Erasmus KA1




Erasmus+ KA1
Key Action 1: Learning Mobility of Individuals

 

 


     Erasmus+ KA1 mübadilə proqramı Avropa Komissiyası tərəfindən maliyyələşən təhsil proqramıdır. Erasmus+ mübadilə proqramının məqsədi ali təhsil müəssisələrində çalışan və təhsil alan gənclərə yeni bacarıqlar qazandırılması, onların fərdi inkişaflarının gücləndirilməsi və məşğulluq imkanlarının artırılmasıdır.
     Təqaüd paketinə yiyələnən tələbələr və işçi heyət layihədə müəyyən olunan təhsil aldıqları müddətdə yaşam, siğorta, visa, gediş və geri dönüş biletləri ilə təmin olunurlar.

 

Tələblər:

  • Erasmus+ mübadilə proqramının qalibi bir təhsil pilləsində bu proqramda yalnız bir dəfə iştirak edə bilər.

  • ERASMUS+ MÜBADILƏ PROQRAMI çərçivəsində Avropa  ölkələrinin tərəfdaş ali təhsil müəssisəsində bir və ya iki semestr təqaüdlü təhsil alamaq istəyən AzMİU tələbələri təklif olunan yerlər üçün aşagıdakı tələblərə cavab verməlidir: 

  • Tələbələrin orta balı (ÜOMG) – 80-dan yuxarı olmalı

  • Dil setifikatı(ingilis dili B2/C1 səviyyəsində)/ Dil sertifikatı olmayan tələbələr üçün AzMİU-nun Əcnəbi dillər kafedrası tərəfindən dil səviyyə imtahanı keçirilir. 

  • Yalnız AzMİU-nun I, II və III kurs bakalavr və  I kurs magistr tələbələri proqramda iştirak edə bilər.

 

Tələb olunan sənədlər:

  • Transkript

  • Pasport və ya şəxsiyyət vəsiqəsi

 


     Mübadilə proqramında iştirak edən universitetlərin siyahısı və universitetlər üzrə yerlər hər tədris ili və ya semestr ərzində artırıla bilər və bu barədə mütəmadi məlumatlar AzMİU-nun rəsmi saytında, eləcə də Xarici əlaqələr şöbəsinin facebook səhifəsində elan olunur.

 

Erasmus+ mübadilə Proqramının koordinatoru

Fərhad Əliyev

Phone: +994 12 434 1597
Fax: +994 12 434 1597

Email: [email protected]

Əsas tədris binası, 414-cü otaq























11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]