Muzey
Heyder Əliyev Muzeyi
Ulu öndərin anım günü ərəfəsində - 2013-cü il dekabr ayının 11-də Azərbaycan Memarlıq və İnşaat Universitetində Heydər Əliyev Muzeyinin açılışı olmuşdur. Ümummilli liderin xatirəsinə dərin ehtiramın ifadəsi olan Muzey forma və məzmun orijinallığı ilə seçilir. Ulu öndərin burada toplanmış memarlıq və inşaat sahələrində gördüyü işləri əks etdirən sənədlər, foto və video materiallar elektron vasitələrlə təqdim olunur.
Muzeydə 4 ədəd interaktiv monitor qurulmuşdur. Monitorlarda əks olunan irimiqyaslı layihələrin həyata keçirilməsində Heydər Əliyev şəxsən iştirak etmişdir. Muzeyin tərtibatinda interaktiv lövhələrdən ona görə istifadə olunur ki, yeni materiallar daim həmin lövhələrdə öz əksini tapsın. Monitorlardakı materiallar ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə 1969-1980-ci və 1993-2003-cü illərdə həyata keçirilən böyük tikinti işlərini və Heydər Əliyev siyasi kursunun laiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilmiş layihələri əks etdirir. 5-ci monitorda isə ulu öndərin həyat fəaliyyəti ilə bağlı sənədli filmlər nümayiş olunur.
Ümummilli liderin həyat və fəaliyyətini ictimaiyyətin geniş təbəqələrinə, xüsusən də yeniyetmə və gənclərə öyrədilməsi istiqamətində Azərbaycan Memarlıq və İnşaat Universitetinin Heydər Əliyev Muzeyində konkret işlər görülür. Muzeydə “Gənc nəslin formalaşdırılmasında Heydər Əliyevin rolu”, Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyində rolu”, və digər mövzularda Yasamal rayon ziyalı və ağsaqqallarının, o cümlədən müəllimlərin iştirakı ilə tədbirlər keçirilir, söhbətlər aparılır, orta məktəb və lisey şagirdləri, Universitetdə təhsil alan tələbə-gənclər tez-tez muzeyə gəlir, burada dahi rəhbərin həyat və fəaliyyətini, zəngin irsini əks etdirən videomateriallarla tanış olurlar.
Muzeyin direktoru Gülmira Məmmədova buraya gələn gənclərə ulu öndərin həm sovet dövründəki, həm də Azərbaycanın öz müstəqilliyini bərpa etdiyi ilk illərdəki fəaliyyətindən ətraflı məlumat verir. Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən sənədlər, irimiqyaslı quruculuq layihələri, foto və video materiallar elektron lövhələrlə, interaktiv formada tələbə, şagird və müəllimlərə çatdırılır.
Heydər Əliyev Muzeyi AzMİU-da təhsil alan tələbə gənclərin ulu öndərin zəngin irsinin öyrədilməsi baxımından mühüm rol oynayır. Ümummilli liderin memarlıq və inşaat sahəsində genişmiqyaslı fəaliyyətinin gənc nəslə çatdırılmasında, əhatəli təbliğ olunmasında Heydər Əliyev Muzeyinin böyük rolu vardır.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tarixi Muzeyi
Azərbaycan Memarlıq və İnsaat Universitetinin yaradılmasının 25 illik yubileyi münasibətiilə 2000 – ci ilin fevralında universitetin rektoru, memarlıq doktoru, Beynəlxalq Elmlər Akademiyasının akademiki, millət vəkili, professor Gülçöhrə xanım Məmmədovanın təşəbbüsü ilə Universitetin Tarixi Muzeyi və Sərgi salonu yaradılmışdır.Universitetimiz böyük və şərəfli yol keçmiş, respublika iqtisadiyyatının inkişafında yüksək ixtisaslı memar və inşaatçı kadrların hazırlanmasında önəmli rol oynamışdır. Ona görə də AzMİU-nun Tarixi Muzeyinin yaradılması təsadüfü xarakter daşımır.
Muzey 12 güşədən ibarətdir. Onun iki guşəsi ümummilli lider Heydər Əliyevin respublikada təhsilin inkişafı, tikinti, quruculuq və abadhıq işləri ilə bağlı həyata keçirdiyi işlərə həsr edilmişdir. Muzeyda Universitetin fəxri doktoru, Türkiyənin keçmiş prezidenti, mərhum Süleyman Dəmirələ də həsr edilmiş guşə vardır. Digər guşələrdə Universitetin keçdiyi böyük yolu əks etdirən sənədlər, müxtəlif əyani vəsaitlər, tədris müəssisəsinin yarandığı gündən ona rəhbərlik etmiş rektorlar haqqında, ayrı-ayrı illərdə AzMİU-da işləmiş alim, müəllim və görkəmli inşaatçı, memar, sənət adamları barədə məlumatlar, onların elmi-tədqiqat işlərindən bəhs edən sənədlər, ixtira və səmərələşdirici təkliflərin əlyazmaları, elmi əsərlər toplusu, monoqrafi yalar, fotomateriallar, qəzet-jurnal məqalələri, müxtəlif suvenirlər, albomlar, video kassetlər, disklər, maketlər, habelə muzeyə bağışlanılan hədiyyələr və s. nümayiş etdirilir. Burada adı AzMİU ila sıx bağlı olan adlı-sanlı məzunlar, Azərbaycanın tanınmış dövlət, elm və mədəniyyət xadimlərindən, qabaqcıl müəllimlərindən, Böyük Vətən müharibəsi veteranlarından, Əfqanıstan müharibəsi iştirakçılarından, 20 Yanvar hadisələrində şəhid olmuş tələbələrdən, Qarabağ uğrunda gedən döyüşlərin şəhidlərindən, əlil və veteranlarından bəhs edən aynı-ayrı güşələr də təşkil olunmuşdur. Nümayiş etdirilən eksponatlar arasında ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olmuş tələbə və müəllimlərimizə məxsus əşyalar, özəl materiallar da nümayiş etdirilir.
Toplanmış materiallar əsasında Universitetin I saylı tədris binasının foyesində 19 yanvar 2001-ci ildə "Şəhidlərin Xatirə guşəsi", 2 aprel 2007-ci ildə isə Memarlıq fakül təsinin yerləşdiyi III saylı tədris binasının foyesində Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş memar-tələbə Fuad Qərib oğlu Əsədova həsr edilmiş barelyef açılmışdır. 2012-ci il yanvarın 19-da 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr edilmiş mərasimdə isə "Şəhidlərin Xatirə guşəsi"nin yeni tərtibatda açılışı olmuşdur.
Burada 20 Yanvar hadisələrində şəhid olmuş tələbələrimiz Ə.Y.Qayıbovun, F.Y.Babayevin, M.Ə.Muradovum, B.M.Əliyevin, Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş Ç.F.Mustafayevin, R.B.Qəmbərovun, K.Ə.Mirzəyevin, B.T.Ağayevin, M.İ.Rüstəmovun, K.B.Nəsibovun, E.S.Hüseynovun şəkilləri və adları qeyd olunub.
Adları qeyd olunan Milli Qəhrəmanlarla yanaşı, AzMİU-nun aşağıdakı 36 tələbə və məzunu da torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuşdur: Abbasov Xəqani Qarakişi oğlu, Abdullayev Kazım Təvəkkül oğlu, Alıyev Bəylər Murtuzəli oğlu, Ataki şiyev Fərhad Rəhman oğlu, Babayev Natiq Rafiq oğlu, Bayramov Oktay Namaz oğlu, Bayramov Tahir Məhərrəm oğlu, Qənbərov Saiq Şahəli oğlu, Quliyev Valeh Məmmədəli oğlu, Əziziov Emil Əbil oğlu, Ələsgərov Əsəd Əjdər oğlu, Əsədov Fuad Qərib oğlu, Gözəlov Mikayıl Qoca oğlu, İbrahimov Tağı Sabir oğlu, İmanov Alı qulu Kağız oğlu, İsma yılov Arif İnqilab oğlu, Yusifov Elxan Bayandur oğlu, Kərimov Kamran Fikrət oğlu, Mehdiyev İlqar Ərşad oğlu, Mehdiyev Malik Şamil oğlu, Mehdiyev Firudin Sovet oğlu, Məmmədov Elçin Qardaşxan oğlu, Məmmədov Əli Sədim oğlu, Məmmədov İmamqulu Kamal oğlu, Məmmədov Hafiz Qədim oğlu, Musayev Müşfiq Zahid oğlu, Abbasov Süleyman İsmayıl oğlu, Nadirov Eynulla Xankişi oğlu, Nəsirov Fuad Məhərrəm oğlu, Sarıkişiyev Altay Vaqif oğlu, Xudiyev Əkrəm Məhiyəddin oğlu, Hacıyev Elşən Pəhləvan oğlu, Həsənov Mehdi Ramil oğlu, Hümmətov Sahib Mustafa oğlu, Şükürov Elsevər Əvəz oğlu, Həsənquliyev Şirindil Cavad oğlu, Həmidov Heydər Rza oğlu və Cabbarov Cabbar Səməd oğlu.
Onu qeyd edək ki, 2017-ci il fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhəboyu irimiqyaslı təxribatların qarşısını alarkən hərbi qulluqçu, 2011-2015-ci ildə AzMİU-nun nəzdində İnşaat Kollecində "Avtomobil yolları və ayrodromların tikintisi, istismarı və təmiri" ixtisasını bitirmiş Cəfərov Zakir Nazim oğlu döyüş bölgəsindən yaralı komandirini çıxararkən snayperlə vurularaq şəhidlik zirvəsinə ucalmışdır. Ölümündən sonra ona Azərbaycan Respublikasının "Şücaətə görə" medalı verilmişdir.
Qəhrəman şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq, həmişə gənclərə nümunə olacaqdır.
Muzeydə ayrı-ayrı fakültələrin inkişaf yolu, tələbə şəhərciyi, əcnəbi tələbələrin həyatı, onların istirahati, tələbə-inşaat dəstələri, tələbə gənclər təşkilatı, Universitetin beynəlxalq əlaqələri, konfranslar, simpoziumlar haqqında informativ materiallar da nümayiş etdirilir.
Onu da qeyd etmək lazımdır ki, muzey fəaliyyətə başladığı gündən onlarca maraqlı tədbirlər, görüşlər, sərgilər keçirmişdir.
Universitetdə bədən tərbiyyəsi və idman yüksək səviyyədə inkişaf etmişdir. Bunu tələbələrimizin beynəlxalq yarışlarda qızıl, gümüş medalların, kubokların qazanması da sübüt edir. Muzeydə tələbələrimizin qazandığı mükafatlar, fəxri fərmanlar, diplomlar, kuboklar nümayiş etdirilir.
Muzeyin nəzdində Sərgi salonu fəaliyyət göstərir. Sərgi salonunda Universitetin əməkdaşlarının və təhsil alan tələbələrinin, magistrlərin, elmi işçilərin qrafiki, dizayn, şəhərsalma, qədimi memarlıq abidələrin bərpası, landşaft memarlığı, yeni tikililər, istilik-qaz təchizatı, tunellər, körpülər və s. layihə işləri, maketlər, heykəltəraşlıq, rəsm və əl işləri, xarici səfərlərlə bağlı layihələr nümayiş etdirilir.
YUNESKO-nun dünya irsi siyahısına daxil edilmiş “İçəri – Şəhər” Dövlət Tarixi Memarlıq Qoruğu, Qobustan Dövlət Tarixi Bədii Qoruğu, “Atəşgah məbədi” kompleksi, qalalar, karvansaraylar və s. əhəmiyyətli abidələr tələbələrimizin gözü ilə adlı layihə, rəsm, foto sərgilər təşkil edilir.
Foto sənəti tələbələrin fikir və ideyalarını bədii formada əks etdirməyə, sadə vasitələrlə baş verenlər fərdi münasibət bildirməyə imkan verir. Sərgi salonunda layihələrin, həvəskar rəssamların, fotoqrafların sərgi-müsabiqəsi keçirilmiş, müsabiqənin qalibləri mükafata layiq görülmüşlər.
Sərgi salonunda ənənəvi olaraq hər ilin may ayında ümummilli liderimiz Heydər Əliyevin ad gününə həsr edilmiş sərgi təşkil olunur. Sərgidə ulu öndərin həyat və yaradıcılığını əks etdirən əsərlər nümayiş olunur. Sərgi salonunda tanınmış görkəmli memar Mikayıl Useynovun, rəssam, Əməkdar incəsənət xadimi Anatoli Pavloviç Qarçakovun, Əməkdar incəsənət xadimi Elturan Avalovun, Əməkdar memar Elbay Qasımzadənin və s. yibileylerinə həsr olunmuş sərgilər keçirilmişdir.
Azərbaycan Respublikasının təcavüzkar Ermənistan ordusu tərəfindən işğal olunmuş torpaqlarımızda, Dağlıq Qarabağda qalan tarixi abidələrimizi əks etdirən tələbə və rəssamların əsərləri də sərgidə vaxtaşırı yer alır. Buna şuşalı rəssam Rövşən Bayramovun “Şuşa lövhələri” və Əməkdar incəsənət xadimi, professor Elturan Avalovun "Şuşa" adlı silsilə sərgilərini göstərmək olar. Şuşa şəhərinin 1992-ci ilin 8 mayında qeydiyyata alınmış 170 memarlıq və 160 incəsənət abidəsinin memar- rəssamın ərsəyə gətirdiyi qrafik nümunələri həmin tikililərin forma və biçimində dövrün tarixini yaşatmaqdadır.
Sərgi salonunda 161-dan çox müəllim və tələbələrimizin Almaniya, Misir, Türkiyə, İtaliya və s. ölkə memarlarının, tanınmış sənətkarların sərgiləri təşkil edilmişdir. Bir saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin gənc sakinlərinin sərgi salonunda əl işləri və rəsimlərindən ibarət yaradıcılıq sərgisi, İçəri şəhərdə sərgi salonunda və “İstiqlal” muzeyində tələbələrin 5 sərgisi "İşıq və rəng", "Mən Azərbaycanlıyam", "Sönmüş ocaqlar", "Xocalı faciəsi tələbələrin gözü ilə", "Muzeylər gecəsi"- Beynəlxalq Muzeylər Gününə həsr olunmuş sərgi təşkil olunmuşdur.
Universitetimizin Muzey və Sərgi salonuna gələn insanlar, alimlər, sənətkarlar, dövlət elm və mədəniyyət xadimləri, siyasi iş adamları, məzun tələbələr, xarici qonaqlar öz ürək sözlərini Muzeyin və Sərgi salonunun “Xatirə kitabı” na qeyd edirlər.
2020-ci il 44 günlük Vətən müharibəsində Azərbaycan tarixi günlərini yaşadı. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatları nəticəsində işğalda olan şəhər, qəsəbə və kəndlərimiz azad edildi. Bu, zəfər tariximizin ən şanlı səhifəsidir.
Bu qələbə Azərbaycan əsgərinin əzmini, qəhrəmanlığını, vətənsevərliyini göstərdi. Vətən müharibəsindən qalib ayrılan igid əsgər və zabitlərimiz, qanını Vətən torpağına qarışdıran şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz göstərdikləri şücaətlə dövlətimizin, Ordumuzun gücünü, qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdilər.
Universitetimizin yüzlərlə gənci könüllü olaraq cəbhəyə yollandı. Onlar dünyaya göstərdi ki, Vətəni qorumaq – şərəf, ləyaqət, namus deməkdir! Milyonların ürəyində əbədi məşələ çevrilən şəhidlərimiz bu amal, qayə, məqsəd, hədəf uğrunda canlarından keçib əbədiyyətə qovuşdular.
Bizim universitetin 26 tələbə və məzunu (onlardan 4-ü universietin nəzdindəki İnşaat kollecinin məzun və tələbələridir) Vətən, torpaq uğrunda qəhrəmanlıqla vuruşaraq Azərbaycanın yeni hərb tarixini, döyüş səlnaməsini yaratdılar.
Şəhidlərimiz: Ağayev Ramil Ağarəhim oğlu, Bəkirli Azad Rasim oğlu, Cəfərov Osman Eldəniz oğlu, Dövlətov Zaur Zahir oğlu, Əhədzadə Elsevər Ağacan oğlu, Əhmədov Cavanşir Xeyrulla oğlu, Əlizadə Eltac İsmayıl oğlu, Fətəliyev Səmural Ayaz oğlu, Həsənli Elçin Vaqif oğlu, Həsənov Kənan Elşad oğlu, Həsənov Xəyal Əliyulla oğlu, Heydərov Rafiq Rahim oğlu, İbadov Rauf Məhərrəm oğlu, Kərimli İsmayıl Ceyhun oğlu, Mayılov Rəfayıl İlqar oğlu, Məmmədov Nahid Vahid oğlu, Məmmədzadə Kəmaləddin Vüqar oğlu, Ömərov Qoşqar Səxavət oğlu, Qədirov Emin Asif oğlu, Şirinzadə Elnur Xalıqverdi oğlu, Xəlili Samir Əhməd oğlu, Zairli Zahid Azad oğlu, Zeynalov Nurlan Rəfael oğlu, Sultanzadə Niyaməddin Hüsaməddin oğlu, Kazımov Vüsal Vüqar oğlu, Şirinov Polad Seyran oğlu.
Biz şəhidlərimizi, cəsur Azərbaycan oğullarının əziz xatirəsini ehtiramla yad edir, ruhları qarşısında baş əyir, Allahdan rəhmət diləyirik!
Muzeyimizdə şəhid, qazi müharibə iştirakçılarının döyüş meydanında keçdiyi yol, göstərdiyi şücaət, rəşadət və uğurları haqqında məlumatlar toplanır, ailələri ilə əlaqə saxlayırıq, görüşürük, şəhidlərin dəfn olunduqları məzarlıqları yad edirik. Eyni zamanda Universitetdə onlara həsr edilmiş tədbirlər, sərgilər, görüşlər təşkil olunur.
2021-ci il martın 19-da universitetimizin Memarlıq fakültəsində torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsində şəhid olmuş memarlıq fakültəsinin 2015-2016-cı il məzunu Ramil Ağayevin və I Qarabağ savasında şəhid olmuş tələbəsi Fuad Əsədovun xatirəsinə həsr olunmuş qorelyefin yeni tərtibatda açılış mərasimi olmuşdur.
2021-ci il noyabrın 4-də AzMİU-da Zəfər gününə həsr olunmuş tədbirdə Vətən müharibəsində şəhid olan 26 gəncin adları həkk olunduğu yeni lövhənin açılışı oldu. Mərasimdə universitetin rektorluğu, professor-müəllim heyəti, Vətən müharibəsi qaziləri olan tələbələrimiz və şəhid ailələri iştirak edirdilər. Tədbir Zəfər gününə həsr olunmuş “Qarabağ Azərbaycandır! Möhtəşəm Zəfər” adlı sərgi-müsabiqənin açılışı ilə davam etdi. Mərasimin iştirakçıları Universitetin Sərgi salonunda tələbələrimizin Qələbəmizə həsr etdikləri tarixi Zəfəri əks etdirən rəsm əsərləri, zirehli maşınların maketləri, işğaldan azad olunmuş rayonlarımızda abadlıq-quruculuq işlərini əks etdirən eskizlər, layihələr və s. tanış oldular. Müsabiqə-sərgidə mükafata layiq görülən tələbələrə diplom və hədiyyələr təqdim olundu.
AzMİU-nun kollektivi Vətən müharibəsində şəhid olub Bakıda, II Fəxri Xiyabanda, bölgələrimizdə dəfn olunan şəhid tələbə və məzunlarımızın məzarlarını həmişə ziyarət edir, xatirələrini ehtiramla yad edirlər, ruhlarına dualar oxuyurlar.
Onu da qeyd edim ki, Muzeyimizdə eyni zamanda işğaldan azad edilən ərazilərdə ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın dağıdılmış şəhər və kəndlərinin bərpa və yenidən qurulması, Qarabağ və Şərqi Zəngəzurun 14 iqtisadi rayonunun bərpası, irimiqyaslı abadlıq-quruculuq işləri, şəhərsalma layihələri ilə bağlı materiallar, azad olunmuş ərazilərdə tarixi-mədəniyyət abidələri haqqında materiallar toplanır.Tələbələrimizin regionlarda tikinti-quruculuq və bərpa-abadlıq işləri ilə bağlı Şuşanın, Ağdamın, Xocavəndin, Zəngilanın, Xocalının və başqa şəhər və kəndlərimizin, "Ağıllı şəhər" və “ağıılı kənd” layihələrini göstərə bilərik. Bu layihələr beynəlxalq müsabiqələrdə yüksək qiymətləndirilib və qalib gəlib. Biz ümidvarıq ki, qüdrətli Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzuru nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevirəcək.
Hazırda Muzeyin əsas və köməkçi fondda 8 mindən çox muzey materialı mühafizə olunur. İndiyədək muzeyə 7.000-dən çox tamaşaçı baxmışdır. Onların böyük əksəriyyəti gənclər və yeniyetmələrdir.
Əlbəttdə hər bir muzey aid olduğu sahənin elmi-tədqiqat beşiyi olmalıdır. Bu mənada AzMİU-nun Tarixi muzeyi də istisna deyil, milli adət-ənənələrimizi yeni nəsillərə çatdırmaq və onların bu ənənələr əsasında tərbiyə etmək üçün muzeyləri qoruyub saxlamaq vətəndaşlıq borcumuzdur.
Universitetin Tarixi Muzeyinə yarandığı ilk gündən Gülmira Seyfulla qızı Məmmədova rəhbərlik edir. O, 1981-ci ildə institut kitabxanasında bölmə müdiri vəzifəsində fəaliyyətə başlamış, 2002-ci ilin may ayında isə universitetdə yeni yaradılmış AzMİU-nun Tarixi Muzeyinin direktoru vəzifəsinə təyin edilmişdir.
Ünvan: Az 1073, Bakı, A.Sultanova küçəsi,11, I tədris binası, 2-ci mərtəbə
Muzeyin direktoru: Gülmira Seyfulla qızı Məmmədova
Telefon: (+994 12) 539 10 81 daxili: 5-48
Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.
Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.
Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.
Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.
İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.
Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.
Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.
İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.
Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.