İtaliya-Azərbaycan Dizayn mərkəzi
Yaranma tarixi
18 iyul 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının Prezidenti Sercio Mattarella arasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İtaliya-Azərbaycan Dizayn Mərkəzinin yaradılmasına dair Anlaşma Memorandumu imzalanmış, Poliminin Dizayn məktəbi və AzMİU-nun Memarlıq fakultəsi ilə birlikdə İtaliya-Azərbaycan Dizayn Mərkəzi (İADM) yaradılmışdır.
2019-cu ildə Dizayn Mərkəzinin açılış mərasimi keçirilmişdir. Mərasimdə Təhsil naziri Ceyhun Bayramov, İtaliyanın ölkədəki səfiri Auqusto Massarini və bir neçə universitetin rektoru iştirak etmişlər.
Rektor bu il ilk dəfə olaraq dizayn ixtisası üzrə ingilis dilli tədrisin aparıldığını, bununla da ilkin addımların atıldığını söyləyib. AzMİU-nun və Milan Politexnik Universitetinin birgə həyata keçirdiyi layihənin 2 il müddətində gerçəkləşdiriləcəyini, lakin gələcəkdə bu müddətin artırılması, ikili diplom proqramların həyata keçirilməsinin qarşıya məqsəd olaraq qoyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Təhsil naziri Ceyhun Bayramov bildirib ki, mərkəz ölkədə dizayn ixtisasının daha yüksək səviyyəyə qaldırılmasına və inkişaf etdirilməsinə böyük töhfə verəcək: “Sevindirici haldır ki, bu gün ölkəmizdə bir neçə ali təhsil müəssisəsində dizayn ixtisası üzrə kadrlar hazırlanır. Ümid edirəm ki, bu mərkəzin imkanlarından nəinki AzMİU-nun müəllim, tələbə heyəti, həm də ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisəsinin əməkdaşları, müəllim və tələbə heyəti faydalana biləcəklər”.
İtaliyanın ölkədəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massarini də təbriklərə qoşulub, yaradılmış mərkəzin dizayn ixtisasında oxuyan tələbələrin mütəxəssis kimi yetişməsində böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.
Çıxışlardan sonra mərasim iştirakçıları dizayn ixtisasında təhsil alan tələbələrin italyan müəllimlərin rəhbərliyi altında keçirilən vorkşopda hazırladığı layihələrin təqdimatına baxıblar.
Mərkəzi yaratmaqda məqsəd ölkəmizdə dizayn ixtisası üzrə təhsil alan savadlı, bacarıqlı mütəxəssislər yetişdirmək, dizayn təhsilinin İtaliya dizayn təhsili səviyyəsinə yüksəlməsinə çalışmaqdır.
Milan Politexnik Universitetinin prorektoru, UNECKO-nun eksperti, professor Federiko Buççi AzMİU-nun Memarlıq fakültəsinin müəllim və tələbələrinə mühazirə oxuyarkən.
Eləcə də mərkəz Azərbaycanda ali dizayn təhsilinin İtaliya nümunəsi üzərində qurulmasına şərait yaradaraq baza rolunu oynayır və dizayn ixtisasında oxuyan tələbələrin mütəxəssis kimi yetişməsində böyük əhəmiyyət kəsb edir.
İtaliya-Azərbaycan Dizayn mərkəzi AzMİU-da dizayn ixtisasının tədrisinin təşviqi və dəstəklənməsi ilə yanaşı seminarlar, müsabiqələr, tədris təlimləri, sərgilər, vörkşoplar keçirir, tələbələrlə işləyərək beynəlxalq və yerli dizayn layihələrində iştirak edir.
Mərkəz eləcə də öz laboratoriyalarında müxtəlif dizayn məhsulları istehsal edir, sənaye dizaynerləri, memar və bu sahə üzrə mütəxəssislərlə görüşlər təşkil edir.
İtaliya-Azərbaycan Dizayn mərkəzinin tərkibində Sürətli Prototipləşdirmə Laboratoriyası, Maket studiyası, Foto studiya və Ağac Emalatxanası fəaliyyət göstərir.
Mərkəzin fəaliyyəti memarlıq və dizayn tələbələri və məhsul istehsalçıları ilə birgə işləmək məqsədi də daşıyır.
Ünvan : AZ 1073 , Bakı, A.Sultanova küçəsi 11, III tədris binası, 1-ci mərtəbə , 107-ci otaq.
Əlaqələr : Tel: (+994)12 539 10 45 (5 96)
Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.
Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.
Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.
Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.
İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.