WORK4CE

WORK4CE

WORK4CE- “XXI Əsrdə Sağlam və Təhlükəsiz İş Mühiti üçün Domenlərarası Kompetensiyalar”- Cross-domain competences for healthy and safe work in the 21st century http://www.work4ce.com/

Layihənin müddəti: 2020-2023 (36 ay)

2020-2023-cü illərdə icra edilməsi nəzərdə tutulan layihənin koordinatoru Ukraynanın "Zaporoje Politexnik" Milli Universitetidir. Layihədə Ukrayna, Almaniya, Belçika, İspaniya və Azərbaycandan olan Universitetlər birgə fəaliyyət göstərəcək. Layihənin məqsədi Ali təhsil müəssisələri və sistemlərinin keyfiyyət, aktuallıq, əliçatanlıq bərabərliyi, planlaşdırma, çatdırılma, idarəetmə daxil olmaqla qarşısında duran problemlərin həlli üçün müvafiq Tərəfdaş ölkələrə dəstək verməkdir. WORK4CE layihəsi gənclərin məzun olduqdan sonra gələcək iş yerlərinə hazır olması üçün tədris mənbələrindən faydalı istifadənin stimullaşdırılmasını hədəfləyir. Layihə çərçivəsində fənlərarası tədris planları və modulları hazırlanacaq və tədris proqramlarının praktik dəyərini və məzunların işə düzəldilməsini yaxşılaşdırmaq üçün yeni (virtual) universitet-müəssisə əməkdaşlığı formaları tətbiq ediləcəkdir.

Fəaliyyətlər: Yeni və müasir təhsil proqramları hazırlayaraq ali məktəblərdə bacarıq və səriştəlilik səviyyəsini artırmaq. Ali təhsilin keyfiyyətini yuksəldərək əmək bazarı və cəmiyyət üçün aktuallığını artırmaq.

Hədəf və Məqsədlər: Ali təhsil müəssisələri və sistemlərinin keyfiyyət, aktuallıq, əliçatanlıq bərabərliyi, planlaşdırma, çatdırılma, idarəetmə daxil olmaqla qarşısında duran problemlərin həlli üçün müvafiq Tərəfdaş ölkələrə dəstək vermək.

Müvaif Tərəfdaş Ölkələrdə ali təhsil sahəsinin modernləşdirilməsinə, əlçatanlığına və beynəlmiləlləşməsinə dəstək vermək.

Tərəfdaşlar:

Koordinator: "Zaporoje Politexnik" Milli Universiteti - Ukrayna

  • Azərbaycan Memarlıq və İnşaat Universiteti
  • Azərbaycan Respublikasi Dovlet Gomruk Komitesinin Akademiyası
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  • Kiyev Milli İnşaat və Memarlıq Universiteti- Ukrayna
  • Ternopıl Milli İqtisad Universiteti- Ukrayna
  • Fachhochschule Dortmund –Almaniya
  • Löven katolik universiteti – Belçika
  • Basq Ölkəsinin Üniversiteti

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.