Tələbə yataqxanası
AzMİU tələbə yataqxanası
Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə yataqxanası universitetimizdən uzaq olmayan məsafədə yerləşir. Yataqxanamız 9 mərtəbəli, 1 girişli binadan ibarətdir. Hər mərtəbəsində 14 otaq və bir ümumi mətbəx mövcuddur. Otaqlarda çarpayı, stol-stul dəsti,dolablar və s. məişət avadanlıqları mövcuddur. Hər otaqda 3 nəfər olmaqla, ümumilikdə yataqxanamızda 252 nəfər tələbənin yerləşməsi imkanı vardır. Sanitar qovşaqlar otaqların içərisindədir. Yataqxanamız 7/24 kamera vasitəsilə müşahidə altındadır. Tələbələrimizin bəlli giriş-çıxış saatları mövcuddur.
Yerlə təmin olunmaları üçün rayon qeydiyatında olmaları və universitetə ərizə ilə müraciət etmələri mütləqdir. Tələbələr THİK-ə ərizə əsasında müraciət edərək yerləşmələri üçün orderlə təmin olunurlar. Yataqxanamızda tələbələrin tədrisi üçün hər bir şərait yaradılmışdır. Bununla yanaşı, yataqxanamızda idman zalları da fəaliyyət göstərir.
Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.
Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.
Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.
Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.
İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.