İKİLİ DİPLOM PROQRAMLARI

İKİLİ DİPLOM PROQRAMLARI - Hal-hazırda birgə təhsil proqramlarının həyata keçirilməsinin ən geniş yayılmış formasıdır. AzMİU beynəlxalq ikili diplom proqramının tətbiqi ilə tədris sistemi dünyanın qabaqcıl ali təhsil müəssisələrinin proqramlarına uyğun təşkil edilir və tələbə hər iki universitetin diplomunu əldə etmək imkanına sahib olur.

İkli Diplom proqramının üstünlükləri: 

  • Proqramı bitirən tələbə iki universitetin diplomuna sahib olur
  • İngilis dilinin mənimsənilməsi
  • Yüksək karyera imkanları 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin təqdim etdiyi cari  İkili Diplom Proqramları

     Universitet 

          İxtisas

   Təhsil səviyyəsi

İcrası

İstanbul Texniki Universiteti, Türkiyə

Ətraflı məlumat üçün 

 İnşaat mühəndisliyi

 bakalavr

Aktiv

Koruna Universiteti, İspaniya

 ekologiya mühəndisliyi

 magistr

Aktiv

Leiria Politexnik İnstitutu, Portuqaliya

 inşaat mühəndisliyi

 magistr

Aktiv

Lissabon Texniki Universiteti, Portuqaliya

 Master in Product Design/

 Master in Communication   Design

 magistr

Hazırlıq mərhələsindədir

 Lissabon Texniki Universiteti, Portuqaliya

Doctorate Studies in Design

Doctorate Studies in Architecture

Doctorate Studies in Urbanism

doktorant

Hazırlıq mərhələsindədir

Northampton Universiteti, İngiltərə

 “Urbanizm” və “Tullantıların menecmenti”

 magistr

Hazırlıq mərhələsindədir

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.