Dil mərkəzi

Əcnəbi dillər kafedrası
Dil mərkəzi

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliyinin artırılması üzrə Dövlət Proqramı çərçivəsində və AzMİU-nun beynəlmiləlləşmə strategiyasına əsasən  rektorun əmri ilə Əcnəbi dillər kafedrasının nəzdində 7 iyun 2019-cu il tarixində  “Dil mərkəzi” yaradılmışdır. Əcnəbi dillər kafedrasının 2 müəllimi  “Dil mərkəzi”nin  heyəti olaraq seçilmişdir. Sözügedən müəllimlər AzMİU və Lester Universitetinin əməkdaşlığı sayəsində 2017-ci il iyun ayında “English for Engineers Course”,2018-ci il may ayında “Teaching English as a Second Language”, 2019-cu il fevral ayında “Teaching Training Programme” 2019-cu il 15-26 iyul tarixlərində Böyük Britaniyanın Lester Universitetində “English for Academic Purposes - Teacher Development Programme” adlı təlimləri müvəffəqiyyətlə keçib sertifikatlar əldə etmişlər. “Dil mərkəzi”nin  fəaliyyət istiqamətləri aşağıdakı kimi müəyyənləşdirilmişdir: 
1)    Erasmus, Tempus, Mevlana proqramları üzrə xarici ölkələrdə təhsil almaq istəyən bakalavr,  magistr, doktorant, müəllimlərə  ingilis dili üzrə şifahi və yazı imtahanlarının keçirilməsi.
2)    AzMİU-nun ingilis bölmələrinə qəbul olmuş tələbələrinin müsahibədən keçirilməsi,müsahibədən keçməyən və bütün fakültələr üzrə ingilis bölmələrində təhsilini davam etdirmək istəyən tələbələrə qış və yaz semestrinin sonunda xarici dildən oxu, yazı, dinləmə  və danışıq qabiliyyətlərinin qiymətləndirilməsi üçün imtahanların keçirilməsi.
3)    İngilis bölməsində təhsil alan tələbələrin ingilis dilində bilik və vərdişlərinin təkmilləşməsi məqsədilə kursların yaradılması.
4)    İngilis qruplarında aparılan dərslərin monitorinqi və keyfiyyətin müəyyənləşdirilməsi. 
5)    İngilis bölməsində dərs aparan müəllimlərin xarici dil biliklərinin inkişafı üçün kursların təşkili, səviyyə imtahanlarının keçirilməsi. 
6)    Rəhbərlik tərəfindən təqdim olunan sənədlərin tərcüməsi və  məqalələrin redaktə olunması.

       Dil mərkəzinin heyəti

 Müdir:
 Əcnəbi dillər  kafedrasının müdiri –f.ü.f.d., dos. Aygün Cahan qızı Məmmədova
 (ictimai əsaslarla)

 Üzvlər:
 Əcnəbi dillər  kafedrasının baş müəllimi –Afaq Şamil  qızı Xasayeva
 (böyük mütəxəssis)
 Əcnəbi dillər  kafedrasının müəllimi –Nigar  Ağa  qızı Ağayeva
 (böyük mütəxəssis)

 Əlaqə telefonu :
 Şəhər - 012-538-86-46    Daxili : 6-86
 Mail: [email protected] 

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.