Tələbə Elmi Cəmiyyəti


 

  

Tələbə Elmi Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 22 may 2009 – cu il tarixli 295 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirinin 27.06.2014 – cü il 752 nömrəli əmri ilə təsdiq edilmiş “Tələbə Elmi Cəmiyyəti haqqında Nümunəvi Əsasnaməyə” uyğun fəaliyyət göstərir.

 

Tələbə Elmi Cəmiyyətinin əsas məqsədi:

~Ali təhsilli mütəxəssislərin hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsi;

~Tələbələrin elmi-texniki potensialın qorunub saxlanılması;

~Magistr və bakalavr tələbələrin elmi tədqiqat fəaliyyətini yeni sosial-iqtisadi şəraitə uyğun təşkil etmək.

 Tələbə Elmi Cəmiyyətinin əsas vəzifələri:

~Tələbələrin elmi fəaliyyətə cəlb edilməsi və bu fəaliyyətin təşkil olunması;

~Elmi tədqiqat işlərinə tələbələrin marağının artırılmasına köməklik göstərmək;

~Tələbələrə elmi tədqiqat işlərinin müstəqil həll edilməsi yollarını öyrətmək;

~İstedadlı gənclərin aşkar edilməsi və onların müxtəlif elmi konfranslara cəlb olunmasını təşkil etmək;

~Elmi-pedaqoji kadr hazırlığı üçün perspektivli gəncləri seçmək və onları tədqiqatçılıq fəaliyyətinə hazırlamaq;

~Müxtəlif səviyyəli tədbirlərin – beynəlxalq və yerli konfransların, elmi seminarların, müxtəlif ixtisas və fənlər üzrə olimpiadaların, Ali məktəblər arası ən yaxşı elmi tədqiqat işlərinin və s. keçirilməsində tələbələrin iştirakını təmin etmək;

~Tələbələrin elmi tədqiqat işlərinin nəşr edilməsini təşkil etmək;

~Müxtəlif konfranslarda fərqlənmiş tələbələrin mükafatlandırılması üçün tədbirlər görmək;

~Digər ali təhsil müəssisələrinin TEC-ləri ilə əməkdaşlığın həyata keçirilməsini təşkil etmək;

~İstedadlı və perspektivli tələbələrin təhsillərini xarici dövlətlərin qabaqcıl Universitetlərində davam etdirilməsinə köməklik göstərmək.

Sədr:  
Ünvan:  Az 1073, Bakı, A. Sultanova küçəsi 11, II tədris binası, 1212-ci otaq


https://www.facebook.com/azmiu.tec 

https://instagram.com/azmiu.tec?utm_medium=copy_link

 























11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]