Mövlanə Mübadilə Proqramı
Mövlanə Mübadilə Proqramı (MMP)– Türkiyə daxilində təhsil verən ali təhsil müəssisələri ilə ölkə xaricində təhsil verən ali təhsil müəssisələri arasında tələbə və pedaqoq mübadiləsini həyata keçirmək məqsədi daşıyır. Türkiyənin Yükseköğretim Kurulu – YÖK tərəfindən həyata keçirilən Mövlana Mübadilə Proqramına 2011-ci ildən start verilmişdir (https://www.yok.gov.tr/ogrenci/yok-bursuve-destekleri). |
Partnyor Universitetlərdən olan tələbə və müəllimlər qarşılıqlı olaraq bu proqramdan yararlana bilərlər. Mübadilə proqramında iştirak etmək istəyən tələbələr ən azı bir, ən çoxu iki semestr təhsil üçün, pedaqoqlar isə ən azı 2 həftə, ən çoxu 3 ay müddətə Türkiyədəki ali təhsil müəssisələrində (ikitərəfli Mövlana Mübadilə Protokolu imzalandığı halda) dərs deməklə proqramdan faydalana bilərlər. Universitetlərdə tədris türk və ya ingilis dillərində aparılır.
Mövlanə Mübadilə Proqramında iştirak şərtləri:
Tələbələr:
-
Tələbə AzMİU-nun I, II və III kurs bakalavr/ I kurs magistr tələbəsi və ya doktorantı olmalıdır;
-
Bakalavr tələbələrinin ümumi akademik orta balı 4 üzərindən ən azı 2.5 olmalı;
-
magistr və doktorantların ümumi akademik orta balı 4 üzərindən ən azı 3 olmalı;
Tələb olunan sənədlər:
-
Transkript
-
Təhsil alacağı universitetin tədris dilinə müvafiq türk (TYS-Türkcə Yeterlilik Sınavı) və ya ingilis dili setifikatı (minimum B1). İngilis dilindən sertifikatı olmayan tələbələr üçün AzMİU-nun Əcnəbi dillər kafedrası tərəfindən dil səviyyə imtahanı keçirilir.
-
Namizədin ərizə forması (Aday öğrenci başvuru formu)
-
Tələbə haqqında məlumat forması (Öğrenci bilgi formu)
-
Xarici pasportun surəti
-
3×4 şəkil – 2 ədəd
Tələbələr tələb olunan sənədlərin əslini (3 nüsxədə) və elektronunu qurum koordinatoruna təqdim etməlidirlər.
-
Mübadiləyə qoşulmaq imkanı qazanan tələbələrə Ali Təhsil Şurası (YÖK) tərəfindən təhsil müddətində aylıq 1000 TL təqaüd verilir. Tələbələr alacaqları təqaüdün 70%-ni aylıq, qalan hissəni isə keçdiyi dərslərin müvəffəqiyyəti əsas götürülərək, uğurlu dərslərin ballarının ümumi almış olduğu dərslərə nisbəti nəzərə alınaraq ödənilir.
-
Tələblər sadəcə öz doğma ali təhsil müəssisələrinə borclu olduqları təhsil haqqını ödəyirlər, mübadilə proqramı çərçivəsində gedəcəyi ali təhsil müəssisəsinə isə heç bir təhsil haqqı ödəmirlər.
-
Proqramdan faydalanmaq arzusunda olanlar həmin ali təhsil müəssisələrinin Mövlana Mübadilə Proqramı Koordinasiya mərkəzinə müraciət edə bilərlər.
-
Mövlana Mübadilə Proqramı çərçivəsində ölkə xaricində təhsil alan tələbənin aldığı dərslər Təhsil Protokolunda dərslərin uyğunluğu açıqca göstərildiyi səbəbindən tələbə vətənə döndüyündə tələbə il itkisinə məruz qalmır.
Müəllimlər:
-
AzMİU-da çalışan ixtisas fənnləri üzrə tədris aparan akademik heyət proqramda iştirak edə bilər.
-
Mübadilə dövründə pedaqoqların akademik fəaliyyəti toplam 6 saatdan az olmamalıdır.
-
Dərs saatlarının həftəlik 6 saatı doldurmaması zamanı seminar, konfrans və diskussiyaların keçirilməsi kimi akademik fəaliyyət də nəzərə alınır.
-
Müəllim haqqında məlumat blankı (Öğretim Elemanı Bilgi Formu)
-
CV (akademik fəaliyyəti, nailiyyət və nəşrləri ətraflı qeyd olunmaqla)
Mübadilə proqramında iştirak edən universitetlərin siyahısı (əlavə olunur)
MÖVLANƏ MÜBADİLƏ PROQRAMI TƏQVİMİ
(Təqvim hər tədris ilinə görə dəyişə bilər)
Tərəfdaş universitetlər tərəfindən MMP elanlarının verilməsi |
04 - 15 fevral |
Mübadilə üçün ərizələrin qəbulu |
18 fevral - 11 mart |
Ərizələrə baxılması |
12-18 mart |
Müraciətlərin YÖK-ə göndərilməsi |
22 mart |
Mövlanə Mübadilə Proqramına sənəd qəbulu AzMİU-nun rəsmi saytında, eləcə də Xarici əlaqələr şöbəsinin facebook səhifəsində (https://www.facebook.com/International-Relations-Department-of-AUAC-AzM%C4%B0U-253281011524538/) elan olunur.
Mövlana Mübadilə Proqramı çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə əməkdaşlıq edən universitetlərin siyahısı
Əlaqə üçün:
Proqram koordinatoru
Şirinova Könül
e-mail: [email protected]
Tel.:+994124341597
Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.
Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.
Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.
Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.
İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.