Beynəlxalq reytinq bazaları

Dünya universitetlərinin fəaliyyətini Birləşmiş Millətlər Təşkilatının 17 Dayanıqlı İnkişaf Məqsədləri üzrə qiymətləndirilən bu reytinqdə AzMİU dünya universitetləri arasında yer alıb. 

Azərbaycan Memarlıq və İnşaat Universiteti, Böyük Britaniyanın Ümumdünya Universitetlərinin Reytinq Təşkilatı olan “Quacquarelli Symonds” (QS) reytinq təşkilatı 2016-cı ildən dərc etdiyi “QS Regional” reytinq bazasında ən yaxşı universitetlər arasında qərarlaşır.   

Universitetlərin beynəlxalq reytinq sistemidir. Azərbaycan Memarlıq və İnşaat Universiteti 2017-ci ildən, dünyanın müxtəlif ən yaxşı universitetləri arasında bu siyahıya daxil olub.

2017-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universiteti "UI Green Metric World University" reytinq bazasında ekoloji cəhətdən dünyanın ən ekoloji universitetləri arasında qərarlaşır.  

Azərbaycan Memarlıq və İnşaat Universiteti  ilk dəfə olaraq 2015-ci ildə bu reytinqə daxil olmuş və Avropa ekspertləri tərəfindən qiymətləndirilərək hər il olduğu kimi yüksək kateqoriya  almışdır.  

WeboMetrics 4 göstərici üzrə universitetləri qiymətləndirir. Ən əsas göstərici isə universitetin veb səhifədə yer alan ixtisasların sillabuslarına keçid, tələbələr üçün elektron kitabxana sistemi və  mühüm olan səhifələrə keçiddir. Digər göstəricilər isə universitet müəllimləri tərəfindən çap olunan məqalələr, kitablar, elmi əsərlərin çoxluğu və onlara olan tələbata əsaslanır. Azərbaycan Memarlıq və İnşaat Universiteti  ilk dəfə 2018-ci ildə bu reytinqə daxil olub. 

Bu reytinqin məqsədi keyfiyyətli təhsil baxımından  dünya universitetləri və kolleclərinin  qlobal sıralanmasını təqdim etməkdir. Azərbaycan Memarlıq və İnşaat Universiteti 2018-ci ildə ilk dəfə sözü gedən reytinq sisteminə qoşulub. 

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.