İnşaat fakültəsi
Fakültə haqqında
İnşaat fakültəsi 1920-ci ildə Bakı Politexnik İnstitutunun tərkibində yaradılmışdır.
1930-1934-cü illərdə müstəqil Memarlıq və İnşaat İnstitutu kimi fəaliyyət göstərmiş, 1934-1951-ci illərdə Azərbaycan Sənaye İnstitutunun tərkibinə daxil edilmişdir. 1951-1975-ci illərdə Azərbaycan Politexnik İnstitutunun tərkibində, 1975-ci ildə isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yarananda onun tərkibində müstəqil bir fakültə kimi fəaliyyət göstərmişdir. Fakültənin bakalavr, magistratura və doktorantura bölməsində inşaat mühəndisliyi ixtisası üzrə kadr hazırlığı aparılır.
Fakültə - İnşaat fakültəsi “İnşaat mühəndisliyi”, "Materiallar mühəndisliyi" və "Sənaye mühəndisliyi" ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük qismi bina və qurğuların layihələndirilməsi, inşaat konstruksiyalarının hesablanması və layihələndirilməsi, tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması, şəhər bələdiyyə tikintisi və təsərrüfatı, daşınmaz əmlakın idarə olunması və ekspertizası, metrologiya və standartlaşdırma sahəsində, tikinti materialları və məmulatları istehsal sənayesi, o cümlədən sement, gips, əhəng, quru qarışıqlar, beton qarışığı, beton və dəmir – beton məmulatları, kərpic və keramik məmulatlar, doldurucu (qum, çınqıl, qırmadaş) və s. məhsullar istehsal edən sənaye müəssisələrində çalışan, eləcə də materiallar mühəndisi, həmçinin inşaat komplekslərində və texnoloji proseslərin icrasında əməyin mühafizəsinin, həyat fəaliyyətinin təhlükəsizliyinin təminatı ilə məşğul olan mühəndislər respublikanın tanınmış mütəxəssis və alimləridirlər. Hal – hazırda fakültədə 13 professor, 41 elmlər namizədi, dosent, 16 baş müəllim, 2 müəllim və 14 assistent olmaqla 85 professor-müəllim heyəti öz dərin nəzəri və praktiki biliklərini tələbələrimizlə paylaşır. Onlardan 1 nəfəri inşaat sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi medalı" ilə təltif olunmuş, 2 nəfəri isə “Əməkdar müəllim” adına layiq görülmüşdür.
Bakalavr səviyyəsi üzrə ixtisaslar:
İnşaat mühəndisliyi 050617
Materiallar mühəndisliyi 050623
Sənaye mühəndisliyi 050638
Fakültədə təhsil
Fakültəyə daxil olmaq istəyən abituriyentlər Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında iştirak etməlidirlər. Fakültədə təhsil azərbaycan, rus və ingilis dillərində tədris edilir. Fakültə üzrə ixtisaslara qəbul Dövlət sifarişli (DS) və Ödənişli əsaslarla aparılır.
İstanbul Texniki Universiteti ilə ikili diplom haqqında müqavilə 26.09.2018-ci ildə imzalanıb (tələbə 2 il AzMİU-da sonrakı 2 il isə İTU-da təhsil alır).
Tədrisin təşkili
Tədrisin təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və universitetin müvafiq qərar və əmrləri əsasında aparılır. Tələbələr hər semestr dərs başlamazdan əvvəl fərdi tədris planlarını dekanlıqda təsdiq edir, onlara özünə nəzarət qrafikləri və kredit təhsil sisteminə aid əsasnamələr təqdim olunur.
Tədris prosesi zamanı tələbənin biliyinin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları və kredit təhsil sisteminin əsasnaməsinə uyğun aparılır. Aralıq və cari qiymətləndirmə aparıldıqdan sonra tələbənin fənn üzrə müvəffəqiyyət göstəricisi müəyyən olunur.
Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Tələbə 50 balı semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir:
dərsə davamiyyətə görə - 10 bal
sərbəst işə görə - 10 bal
məşğələ, seminar və ya laboratotiya dərslərinin nəticələrinə görə - 30 bal
Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğələ (seminar) və laboratoriya dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması və müdafiəsinə görə 10 bal verilir.
Tələbənin imtahanda topladığı bal 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 25%-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır.
Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:
51 baldan aşağı |
- "qeyri-kafi" (F) |
51-60 bal |
- "qənaətbəxş" (E) |
61-70 bal |
- "kafi" (D) |
71-80 bal |
- "yaxşı" (C) |
81-90 bal |
- "çox yaxşı" (B) |
91-100 bal |
-"əla" (A) |
4-cü kurs tələbələri, sonuncu (VIII) semestrdə müvafiq ixtisaslara aid müəssisə və qurumlarda təyin edilmiş təcrübə rəhbərinin nəzarəti ilə 14 həftəlik Texnoloji İstehsalat təcrübəsi keçir və sonda 100 ballıq sistem üzrə universitetdə yaradılmış komissiya tərəfindən qiymətləndirilir.
Tələbələr Yekun attestasiya üzrə Dövlət imtahanını verərək və ya buraxılış işini müdafiə edərək universiteti bitirmiş hesab edilir.
Təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi prosesi tədris olunan fənlərdən asılı olaraq semestrin (payız və yaz semestri) sonunda test və yazılı imtahan üsulu ilə keçirilir. Müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr təhsil aldığı müddətdə hər hansı fənn üzrə semestr imtahanını müvəffəqiyyətlə vermədiyi halda, akademik borc yaranır. Akademik borcun ləğv edilməsi üçün tələbənin dekanlığa müraciəti əsasında müvafiq semestr üzrə fərdi və alt qruplar üzrə dərslərdə iştirak edir və semestrin sonunda imtahan təşkil edilir. “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli, 348 nömrəli qərarında dəyişikliklər edilməsi barədə 3.2.14 bəndinə əsasən akademik borcun ləğv edilməsi üçün tələbənin dekanlığa müraciəti əsasında uyğun semestr üzrə müvafiq fənnin kreditinin 25 % ödənişilə təkrar imtahan verərək akademik borcunu ləğv etməsi imkanı mövcuddur.
Təhsil haqları
Qəbul planına əsasən qəbul olan tələbələrin əksəriyyəti dövlət sifarişi əsasında ödənişsiz təhsil alsalar da, öz hesabı ilə ödənişli əsaslarla təhsil alan tələbələr universitet ilə bağladıqları müqaviləyə əsasən hər semestr 1 ay ərzində illik təhsil haqının 50 faizini ödəyərək dərsə başlayırlar, digər 50 faiz təhsil haqqı isə qış tətilindən sonra ödənilir. Təhsil haqqı 2021-2022-ci tədris ili üçün 2000 AZN təşkil edir.
Mövcud qaydalara əsasən semestr nəticələri üzrə dövlət sifarişi ilə təhsil alan tələbələrin sayı qədər təqaüd yerləri ayrılır və müsabiqədə ödənişli tələbələr də iştrak etməklə onlara əlaçı (aylıq 130 AZN), zərbəçi (aylıq 110 AZN) və adi (aylıq 75 AZN) təqaüdlər verilir. Hər semestr tələbələrə əlavə təqaüd yerləri də ayrılır ki, bu zaman akademik borcu olmayan digər tələbələr də təqaüd alamaq imkanlarına malik olurlar.
Beynəlxalq əlaqələr
Təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə fakültə xarici ölkələrin texniki universitetləri ilə qarşılıqlı əlaqələrini genişləndirir. Beləki, son on il ərzində 8 beynəlxalq elmi-praktik konfrans keçirilmiş və fakültə Moska Dövlət İnşaat Universitetində Avrokodun tətbiqi ilə bağlı 1 onlayn konfransın iştirakçısı olmuşdur. “İnşaat elminin müasir problemləri” mövzusunda Elmi-Beynəlxalq konfrans 29-30 noyabr 2012-ci il, “Müasir İnşaatda Dəmir-Beton Konstruksiyalarını yeri” mövzusunda Beynəlxalq konfransı isə 14 iyul 2013-cü il tarixində keçirilmişdir. 26 noyabr 015-ci il tarixində “Müasir «Gobustone» məsaməli beton bloklarının istifadəsinin təşkilatı – texnoloji problemləri” mövzusunda Elmi- praktik konfaransı; 08 iyun 2016 ci il tarixində “Müasir məsaməli beton bloklarından istifadənin texniki-iqtisadi problemləri” mövzusunda Elmi- praktik konfaransı; 26 may 2017 -ci il tarixində “Qobustоne” məsaməli beton bloklarından tikilmiş binalarda tamamlama işlərinin təşkilatı–texnoloji problemləri” mövzusunda Elmi- praktik konfaransları keçirilmişdir. 29.03.2018-ci il tarixində İnşaat konstruksiyaları kafedrasının və dekanlığın təşəbbüsü ilə 3 beynəlxalq seminar, 29.03.2018-ci il tarixində İctimai fənlər kafedrası isə 1 beynəlxalq və 1 respublika konfrans keçirmişdir: “31 Mart Azərbaycanlıların Soyqırımı Günü” nə həsr olunan elmi konfrans və 01.05.2018-ci il tarixində “Milli-mənəvi dəyərlər: ənənə və müasirlik” mövzusunda Beynəlxalq Konfrans keçirilmişdir. 24-25-may 2019-cu il tarixində “TİKİNTİDƏ İNNOVASİYALAR” Ukrayna-Azərbayycan-1, 20-21-may 2020-cu il tarixində “TİKİNTİDƏ İNNOVASİYALAR” Ukrayna-Azərbayycan-2, 02-03 iyun 2021-cu il tarixində “TİKİNTİDƏ İNNOVASİYALAR” Ukrayna-Azərbaycan-3 Beynəlxalq Elmi-praktik konfransları keçirilmişdir.
RF-da “İnşaat Mövsümü -2010” İnşaat sərgisində və Beynəlxalq konfransda iştrak etmiş diplomlar qazanmışdır. 2011-ci ildə Cənubi Koreya Respublikasında Beynəlxalq konfranslarda iştrak etmiş, universitetlər və istehsalat müəssisələri ilə qarşılıqlı əməkdaşlıq müqavilələri imzalanmışdır. İstanbul Texniki Universiteti, Novosibirsk Dövlət Memarlıq və İnşaat Universiteti, Qazaxıstan Milli Texniki Universiteti, Saratov Dövlət Memarlıq və İnşaat Universiteti, Penza Dövlət Memarlıq və İnşaat Universiteti və s. universitetlərlə müqaviləllər imzalanmış və inşaat mühəndisliyi istiqamətində elmi və elmi-metodiki tədqiqatlar aparılmışdır. Həmçinin fakültə Beynəlxalq İnşaat Ali Məktəbləri Assosiasiyası ilə sıx əməkdaşlıq edir.
Fakültə ERASMUS və «MÖVLANƏ» beynəlxalq tələbə-magistr mübadiləsində iştirak edir və inşaatçı mühəndis təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə fakültə xarici texniki profilli məktəblər ilə professional əlaqələri genişləndirir.
Eləcə də, Böyük Britaniyanın Coventry Universiteti,Türkiyənin İstanbul Texniki Universiteti, Sakarya Universiteti, Kimya kafedrası D.İ.Mendeleyev adına “Rusiya Kimya-Texnologiya Universiteti”, Rusiya “Altay Dövlət Politexniki Universiteti”, “Kiyev Dövlət İnşaat və Memarlıq Universiteti”, “Xarkov Dövlət Memarlıq və İnşaat Universiteti”, “Odessa İnşaat və Memarlıq Universiteti”, “Gazi Universiteti”, “Ümumrusiya Mülki Mühafizə İnstitutu”, “Rusiya Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Dövlət Akademiyası”, “Moskva Dövlət İdarəetmə Akademiyası”, “Moskva Dövlət Aviasiya İnstitutu”, “Rusiya Elmlər Akademiyasının İdarəetmə Problemləri İnstitutu”, “Gürcüstan Respublikası Elmlər Akademiyasının Geologiya İnstitutu”, “Avropa irimiqyaslı qəzalar üzrə mərkəz”, “BMT-nin Mərkəzi Asiya və Qafqazda fəlakətlərin təhlükələrinin azaldılmasının Beynəlxalq strategiyası katibliyi”, "Oksfam" Humanitar Təşkilatı İngiltərə, NATO-nun xəttilə “Sülh naminə Beynəlxalq Əməkdaşlıq Təşkilatı” və s. ilə sıx əlaqələri vardır.
2018-ci ildə “Tikinti istehsalatının komputer modelləşdirilməsi”, 2021-ci ildə “Tikinti layihələrinin idarə edilməsi” laboratoriyaları açılmışdır.
Əməkdaşlıq sahələri
Fakültənin istehsalat və elmi-tədqiqat müəssisələri ilə də əlaqələri genişdir. Bağlanmış müqavilələr əsasında tələbələrimiz tədris istehsalat və tədris texnoloji təcrübələrini Bakının tanınmış inşaat şirkətlərində (“Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu”, “Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu”, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, “SOCAR”, “Paşa İnşaat”, “Gilan İnşaat”, “Akkord”, “BP”, “İCOM” və s.) keçirlər. “SOCAR”, “BP”, “AzərSu” və digər şirkətlərin təhsilə dəstək təqaüd proqramlarında tələbələrimiz iştrak edirlər və bu proqramların qalibləridirlər.
Tələbələrimiz həmçinin Akkord STİK ASC, Norm MMC, “Gilan Beton” MMC, “Sika” Group, “Basf Caspian Yapı Kimyasallar Sənaye” MMC, “Mətanət A” şirkəti, Garant İnşaat Sənaye, Holcim (Azərbaycan) ASC, AS İnşaat MMC, "Expert Beton" MMC müəssisələrində, FHN – nin müxtəlif qurumlarında, Ekologiya və təbii sərvətlər, Əmək və əhalinin sosial müdafiəsi nazirliklərinin obyektlərində və s. bu kimi müəssisələrdə çalışmaq imkanı əldə edirlər.
Karyera imkanları
Fakültəni bitirən mütəxəssislər inşaat mühəndisliyi, sənaye və mülki tikinti, şəhər bələdiyyə tikintisi və təsərrüfatı, daşınmaz əmlakın idarə olunması və ekspertizası sahəsində çalışmaqla yanaşı Akkord STİK ASC, Norm MMC, “Gilan Beton” MMC, “Sika” Group, “Basf Caspian Yapı Kimyasallar Sənaye” MMC, “Mətanət A” şirkəti, Garant İnşaat Sənaye, Holcim (Azərbaycan) ASC, AS İnşaat MMC, "Expert Beton" MMC müəssisələrində, FHN – nin müxtəlif qurumlarında, Ekologiya və təbii sərvətlər, Əmək və əhalinin sosial müdafiəsi nazirliklərinin obyektlərində təcrübə keçir və uğurla çalışırlar.
Tədqiqat istiqamətləri
Nazikdivarlı dəmir-beton fəza konstruksiyalarının qeyri-xətti nəzəriyyələrlə statika, dinamika və dayanıqlıq məsələlərinin tədqiqi, Dövlət büdcəsi ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin hesabatı, 2006-2010-cu illər, 2010-2015-ci illər, Çoxmərtəbəli, monolit binaların inşasının yeni texnologiyasının metodikasının hazırlanması, Böyük aşırımlı müstəvi sistemlərin və birtərəfli rabitələri olan qurğuların metal konstruksiyalarının gərginlik və deformasiya hallarının tədqiqi, Qurğuların dinamikasının və zəlzələyə davamlığının nəzəri-eksperimental tədqiqi, Mühəndis sistemlərinin rekonstruksiyası və texniki istismarı, şəhər ərazilərinin mühəndis hazırlığı. “Təhlükəli tullantıların yaratdığı föqəladə hallar və onların idarə olunmasının təkmilləşdirilməsi","Məişət tullantılarının yandırılmasından alınan küllərin inşaat materiallarının hazırlanmasında tətbiqi" və “Karbohidrogenlərin funksional törəmələrinin sintezi və tədqiqi” istiqamətlərində elmi-tədqiqat işləri yerinə yetirilir.
Tədris olunan fənlər üzrə son 5 ildə çap olunan dərslik və dərs vəsaitləri
1.M.Ə.Hacıyev, R.D.Əliyev., F.M.Quliyev. Əyilən dəmirbeton elementlərin normal kəsiklər üzrə möhkəmliyə hesablanması. Bakı, 2019, AzMİU “Nəşriyyat-poliqrafiya mərkəzi”, 120s.
2.R.D.Əliyev, C.A.Quliyev, F.M.Quliyev. Dəmirbeton konstruksiyalar. Bakı, 2019, AzMİU “Nəşriyyat-poliqrafiya mərkəzi”, 376s.
3. Н.Г.Сеидов, Р.Д.Алиев. Примеры расчета прочности железобетонных изгибаемых элементов по нормальным сечением. Bakı, 2020, AzMİU “Nəşriyyat-poliqrafiya mərkəzi”, 52s.
4. М.А.Гаджиев, Р.Д.Алиев, С.М.Алаева. Устойчивость зданий и сооружений. Bakı, 2019, AzMİU “Nəşriyyat-poliqrafiya mərkəzi”, 102s.
5.V.Ə.Hacıyev. Tavaların hesablanması. Bakı, 2019, AzMİU “Nəşriyyat-poliqrafiya mərkəzi”, 90s.
6. I.Kh.Poluxov. An example of degree work on the metal structures. Bakı, 2019, AzMİU “Nəşriyyat-poliqrafiya mərkəzi”, 136s.
7. I.Kh.Poluxov. An example of degree work on the reinforced concrete structures. Bakı, 2019, AzMİU “Nəşriyyat-poliqrafiya mərkəzi”, 104s.
8. I.Kh.Poluxov. Metal structures. Bakı, 2019, AzMİU “Nəşriyyat-poliqrafiya mərkəzi”, 138s.
9. Н.Г.Сеидов, М.А.Гаджиев, М.М.Дамиров. Монолитные железобетонные конструкции многоэтажных зданий. Пример выполнения курсового проекта. 80 s.(qrif alınıb, çapdadır)
10. M.Ə.Hacıyev, R.D.Əliyev, M.M.Dəmirov. Mühəndis dəmirbeton konstruksiyaları. 154 s. .(qrif alınıb, çapdadır)
11. M.Ə.Hacıyev. Differensial tənliklərin ədədi həll üsulları. 222 s (qrif alınıb çapdadır).
12. Fərzəliyev S.A. Tikintidə idarəetmə. Dərslik. 2015. 315 səh
13. Fərzəliyev S.A. Tikinti istehsalatının təşkili, planlaşdırılması və idarə oliunması. Dərslik. 2020. 463 səh
14. Fərzəliyev S.A, Bələgözov Ə.M. Monolit dəmirbeton işlərinin texnologiyası. 2019. Dərsvəsiti. 215 səh
15. Bələgözov Ə.M. Monolit və yığma –monolit dəmir betondan bina və qurğuların tikintisinin texnologiyası. 2017. Dərslik. 413 səh
16. Salahov M.Ə. Xüsusi təyinatlı bina və qurğuların inşasının texnologiyası və təşkili. 2017. Dərslik. 394 səh
17. Salahov M.Ə. Tikinti istehsalatının texnologiyası fənninin nəzəri və praktiki məsələlərinin həllinə dair. 2019. Dərs vəsiti. 178 səh
18. Quliyev R.H, Nəbiyev A., Nəqliyyat tikintisinin iqtisadiyyatı. Dərs vəsiti.
19. K.R. Əliyeva “Azərbaycan Multikulturalizmi”. Ali məktəblər üçün dərslik. Bakı, 2017
20. K.R. Əliyeva ”Azərbaycan Multikulturalizmi” (Ali məktəblər üçün dərslik) Bakı 2019. (Azərbaycan,rus, ingilis, dillərində).
21. D.Y. İsmayılov “History of Azerbaijan”. Dərslik .Bakı, 2017.
22. D.Y. İsmayılov “Ethics” (ingilis dilində). Dərslik. Bakı, 2017.
23. K.R. Əliyeva, V.Ş. Əhmədova Mədəniyyətşünaslıq: mahiyyəti, predmeti, konsepsiyaları, dərs vəsaiti, Bakı 2020, 120 səh
24. K.R. Əliyeva, V.Ş. Əhmədova Азимут научных иследований экономика и управление. Том 9 N4 (33)- 2020. Мультикультурализм как новая политическая парадигма нового мирового порядка, 3 səh – 2020
25. Əliyev İ.Q., Quliyev F.M. “Texnoloji ölçmələr” fənninin proqramı. AzMİU, Bakı-2018, 15 səh.
26. Мамедов Ш.А. Упругая муфта. Патент на изобретение № 2569689, 02 ноября 2015 года, 6 стр.
27. Мамедов Ш.А. Металлический вертикальный сейсмостойкий резервуар. Патент на изобретение, № 2015134370, 10 января 2017 года.
28. Мамедов Ш.А. Сейсмостойкое многоэтажное здание. Патент на изобретение, № 2613386, 16 марта 2017 года.
29. Мамедов Ш.А. Многоэтажное здание повышенной устойчивости. Патент на изобретение, № 2606895, 10 января 2017 года.
30. Мамедов Ш.А. Многоэтажное здание. Патент на изобретение, № 2613691, 21 марта 2017 года.
31. Yusifov M.Z. Bina və qurğuların texniki vəziyyətinin təhlili. Dərs vəsaiti. 2021. 217 səh.
32. Yusifov M.Z., Latifov F.S., Əlizadə N.İ. Free Vibrations of Heterogeneous Orthotropic Cylindrical Shells Reinforced by Annular Ribs and Filled by Fluid. Journal of Applied Mechanics and Technical Physics, 2020. 486-493
33. Yusifov M.Z., Latifov F.S., Əlizadə N.İ. Свободные колебания подкрепленных поперечными ребрами неоднородных ортотропных цилиндрических оболочек, заполненных жидкостью. Прикладная механика и техническая физика. 2020. Т. 61, N◦- 3. 198-206.
34. Quliyev F.M. Bina və qurğuların müayinəsi və sınağı. Dərs vəsaiti. 2021. 305 səh.
35. Şirinzadə İ.N., "Materialşünaslıq"dərslik , Bakı 2018, s.314
36. Sərdarov B.S., Həsənzadə Ə.B., Haqverdiyeva T.A., Əkbərova S.M."Betonşünaslıq" dərslik , Bakı 2017, s.461.
37. Sərdarov B.S., Haqverdiyeva T.A, X.B.Camalova, M.E.Ağazadə Beton doldurucularının texnologiyası”, metodik göstəriş, bakı, 2017, s.55
38. Haqverdiyeva T.A, R.A.Qurbanova, V.U.Şahmarov, M.Z.Əzimi, X.B.Camalova, Betonşünüslıq”, metodik göstəriş, Bakı, 2017, s.70
E-mail: [email protected]