ITACA


ITACA 


Azərbaycanda Ekoloji Fövqəladə Vəziyyəti qarşılamaq üçün 3-cü dövr Təkmilləşdirilmiş Təhsil Kursunu dəstəkləyən İnnovativ Tədris Mərkəzi ( Innovative Training Centre to support a  postgraduate 3rd cycle Advanced Course to face Environmental Emergency in Azerbaijan / ITACA)
Layihənin kodu: 609758-IT-2019-EPPKA2-CBHE-JP]
https://www.itacaproject.eu/about-us

 

Layihənin müddəti: 2019-2023 (48 ay)


ITACA layihəsi Avropa İttifaqının nümayəndələri ilə birgə Trening Mərkəzinin qurulması və neft hasilatının ətraf mühitə verdiyi zərərin öyrənilməsi və burada ali təhsil müəssisələrlə şirkətlər arasında işin aparılmasını, bu sahədə mütəxəssislərin yetiştirilməsini hədəf alır. Tədris Mərkəzi şirkətlər ilə akademik qurumlar arasındakı əməkdaşlıq vasitəsilə magistraturadan sonra bir illik kursların layihəsini hazırlayıb inkişaf etdirəcək. Universitetlər və sənaye sahələri arasında körpü rolu oynayan bu yeni təhsil növü tədrisin keyfiyyətinə, ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində yaranan problemlərin həllinə kömək edə bilər. Layihə nəticəsində Avropa universitetlərinin təcrübəsinə əsaslanaraq yerli ali təhsil sisteminin modernləşməsinə imkan verən innovativ tədris metodologiyası, ətraf mühitin bərpası və tullantıların idarə olunması sahəsində yeni qabaqcıl texnologiyalar tətbiq ediləcək. 2019-2023-cü illəri əhatə edəcək layihənin koordinatoru İtaliyanın La Sapienza Universiteti, regional koordinatoru isə AzMİU-dur. Layihədə AzMİU-nun Xarici Əlaqələr şöbəsi və Ekologiya mühəndisliyi kafedrası birgə fəaliyyət göstərəcək.Layihənin hədəfi tələbələrin əmək bazarına daxil olmasına yeni imkanlar yaratmaq, yerli şirkətlərdə çalışan texniki işçilərin əmək və rəqabət qabiliyyətlərinin artırılmasına töhfə vermək, eləcə də neft-qaz hasilatı nəticəsində mənfi təsirlərə məruz qalan torpaq və suyun təmizlənməsi, tullantıların idarə olunması sahəsində ali təhsilin, məşğulluğun, sahibkarlıq qabiliyyətinin yaxşılaşdırılmasıdır.
 























11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]