Tikinti-iqtisad fakültəsi

Fakültə haqqında

Azərbaycan İnşaat Mühəndisləri  İnstitutunun  ən böyük fakültəsi “İnşaat” fakültəsi olduğundan(beş minə yaxın tələbəsi var idi) 1990-ci ildə  İnstitutun Elmi Şurasının qərarı ilə iki yerə bölünərək“İnşaat-I” və “İnşaat-II” müstəqil fakültələrə çevrildi. 1991-ci ildə yenidən İnstitutun Elmi Şurasının qərarı ilə  “İnşaat-II” fakültəsinin adı dəyişdirilərək “Tikinti-iqtisad” olmuşdur.
“Tikinti-iqtisad” fakültəsində  iki ixtisas üzrə kadr hazırlanırdı:

 - “Sənaye və mülki tikinti”;

 - “Tikintinin iqtisadiyyatı və idarə olunması”.

“Tikintinin iqtisadiyyatı və təşkili”  ixtisası ilk dəfə olaraq 1964-cü ildə Azərbaycan Politexnik İnstitutunun “İnşaat” fakültəsinin  tərkibində yaranmışdır. Sonradan bu ixtisas “Tikintinin iqtisadiyyatı və idarə olunması” adlandırılmışdır.
Fakültənin ilk dekanı “İnşaat mexanikası” kafedrasının dosenti Əliyev Telman Xurşud  oğlu olmuşdur.O, fakültəyə iki dəfə dekan vəzifəsinə seçilərək, 1990-2000-ci illərdə  fakültəyə rəhbərlik etmişdir.
2000-ci ildən fakültəyə “İnşaatın iqtisadiyyatı”kafedrasının  dosenti, əməkdar müəllim Məmmədova Nazimə Nağı qızı rəhbərlik etmişdir.
Dos. Məmmədova N.N. iki dəfə “Tikinti-iqtisad” fakültəsinə dekan vəzifəsinə seçilərək 2000-2011-ci illərdə fakültəyə rəhbərlik etmişdir.
Nazimə Nağı qızı Məmmədovaya 2006-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adı verilmişdir.
Hal-hazırda fakültənin dekanı “Biznesin iqtisadiyyatı və menecment” kafedrasının dosenti  Qəribov Rahad Tanrıverdi oğludur.

Fakültədə təhsil

Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində olmaqla, əyani və qiyabi formada aparılır. İxtisaslara qəbul TQDK-nın təşkil etdiyi imtahanların nəticəsinə əsasən həyata keçirilir. Hal-hazırda fakültədə 1217 əyani və 15 qiyabi bakalavr təhsil alır,  12 nəfər doktorant elmi tədqiqat işi ilə məşğul olur.

Təhsilin Bakalavr və magistr səviyyəsində  ölkədə aparılan iqtisadi islahatların tələblərinə müvafiq mütəxəssis hazırlığında  qeyd olunan istiqamətlər üzrə tədbirlərin mütəmadi həyata keçirilməsi prioritetlər kimi davam etdiriləcəkdir. Bunlar ilə yanaşı aşağıdakı prioritet istiqamətlərin həyata keçirilməsi nəzərdə tutulur:

1.     Universitetlə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə 20 oktyabr 2021-ci il  tarixində bağlanmış 21/14  saylı müqaviləyə  əsasən magistirlərin elmi tədqiqat  təcrübənin mütəmadi təşkili, eyni zamanda burada,  
    - kafedra əməkdaşlarının müvafiq ixtisasartırma kurslarının təşkili;
    - iqtisadiyyatın prioritet istiqamətləri üzrə birgə elmi – tədqiqat işlərinin aparılması
2.     SOCAR , Azəriqaz İB, İİT və KM və AR Auditorlar  Palatasında Elm-Təhsil-İslahat-İnnovasiya (ETİİ) Mərkəzinin yaradılması;
3.     Əməkdaşlıq etdiyimiz müəssisə və təşkilatlarda elmi dərəcəsi olan və yüksək  ixtisaslı mütəxəssislərin “Menecment”və “Biznesin idarə edilməsi” ixtisasları üzrə tədris prosesinə cəlb edilməsi ;
4.    “Azərbaycan İqtisad Elmi” elmi praktiki konfransının “Dayanaqlı inkişafın infrastruktur təminatı və rəqəmsal transformasiya amilləri” bölməsinin AzMİU-də təşkili və keçirilməsi;
5.     “Menecment” ixtisasında təhsil alan tələbələrin Cəlal Bayar Universiteti ilə bağlanmış müqaviləyə əsasən Erasmus+K1 proqramında Menecment və Enerji menecmenti istiqamətlərdə də  xarici ölkələrdə təcrübə proqramının keçmələrinin davam etdirilməsi;
6.    Kafedrada yerinə yetirilən Elmi-Tədqiqat işlərinin AMEA-nin İqtisadiyyat İnstitutunun, SOCAR-in, müvafiq ETİ-nin, müəssisə və təşkilatlarının Tematik Planlarına daxil edilməsi, koordinasiya olunmasl  istiqamətində konkret tədbirlərin həyata keçirilməsi;
7.    Türkiyənin Sakarya Unuversitetinin  İşlətmə Fakültəsi ilə menecment ixtisası üzrə bakalavr və magistr səviyyəsində ikili diplom çərçivəsində mütəxəssis hazırlığının  təşkili məqsədi ilə əməkdaşlığın yaradılması və bu istiqamətdə konkret tədbirlərin işlənilməsi  və həyata keçirilməsi;
8.    2021-2022-ci illərdə “Strateji menecment” və “Tikinti Menecmenti” dərsliyinin nəşrinin təmin edilməsi ;
9.    Tədris proqram və planlarının müasir təhlillərə müvafiq mütəmadi yeniləşdirilməsi;
10.    Prioritet istiqamətlər üzrə ixtisasların  (azərbaycan, ingilis) yaradılması təkliflərinin hazırlanması;
11.    Elmin inkişaf fondu  “Partuyo”-un qrant layihələrində iştirakı təmin etmək;
12.    Posft-konfilik dövründə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarda işğaldan azad olunmuş ərazilərin bərpası, iqtisadiyyatın sahələri üzrə yeni infrastruktur layihələrinin  tədqiqi, bu sahədə aparılan  seminarlarda,  elmi-praktiki konfranslarda elmi məruzələr ilə iştirak etmək, təkliflər hazırlamaq.
 

Tədrisin təşkili

Dərslər mühazirə, seminar, laboratoriya, kurs layihəsi, kurs işi formasında təşkil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və universitetin müvafiq qərar və əmrləri əsasında aparılır. Tələbələr hər semestr dərs başlamazdan əvvəl fərdi tədris planlarını dekanlıqda təsdiq edir, onlara özünə nəzarət qrafikləri və kredit təhsil sisteminə aid əsasnamələr təqdim olunur. Tədris pressesi zamanı tələbənin biliyinin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları və kredit təhsil sisteminin əsasnaməsinə uyğun aparılır. Aralıq və cari qiymətləndirmə aparıldıqdan sonra tələbənin fənn üzrə müvəffəqiyyət göstəricisi müəyyən olunur. Təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi prosesi tədris olunan fənlərdən asılı olaraq semestrin (payız və yaz semestri) sonunda test və yazılı imtahan üsulu ilə keçirilir. 

Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir:

dərsə davamiyyətə görə  - 10 bal

sərbəst işə görə - 10 bal

məşğələ, seminar və ya laboratotiya dərslərinin nəticələrinə görə - 30 bal

Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğələ (seminar) və laboratoriya dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması və müdafiəsinə görə 10 bal verilir. 

Tələbənin imtahanda topladığı bal, 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 25%-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır. 

Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:

51 baldan aşağı

- "qeyri-kafi"  (F)

51-60 bal

- "qənaətbəxş"  (E)

61-70 bal

- "kafi" (D)

71-80 bal

- "yaxşı" (C)

81-90 bal

- "çox yaxşı" (B)

91-100 bal

"əla" (A)

4-cü kurs tələbələri, sonuncu (VIII) semestrdə müvafiq ixtisaslara aid müəssisə və qurumlarda təyin edilmiş təcrübə rəhbərinin nəzarəti ilə 14 həftəlik Texnoloji İstehsalat təcrübəsi keçir və sonda 100 ballıq sistem üzrə universitetdə yaradılmış komissiya tərəfindən qiymətləndirilir.

Tələbələr Yekun attestasiya üzrə Dövlət imtahanını verərək və ya buraxılış işini müdafiə edərək universiteti bitirmiş hesab edilir. 

Müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr təhsil aldığı müddətdə hər hansı fənn üzrə semestr imtahanını müvəffəqiyyətlə vermədiyi halda, akademik borc yaranır. Akademik borcun ləğv edilməsi üçün tələbənin dekanlığa müraciəti əsasında müvafiq semestr üzrə fərdi və alt qruplar üzrə dərslərdə iştirak edir və semestrin sonunda imtahan təşkil edilir. “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli, 348 nömrəli qərarında dəyişikliklər edilməsi barədə 3.2.14 bəndinə əsasən akademik borcun ləğv edilməsi üçün tələbənin dekanlığa müraciəti əsasında uyğun semestr üzrə müvafiq fənnin kreditinin 25 % ödənişilə təkrar imtahan verərək akademik borcunu ləğv etməsi imkanı mövcuddur.

Təhsil haqları

İxtisaslar üzrə illik təhsil haqqı əyani şöbə üzrə 2300 AZN, qiyabi şöbə üzrə isə 1900 AZN-dir. Mövcud qaydalara əsasən semestr nəticələri üzrə dövlət sifarişi ilə təhsil alan tələbələrin sayı qədər təqaüd yerləri ayrılır və müsabiqədə ödənişli tələbələr də iştirak etməklə onlara adi (aylıq 75 AZN), zərbəçi  (aylıq 110 AZN) və əlaçı (aylıq 130 AZN) təqaüdləri verilir. Hər semestr tələbələrə əlavə təqaüd yerləri də ayrılır ki, bu zaman akademik kredit borcu olmayan tələbələr də təqaüd alamaq imkanlarına malik olurlar.

Beynəlxalq əlaqələr

Avropa Birliyinin “ERASMUS”mübadilə proqramı çərçivəsində fakültənin tələbələri 2013-2015-ci illərdə İspanya və Litvada təhsil almaq hüququ qazanmışlar.Bundan başqa Türkiyə Respublikasının “MÖVLANƏ” beynəlxalq tələbə-magistr mübadilə proqramı çərçivəsində Sakarya Universitetində təhsil almışlar. Tələbələrimiz həmçinin Şimali Kipr Türk Respublikasında Doğu Akdeniz Universiteti və İstanbul Böyük şəhər Bələdiyyəsi tərəfindən təşkil olunan beynəlxalq yay təcrübə proqramlarında aktiv iştirak etmişlər.

Karyera imkanları

Fakültənin bütün məzunları iqtisadiyyat, marketinq, biznes və idarəetmə sahələrində işləyə bilərlər.

Hal-hazırda fakültədə aşağıdakı  ixtisaslar  üzrə kadr hazırlığı aparılır:

Bakalavr səviyyəsi üzrə

İqtisadiyyat

050405

Menecment

050407

Marketinq

050408

Biznesin idarə edilməsi

050409

 
Fakültədə  dörd kafedra fəaliyyət göstərir:

- Biznesin iqtisadiyyatı və menecment- kafedra müdiri i.e.d.,prof Məmmədov Məhəbbət Aşır oğlu

- İqtisadi nəzəriyyə və marketinq- kafedra  müdiri i.e.n.,dos.Ağayev Asəf Mirzə oğlu

- Sənayenin təşkili və idarə edilməsi –kafedra müdiri i.ü.f.d., dos.Əliyeva Rühəngiz Tofiq qızı

- Əcnəbi dillər –kafedra müdiri  f.e.n.,dos.Məmmədova Aygün Cahan qızı

Fakültədə 7 professor, 22 elmlər namizədi-dosent, 33 baş müəllim, 15 müəllim və assisent heyyəti çalışır.
 













Əməkdaşlıq sahələri

Fakültədə təhsil alan tələbələr Azərbaycan Respublikası Auditorlar palatasında,“Standart İnsuarance”-sığorta şirkətində, “Azəri” çox profilli inşaat firmasında, “Neft-qaz” tikinti tresti SOCAR-da, “Azər İnşaat” layihə institutunda, “AECOM  EXP”  Rusiya limited şirkətinin Azərbaycan Respublikası filialında , “Caspian Servise” MMC-də , “Təlim tədris və sertifikatlaşdırma” idarəsində, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda, “Maşınqayırma Texnologiyası” Elmi tədqiqat İnstitutunda, EF İnşaat LTD MMC-də, ARDNŞ-SOCAR-da, “Az VİRT” MMC-də istehsalat təcrübəsi keçirlər.

Tədqiqat   istiqamətləri

Fakültənin kafedralarının elmi  tədqiqat  işinin əsasını müasir şəraitdə tikinti  məhsulları  bazarının  marketinq tədqiqatı və onun xüsusiyyətləri, bazar iqtisadiyyatı şəraitində biznes müəssisələrində maliyyə və onun risklərdən qorunması mexanizmlərinin təkmilləşdirilməsinin istiqamətləri, tikintidə ekoloji təhlükəsizliyin problemləri və onların həlli yolları, müasir iqtisadiyyatın şaxələndirilməsi şəraitində əsas kapitala investisiyaların səmərəliliyinin yüksəldilməsi problemləri.
 
Tikinti-iqtisad fakültəsində tədris olunan fənlər üzrə azərbaycan və rus dillərində aşağıdakı dərsliklər çap olunmuşdur:

  1. İ.Ə.Mehdiyev, Ə.B.Əliyev,L.A.Məmmədova, Q.Ə.Qasımov “Daşınmaz əmlakın iqtisadiyyatı”, 2011

  2. M.A. Məmmədov , Ə.M.Əliyev “Tikintidə menecment” 2013

  3. A.İ. Xəlilov, A.X. Nəbiyev  “Tikinti biznesində firma iqtisadiyyatı və sahibkarlıq” 2014

  4. T.T.Aslanova “Biznesin planlaşdırılması” (tikintidə) dərs vəsaiti. Bakı 2012

  5. İ.A.Mehdiyev, Ə.B.Əliyev,L.A. Məmmədova, M.Ə.Əzizova “İnformasiya iqtisadiyyatı” Dərslik. 2011

  6. Ə.B.Əliyev, M.Ə.Əzizova “Tikintinin iqtisadiyyatı” Dərslik2013

  7. Ə.B.Əliyev, İ.Ə.Mehdiyev “İnvestisiyaların analizi və idarə olunması” Dərslik2013

  8. H.K. Həsənov “Müəssisənin iqtisadiyyatı”  Dərslik, 2014

  9. i.e.d.,prof,Natiq Əliyev, i.e.d.,prof,Məhəbbət Məmmədov. Yanacaq enerji kompleksi inkişafı və idarə edilməsində iqtisadi proqramlaşdırma amili Bakı 2013, 245 səh

  10.  i.e.d .,prof.  Məmmədov M.A , dos Əliyev Ə.M “Tikintidə menecment” dərslik, 2014 (nəşrdə)

  11. dos.A.M.Hüseynova, b.m. Ələkbərova L.Ə.Statistika - (rus dilində) dərs vəsaiti Bakı 2010 

  12. b.m.A.C.Binnətov “İqtisadi təhlilin əsasları”dərs vəsaiti - Bakı 2014

  13. dos.E.M.Yusifov, dos.A.Q.Novruzova Korporativ idarəetmə- dərs vəsaiti. Bakı 2014

  14. b.m.A.C.Binnətov “Azərbaycanda daşınmaz əmlak bazarında rieltor xidmətlərinin təşəkkülü və inkişafı”- monoqrafiya. Bakı 2014

  15. Strateji menecment və İqtisadiyyatın idarəedilməsində  proqramlaşdırma. Əliyev Ə.M - Metodik göstəriş, Bakı-2013 

  16. Ə.B.Əliyev “Diversifikasiya fəaliyyətində innovasiya sistemində stimullaşdırıcı faktorların işlənib hazırlanması”, kollektiv monoqrafiya, 2018

  17. R.T.Əliyeva, Экономика дорожного строительства (Dərs vəsaiti), Издательство «MSV  NƏŞR» Баку-2018

  18. Ə.B.Əliyev «Методы исследования» (dərs vəsaiti), “MSV NƏŞR”, Bakı – 2018,

  19. Ə.B.Əliyev “Tədqiqat üsulları” (dərs vəsaiti), Bakı – 2018,

  20. Ə.B.Əliyev «Методы исследования», proqram, Bakı – 2018,

  21. Ə.B.Əliyev « Tədqiqat üsulları », proqram, Bakı – 2018,

  22. Ə.M.Babaşov, A.X.Nəbiyev, R.T.Əliyeva, A.N.Səfərov “ Sənayenin təşkili və idarə edilməsi” proqram, Baki 2019

  23.  R.T.Əliyeva, Организация и управление в промышленности (metodik göstəriş), Издательство «MSV  NƏŞR» Баку-2019

  24. Ə.B.Əliyev, “Erqonomika və istehsalatda təhlükəsizlik”, “MSV  NƏŞR”, Баку-2018, 196 səh.

  25. Ə.B.Əliyev, F.P.Rəhimov, “Azərbaycanda mənzil problemləri və onun həllinin sosial-iqtisadi əhəmiyyəti”, monoqrafiya, Bakı-2019, 272 səh.

  26. Ə.M.Babaşov, A.X.Nəbiyev, A.N.Səfərov “Sənayenin təşkili və idarə edilməsi” (dərs vəsaiti), Baki 2017, 336 səh.

  27. H.K.Həsənov, “Tikinti müəssisələrinin təsərrüfat fəaliyyətinin təhlili” (dərs vəsaiti), AzMİU Nəşriyyat-Polioqrafiya Mərkəzi, Bakı – 2016, 308 səh.

  28. H.K.Həsənov, “Экономика недвижимости”, (dərs vəsaiti), AzMİU Nəşriyyat-Polioqrafiya Mərkəzi, Bakı – 2016, 581 səh.

     

 

Dekan – Dosent Qəribov Rahad Tanrıverdi oğlu
Mob: (+994 50) 333-83-31


Dekan müavini – Dosent Aslanova Turan Tofiq qızı




Dekan müavini – Baş müəllim Binnətov Arif Cavad oğlu
Mob:  (+994 50) 717-37-01

 
Ünvan:  Az 1073, Bakı, A. Sultanova küçəsi ,11
Tel: (+99412) 538-94-74
E-mail: tif@azmiu.edu.az

































































































Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.