Tədris şöbəsi
TƏDRİS ŞÖBƏSİ HAQQINDA MƏLUMAT
Təşkil olunduğu zamandan şöbənin fəaliyyəti Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əsasnaməsinə uyğun qurulmuşdur. Son illər Universitetdə aparılmış islahatlar, Avropa təhsil sisteminə inteqrasiya işlərinin davamı olaraq universitet Rektorunun əmrinə uyğun Tədris şöbəsi mövcud ştat vahidləri çərcivəsində “Tədrisin təşkili və tənzimlənməsi”, “İnformasiya” və “Qeydiyyat” sektorları, “Tələbə bölməsi”, “TQDK-nın tələbə məzun məlumat sistemi”, “Imtahan mərkəzi”,”Diplom otağı”, “Dispetçer qrupu”, “Arxiv”, “İnformasiya” sektorlarından ibarət təsdiq edilmişdir.
2006-2007-ci tədris ilindən başlayaraq Universitetdə tədrisin Boloniya Deklorasiyasına uyğun təşkilinə başlanılmışdır. Hal-hazırda Universitetin bütün ixtisasları üzrə həm bakalavr həm də magistr pillələri üzrə mütəxəssis hazırlığı Avropa kredit transfer sisteminin tələblərinə uyğun təşkil olunmuşdur. Tədrisin təşkili Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Kredit sisteminə aid Əsasnamələr”ə uyğun qurulmuşdur.
Tədris şöbəsi tədrisin təşkili və məzmunu ilə bağlı bütün işlərlə məşğul olur və tədrisin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində daimi iş aparır. Bu ilk növbədə elm və texnikanın son nailiyyətləri nəzərə alınmaqla fənn proqramları və tədris planlarının təkmilləşdirilməsindən ibarətdir.
Tədris illəri üzrə akademik təqvim (bakalavr və magistr səviyyəsi üçün), İxtisaslar üzrə tədris planları, tədris yükləri, imtahan cədvəlləri, imtahan sualları, akademik borcu olan tələbələrin dərslərinin təşkili və imtahanları, tələbələrin köçürülmələri, universitetə yenidən bərpa olunmaları, İkinci ali təhsil, akademik məzuniyyət və hərbi xidmətlə bağlı sənədləşmə işləri, transkriptlərin hazırlanması, tələbə hərəkəti ilə bağlı statistik məlumatlar, Buraxılış işlərinin mövzularının təsdiqi, Müdafiə ilə bağlı hazırlıq işləri və s. Tədris şöbəsinin ümumi fəaliyyətini əhatə edir. Şöbədə hal-hazırda 14 nəfər çalışır.
Şöbə müdiri: Filologiya üzrə fəlsəfə doktoru, dosent Əliyeva Səlmi Saleh qızı 1992-ci ildən universitetdə çalışır. Azərbaycan Dillər Universitetini bitirib, BDU-nun dissertantı olub, 2018-ci ilədək Tədris şöbəsində metodist, eyni zamanda Əcnəbi dillər kafedrasında müəllim, baş müəllim, 2011-ci ildən isə dosentidir. 2018-ci ildən isəTədris şöbəsinin müdiri vəzifəsində çalışır..
1.Tədris yükləri, hesabatların hazırlanması: Əliyeva Səlmi Saleh qızı Əlaqə: 5 - 94 / [email protected]
Ştat cədvəli üzrə, kadrlar şöbəslə birgə iş
Saathesabı, o cümlədən yay semestrinin tədris yükləri
faktiki məlumatların mühasibatlığa verilməsi
müəllimlərin şəxsi kartların doldurulması
2. Tədris prosesilə bağlı bütün növ əmrlərin hazırlanması: Məmmədova Nəzrin İsmət qızı Əlaqə: 5 - 93
Tədris şöbəsinin elektron səhifəsinin aktiv saxlanılması: Tədris planlarının, akademik təqvimin, sillabusların, imtahan və dərs cədvəllərinin, buraxılış işlərinin mövzularının, yazılı və test bank suallarının, elanların, töhmət əmrlərinin və s. daxil edilməsi.
3.1.Statistik hesabatlar Hacıyeva Şəfəq Nəriman qızı Əlaqə: 5 - 93
- Tələbə kontingentinin hərəkəti (əmrlərlə iş)
- Hesabatların hazırlanması:
Təhsil Nazirliyi, Maliyyə nazirliyi , Statistika komitəsi , Universitetin mühasibatlığı üçün.
Təhsil Nazirliyinin hesabat formalarının hazırlanması
Imtiyazlı tələbələrlə bağlı sənədlərin hazırlanması
3.2. TMMS elektron sistemi (Dövlət İmtahan Mərkəzi): (Heybətova Fidan Ədalət qızı) Əlaqə: 5 - 93
“SHOY” elektron sistemi Təhsil Nazirliyi
I kurs tələbələrin sistemə daxil edilməsi
Tələbə kontingentinin hərtəkətinin sistemə mütəmadi daxil edilməsi
Əcnəbi tələbələrin sistemə daxil edilməsi
Buraxılış kursları üzrə məlumatların sistemə daxil edilməsi
3.3. Qeydiyyat sektoru: Hüseynov Məhəmməd Abasəli oğlu Əlaqə: 5 - 93
Akademik borcu qalan tələbələrin ümumi bazası
Fənlərə uyğun akademik borcu olan tələbələrin qruplaşdırılması
Fənlərə aid kredit haqqının hesablanması və ona nəzarətin edilməsi
Yay semestrinə hazırlıq və təşkili, tələb olunan normativ sənədlərin təminatı
Alt qruplarla bağlı imtahan cədvəllərin hazırlanması
4. İmtahan Mərkəzi: Soltanov Mehti Əzizxan oğlu (müdir) Əlaqə: 6 - 41
Test imtahan sualları bankının qurulması və testlərin ekspertizası (kafedralarla əlaqəli iş)
Yazılı imtahan suallarının bankının hazırlanması
İmtahan biletlərinin çap olunması, fənlər üzrə kafedra ekspertləri tərəfindən təsdiq olunması;
Apellyasiya işlərinə baxış zamanı sualların araşdırılması;
Hüseynova Aynur Hüseyn qızı böyük laborant -
Test və yazılı imtahan suallarının elektron sistemdə yoxlanılması, zəruri dəyişiklik aparılması (formul,şəkil,simvol)
Suallarda aşkar olunmuş uygunsuzluqları fənn müəllimləri ilə araşdırılması və redaktə edilməsi;
5. İnformasiya sektoru: Nəcəfova Məlahət Arif qızı
Digər strukturlarla qarşılıqlı iş
Transkriptlərin təsdiqi
Sorğu məktublarına cavab
Arayışların təsdiqi (Hərbi stol,Sosial müdafiə və s.)
6.Arxiv işləri: Qurbanlı Pərvin Cəfərqulu qızı
I kursa qəbul olunmuş tələbələrin şəxsi işlərinin tərtibatı, qeydiyyatı və saxlanılması
Tələbələrin köçürülməsi, tələbə sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması, şərti kursa qəbul olması, Təkrar Ali təhsil alan tələbələrin şəxsi işlərinə aid işlər.
Bitirmə əmrlərinin “şəxsi işə” işlənilməsi
Akademik arayışların yazılması
Məzunlara aid sənədlərin geri qaytarılması
Məzunların şəxsi işlərinin əsas arxivə təhvil həhsil edilməsi.
7. Diplom sektoru: İbrahimova Səbinə Zakir qızı
Universiteti bitirən tələbələr haqqında proqnozun hazırlanması və TN-nə təqdim olunması
Universiteti bitirmə və DAK əmrlərinin hazırlanması
Diplom və qiymət cədvəlinin yazılması
Diplomların həqiqiliyinin yoxlanılması sorğularına cavabların hazırlanması
Fakültə dekanlıqları və digər strukturlarla iş birliyi
Təhsil Nazirliyinin məzun məlumat sisteminə məlumatların hazırlanması
8.Dispetçir xidməti: Əlaqə: 5 - 97
Dadaşova Zemfira Nəcəf qızı
Abbasova İncinaz Fərman qızı
Dərs cədvəllərinin hazırlanması
Dərslərin keçirilməsinin nəzarətdə saxlanılması
Auditoriya fondunun təchizatının nəzarətdə saxlanılması
Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.
Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.
Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.
Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.
İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.