində iştirak edir. Fakültənin bütün kafedraları və ixtisaslaşdırılmış auditoriyaları yüksək sürətli internetlə təmin olunmuş, müasir tələblərə cavab verən 100-dən çox kompüterə malik 10 dərs otağı formalaşdırılmışdır. Xüsusi mühazirə auditoriyaları isə mühazirələrin elektron formada aparılması üçün proyektor və elektron lövhələrlə təchiz edilmişdir. Yeni yaradılıb tələbələrin istifadəsinə verilmiş tədris laboratoriyaları da ən müasir cihaz və avadanlıqlara malikdir. Bütün bunlar təlim-tədrisin daha keyfiyyətli və maraqlı keçirilməsinə şərait yaradır. Hal-hazırda fakültədə aşağıdakı ixtisaslar üzrə kadr hazırlığı aparılır.
Bakalavr səviyyəsi |
Magistratura səviyyəsi |
İnformasiya texnologiyaları mühəndisliyi |
İdarəetmədə informasiya sistemləri |
İnformasiya təhlükəsizliyi | |
Maşın mühəndisliyi |
İnşaat yol maşınları və avadanlıqları |
Mexanika mühəndisliyi |
Maşınların möhkəmliyi və dinamikası |
Proseslərin avtomatlaşdırılması mühəndisliyi |
Texnoloji proseslərin avtomatlaşdırılması və idarə edilməsi |
Əməkdaşlıq sahələri
Fakültədə tədris və istehsalat təcrübələri bağlanılmış müqavilələrin şərtlərinə uyğun olaraq respublikanın müxtəlif istehsalat, xidmət müəssisələrində, şirkətlərdə, elmi-tədqiqat institularında, AMEA-nın İdarəetmə Sistemləri İnstitutu, AMEA-nın İnformasiya texnologiyaları İnstitutu, Azərbaycan Hidrotexnika və Meliorasiya Elmi-İstehsalat Birliyi, Sumqayıt Texnologiyalar Parkı (STP) MMC, "Neftqazmaş" MMC, Improtex Industires MMC, Azərtunel MMC, Bakı Neft Maşınqayırma Zavodu, Zabrat Maşınqayırma Zavodu, Binəqədi Tikinti Mexanikləşdirmə" ASC-də Universitet tərəfindən təyin olunmuş təcrübəli mütəxəssislərin rəhbərliyi ilə aparılır.
Mexanika və İnformasiya texnologiyaları fakültəsinin
Patent Nailiyyətləri
- 2003-cü il: Elmi-tədqiqat işinə görə 1 patent alınmışdır.
- 2005-ci il: 1 Beynəlxalq patent əldə edilmişdir.
- 2006-cı il: 2 Beynəlxalq patent təsdiqlənmişdir.
- 2007-ci il: 3 patent və 1 Beynəlxalq ixtira qeydiyyata alınmışdır.
- 2008-ci il: 11 patent əldə edilmişdir, bunlardan 5-i Avrasiya patenti olmuşdur.
- 2009-cu il: 1 Beynəlxalq patent və 5 Avrasiya patenti alınmışdır.
- 2010-cu il: 1 Beynəlxalq patent təsdiqlənmişdir.
- 2019-cu il: Daha 1 patent qeydiyyata alınmışdır.
Bu nailiyyətlər beynəlxalq səviyyədə elmi-tədqiqat fəaliyyətlərinin əhəmiyyətini və innovativ yanaşmalarını vurğulayır.