Qadınlar şurası

1975-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin Qadınlar Şurası adı ilə fəaliyyətə başlayan, 1995-ci ildən isə Yeni Azərbaycan Partiyası Yasamal rayon 43 saylı ərazi təşkilatı Qadınlar Şurası öz fəaliyyətini davam etdirən bu təşkilatın əsas məqsədi universitetimizdə təhsil alan tələbə qızların, habelə burada çalışan professor-müəllim, işçi və qulluqçu qadınların iş, əmək və sosial məsələlərinin həllində onlara kömək etmək, qayğı göstərmək, müəyyən problemlər yaranarsa, aidiyyatı qurumlar qarşısında məsələ qaldırmaqdır.
Təşkilatın əsas vəzifələri:
1.Qadın müəllim və işçilərin problemlərinin öyrənilməsi və müvafiq qərarın qəbul olunması üçün Elmi Şuraya məsələlərin çıxarılması və bu barədə müəssisə rəhbərliyi qarşısında vəsatətin qaldırılması;
2.Universitet və respublika səviyyəsində keçirilən tədbirlərin, tarixi hadisə və əlamətdar bayramların, müxtəlif aktual problemlərə həsr olunmuş debatların, diskussiyaların, görüşlərin təşkilində yaxından iştirak edilməsi;
3.Müəllimlərin, işçilərin və tələbə qızların hüquqlarının təmin edilməsi;
4. Müəllimlərin və işçilərin istirahətinin və asudə vaxtlarının səmərəli keçirilməsinin təşkil edilməsi;
5.Respublikanın ictimai-siyasi, sosial, iqtisadi və mədəni həyatında baş verən hadisələr barəsində məlumatların çatdırılması;
6.Tələbələrin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsi işinin gücləndirilməsi məqsədi ilə tədbirlərin təşkili;

7.Elmi biliklərə yiyələnmiş mütəxəssislərin respublikamızda gedən tikinti, quruculuq işlərinin iştirakçısı kimi formalaşdırılması məqsədi ilə tədbirlərin təşkil edilməsi.

      Şuraya 1975-ci ildən 2010-cu ilədək universitetin İnşaat materialları kafedrasının dosenti, texnika elmləri namizədi Edilya Ənvər qızı Cəbrayılzadə rəhbərlik etmişdir. Universitet Qadınlar Şurasının üzvləri mütəmadi olaraq fakültələrdə təhsil alan qızlarla görüşlər keçirmiş, yataqxanalarda olmuş və onların sosial məsələləri ilə maraqlanmışlar. Bundan əlavə Şura üzvləri universitetdə təşkil olunan tədbirlərdə iştirak etmiş, respublikamızın qadın təşkilatları tərkibində qadın problemləri məsələləri ilə də yaxından məşğul olmuşlar.
     Edilya Cəbrayılzadənin universitet Qadınlar Şurasına rəhbərlik etdiyi illərdə qonşu ölkələrin qadın cəmiyyətləri ilə də sıx əlaqələri yaranmışdır. Bunu universitetimizin Qadınlar Şurası ilə Gürcüstan Texniki Universiteti Qadınlar Şurası, habelə Səmərqənd Qadınlar Şurası arasında yaranmış dostluq əlaqələri timsalında, Fransa, Türkiyə, Norveç nümayəndələri ilə görüşlərdə daha aydın görmək olar.
     1986-cı ildə universitetin tələbə qızlardan təşkil olunmuş “Sevinc” rəqs qrupu da məhz universitet Qadınlar Şurasının səyi və qayğısı sayəsində yaradılmışdır. İndi bu rəqs qrupu “Buta” adlanır.
     2011-ci ildə Yeni Azərbaycan Partiyası Yasamal rayon 43 saylı ərazi təşkilatı Qadınlar Şurasının sədri universitetimizin Azərbaycan dili və pedaqogika kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Salatın Alı qızı Əhmədova seçilmişdir. Onun rəhbərliyi altında AzMİU-nun Qadınlar Şurası fəaliyyət göstərir və öz sıralarında 705  nəfər qadın professor –müəllim və inzibati təsərrüfat işçilərini birləşdirir. Onlar 8 fakültə (229 professor-müəllim), tədris köməkçi heyəti (127 nəfər), kitabxana (41 nəfər), kollec (77 nəfər), inzibati idarəetmə heyəti (90 nəfər), lisey və inzibati təsərrüfat işçiləri (141 nəfər), qadınlar təşkilatının nəzdindədir.
     Şuranın üzvləri tez-tez tələbə qızlarla görüşlər keçirir, onların qayğı və problemləri ilə maraqlanırlar. Əlamətdar bayram günlərində onlar valideyn himayəsindən məhrum olmuş uşaq və qocalar evlərinə də baş çəkir, onlara ərzaq, paltar və digər ləvazimatlar alıb paylayırlar.
Qadınlar Şurasının təşkilatçılığı ilə elm, mədəniyyət xadimləri, habelə görkəmli sənət adamları ilə keçirilən tədbirlər də olduqca təqdirəlayiqdir.

Sədr:   Salatın Alı qızı Əhmədova
Ünvan: Az 1073, Bakı, A. Sultanova küçəsi ,11. IX mərtəbə 
Tel: (+994 12) 439-10-45 kommutator
 439-40-31 kommutator
  daxili: 1-75 
E-mail:  [email protected]

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.