Əcnəbi tələbələrin təhsili dekanlığı

Universitetdə əcnəbi vətəndaşların təhsili 1976-cı ildən həyata keçirilir.

Bu müddət ərzində dünyanın 60-dək ölkəsindən 3000-ə yaxın əcnəbi vətəndaş universiteti bitirmişdir.

Əcnəbi tələbələrin təhsili dekanlığı öz fəaliyyətində Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi Əsasnaməyə istinad edərək əcnəbi vətəndaşların universitetə qəbulu, yerləşdirilməsi, qeydiyyatı, Miqrasiya Xidməti ilə bağlı müvafiq işləri görür, Beynəlxalq təşkilatlar və səfirliklərlə əməkdaşlıq edir, əcnəbi tələbələr üçün mədəni proqramlar təşkil edir.

2021/2022-ci tədris ilində universitetdə 450 əcnəbi vətəndaş bakalavr, magistratura və doktoranturada təhsil alır.

Universitetdə təhsil alan əcnəbi  tələbələr azərbaycanlı tələbələr üçün müəyyən olunmuş hüquq və təminatlardan  istifadə etmək imkanına malikdirlər.   

Universitetimizin zəngin kitabxanası və kitabxanadakı  atmosfera və sistem tələbələri  daha da əzmlə çalışmağa  sövq edir (Library).

Universitetimizdə “İnşaat materialları”, “Abidələrin bərpası və mühafizəsi”, “Metal və ərintilər fizikası”, “Texnoloji maşın və avadanlıqların təkmilləşdirilməsi”, “Su təsərrüfatı və suyun ekologiyası”, “İnşaat materiallarında nanotexnologiyaların tətbiqi” adlı elmi-tədqiqat laboratoriyaları fəaliyyət göstərir ki, bu da laboratoriya dərslərinin təşkilində və tələbələrin elmi təcrübə aparmasında böyük rol oynayır.  

Yeni təmir olunmuş  yataqxana korpusu tələbələrin  istifadəsinə verilmişdir. Yataqxanada  kombi istilik sistemi qurulmuş,otaqlar  tələbələrin rahat işləmələri üçün  müasir mebel və avadanlıqla təchiz olunmuşdur. Yataqxana internet xətti ilə təmin olunmuş ,kompüter, idman.trenajor  zalları tələbələrin istifadəsinə verilmişdir.Yataqxananın universitetin tədris korpuslarına yaxınlığı da tələbələr üçün çox əlverişlidir.

Əcnəbi tələbələrin yaşayış yeri ilə təmin olunması məqsədilə digər ATM-lərin boş qalan yerlərindən,özəl şirkətlərin kirayə evlərindən də istifadə olunur (univerium.az),  (tələbə yataqxanası).

Dekanlıq tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsini təşkil edir. Universitet şəhərciyiTələbə klublarıSosial fəaliyyətİdman kompleksi.

Əcnəbi tələbələr universitetin  ictimai–siyasi, sosial, iqtisadi və mədəni həyatında fəal iştirak edirlər, beynəlxalq tədbirlər, konfranslara qatılırlar (xəbərlər və tədbirlər).

Əcnəbi vətəndaşlar üçün TOOLBOX

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.