Azad Həmkarlar İttifaqı komitəsi

Əsasnamə

Qısa məlumat:

Azərbaycan Respublikası müstəqillik qazındıqdan sonra ictimai həyatın bütün sahələrində olduğu kimi həmkarlar təşkilatının işində də xeyli dəyişikliklər baş vermiş, onların fəaliyyətində demokratiya və aşkarlıq prinsipləri daha geniş tətbiq olunmağa başlamışdır. Azərbaycan Respublikası Həmkarlar İttifaqlarının 5 fevral 1993-cü ildə keçirilmiş birinci qurultayında inzibati amirlik sistemi dövründə yaranmış həmkarlar ittifaqları şurası özünü buraxaraq səlahiyyətlərini Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına verdi. Bu təşkilatın yaranması ilə həmkarlar ittifaqlarının fəaliyyətində inzibati amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarıldı, təşəbbüskarlığa, yeniliyə, dünya həmkarlar ittifaqları sisteminə inteqrasiyaya yol açıldı. Bu gün Azərbaycan Həmkarlar İttifaqı dünya ictimaiyyətinin diqqət mərkəzində olan ərzaq məsələsi, beynəlxalq terrorizmə qarşı mübarizə, iqtisadiyyatın qloballaşması, milli munaqişələrin həlli və s. kimi qlobal problemlərinin həllində yaxından iştirak edir.

Azərbaycan Həmkarlar İttifaqına daxil olan və çoxsaylı təhsil işçilərinin maraqlarına xidmət edən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin tərkibində fəaliyyət göstərən Azərbaycan Memarlıq və İnşaat Universitetinin Azad Həmkarlar İttifaqı Komitəsinin öz sıralarında hal hazırda 1296 nəfər professor-müəllim, tədris köməkçi və inzibati təsərrüfat işçilərini birləşdirir. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Həm-karlar İttifaqı Komitəsi 10 struktur bölmədən ibarətdir ki, buraya 8 fakültə, kollec və inzibati-təsərrüfat işçiləri həmkarlar təşkilatları aiddir.

Universitetin Həmkarlar İttifaqı Komitəsi əmək prosesində işçilərin ümumi mənafeyini qorumaqla yanaşı öz üzvlərinin həyat və əmək şəraitinin yaxşılaşdırılması, onların maddi durumlarının yüksəldilməsi, tədris müəssisəmizdə və kənarda keçirilən mədəni-kütləvi tədbirlərin həyata keçirilməsində yaxından iştirak edir. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Həmkarlar İttifaqı Komitəsinin qarşısında duran mühüm məsələlərdən biri də müəllim və işçilərin ictimai həyata, təsərrüfat fəaliyyətinə, demokratik cəmiyyətin tələblərinə uyğun olaraq idarəçiliyə cəlb olunması təlim-tərbiyə və təhsil problemlərinin həllində onların potensialından geniş istifadə edilməsidir. Həmkarlar Təşkilatının fəaliyətinin son məqsədi Universitetdə fəaliyyət göstərən müəllim və işçilərin hüquqlarının qorunması, onların həyat şəraitinin yaxşılaşdırılmasıdır.

      AzMİU-nun HİK - nin əsas vəzifələri aşağıdakılardır:

        1.Müəllim və işçilərin problemlərinin öyrənilməsi və müvafiq qərarlar qəbul edilməsi məqsədilə müəsisə rəhbərliyinin vaxtaşırı məlumatlandırılması. 

       2.Universitet və respublika səviyyəsində keçirilən tədbirlərin-bayramların, idman yarışlarının, müəllim və tələbə elmi konfranslarının, müxtəlif aktual problemlərə həsr olunmuş debatların, diskussiyaların, görüşlərin təşkilində yaxından iştirak edilməsi.

     3.Gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsi, vətəninə və xalqına sədaqətli vətəndaşlar kimi yetişdirilməsi, hərtərəfli elmi biliklərə yiyələnmiş mütəxəssislər kimi respublikamızda gedən quruculuq işlərinin iştirakçısı kimi formalaşdırılması məqsədilə tədbirlərin təşkil edilməsi.

      4.Universitetin tədris prosesində və ictimai işlərində fərqlənən müəllim və işçilərin mükafatlandırılması.

     5.Müəllim və işçilərin hüquqlarının qorunması, onların əmək və sosial şəraitinin yaxşılaşdırılması, istirahətlərinin və asudə vaxtlarının təşkili, iş prosesində meydana çıxan müxtəlif problemlərin həlli istiqamətində məqsədyönlü işin təşkili.

AzMİU-nun Azad Həmkarlar İttifaqı Komitəsi

Ünvan: Az 1073, Bakı, A. Sultanova küçəsi ,11, I tədris binası, IV mərtəbə

Tel.: (+994 12) 538 42 38
       
Sədr: Surxay Süleyman oğlu Əliyev

E-mail: a[email protected]

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.