Nəqliyyat fakültəsi
Fakültə haqqında:
Professor-müəllim heyəti: 7 professor, 39 dosent, 25 baş müəllim, 5 assistent
Təhsil alanlar: Ümumi tələbələrin sayı 1429 nəfərdir ki, bunlardan, 1163 nəfər əyani, 266 nəfər qiyabi təhsil alır.
Nəqliyyat fakultəsi 1975-ci ildə yaradılmışdır. Fakultə ilk dövrlərdə “Yol inşaat” fakültəsi adlanmışdır. Yaradıldığı ildən başlayaraq fakültəyə ardıcıl olaraq professor R.M.Əliyev (1975-1976), N.Ə.İsrafilov (1976-1986), dosentlər R.Q.Əskərbəyli (1986-1996), F.M.Cəfərov (1997-2000), Y.M. Piriyev (2000-2013) rəhbərlik etmişlər.
Fakültə nəzdində 4 kafedra fəaliyyət göstərir, bunlardan üçü ixtisas kafedrasıdır:
1. “Nəqliyyat və logistika”
2. “Geomatika”
3. “Fövqaladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi”
4. “Fizika və kimya”
Fakültədə təhsil
Fakültəyə daxil olmaq istəyən abituriyentlər Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir. Fakültədə təhsil Azərbaycan dilində aparılır. Fakültənin idarəetmə orqanları Elmi Şura və dekanlıqdır. Fakültə Elmi Şurasının tərkibi 15 nəfərdən ibarətdir (4 nəfər elmlər doktoru, professor, 5 nəfər elmlər namizədi, dosent, 4 nəfəri baş müəllim, 2 nəfər tələbə). Fakültə Elmi Şurasına fakültənin dekanı dosent Yusifzadə Elçin Nazim oğlu rəhbərlik edir. “Nəqliyyat” fakültəsi dekanlığında bakalavriat səviyyəsində 6 ixtisas üzrə mütəxəssis hazırlığı aparılır.
Fakültədə ixtisaslar üzrə mütəxəssis hazırlığı aşağıdakı kimi aparılır:
1. 050710–Yerquruluşu və daşınmaz əmlakın kadastrı
2. 050612–Geomatika və geodeziya mühəndisliyi
3. 050621 –Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
4. 050632 –Nəqliyyat mühəndisliyi
5. 050633 –Nəqliyyat tikintisi mühəndisliyi
6. 050614- Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
Qeyd: 050633 –Nəqliyyat tikintisi mühəndisliyi ixtisası Müstəqil Akkreditasiya və Reytinq Agentliyi (İAAR) tərəfindən 2024-cü ildə 5 illik beynəlxalq akkreditasiyadan keçmişdir.