Tələbə Gənclər Təşkilatı
Təşkilatın tarixi Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı rəhbərinin «Azərbaycan Respublikasında gənclər və tələbələrlə işin təkmilləşdirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında» 2005-ci il 15 fevral tarixli 41 №li Sərəncamı ilə bağlıdır. Həmin sərəncamın icrası ilə əlaqədar Təhsil Nazirliyinin üzərinə düşən vəzifələrin icrasını təmin etmək məqsədilə Təhsil Naziri Misir Mərdanov «Azərbaycan Respublikasında gənclər və tələbələrlə işin təkmilləşdirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında» 2005-ci il 28 fevral tarixli 89 №li əmr imzalamışdır. Bununla bütün dövlət və qeyri-dövlət təhsil müəssisələrində tələbələrin sayından asılı olaraq tələbə-gənclər təşkilatlarının yaradılması başlanıldı.
2005-ci ilin 3 iyun tarixində universitetimizdə Tələbə Gənclər Təşkilatı yaradıldı. Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərini tənzimləmək məqsədilə 2005-ci ilin 6-7 may tarixlərində Gənclər, İdman və Turizm Nazirliyi (indiki Gənclər və İdman Nazirliyi) və Təhsil Nazirliyi «Ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən Tələbə-Gənclər Təşkilatlarının Əsasnaməsi»ni təsdiq etmişlər. 2007-ci ildə isə, Əsasnamə yenidən işlənərək hər iki nazirlik tərəfindən təsdiq olunmuş, ali və orta ixtisas təhsili müəssisələrinə paylanılmışdır.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatı yarandığı gündən «Ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən Tələbə-Gənclər Təşkilatlarının Əsasnaməsi»nə uyğun olaraq fəaliyyət göstərir.
Təşkilatın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir. Təşkilatın əsas vəzifələri aşağıdakılardır:
- tələbələrin sosial problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi;
- tələbələr arasında maarifləndirmə işinin aparılması;
- tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi;
- tələbələrin hüquqlarının təmin edilməsi;
- respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi;
- tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq, əxlaqsızlıq və digər neqativ meyllərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi;
- tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların,
- toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kompaniyalarının, diskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi;
- tələbə və gənclərlə bağlı həyata
- keçirilən tədbirlər, habelə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələr barədə məlumatların çatdırılması məqsədi ilə qəzet və dərgilərin nəşr olunması;
- tələbələrin maraq və meyllərini, intellektual inkişafını təmin etmək üçün dərnəklərin, studiyaların, klubların, kursların, xidmətlərin təşkil edilməsi;
- tələbələrin problemlərinin öyrənilməsi və müvafiq qərarların qəbul olunması üçün Elmi Şuraya məsələlərin çıxarılması, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərliyi qarşısında vəsadətin qaldırılması;
- təhsil alan tələbələrin sayı, onların dərsə davamiyyəti, nizam-intizamı, yataqxana ilə təminatı barədə müvafiq kafedra və fakültələrdən məlumatların alınması;
- qanunvericilikdə qadağan edilməyən digər vəzifələrin həyata keçirilməsi.
2014-cü ilin 5 fevral tarixində «2 fevral – Azərbaycan Gənclər günü» münasibətilə Təşkilat 2013-cü ildəki uğurlu fəaliyyətinə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən mükatlandırılmışdır.
Sədr: Tacir Şirvan oğlu İsmayılzadə
mail: [email protected]
tel: (+994 012) 510-40-19; dax;5-83
instagram: azmiu.tgt.official
Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.
Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.
Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.
Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.
İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.