Akademik təqvim

                                2021/2022-ci tədris ili üçün illik Təqvim Planı
 
 s/s  

Görüləcək işlər

Aylar

1

İllik tədris təqvim qrafikinə və tədris planına uyğun semestrlər üzrə tədris sənədlərinin hazırlanması. Tədris prosesinə aid normativ sənədlərin yenilənməsi

Sentyabr

2

Kafedralar üzrə tədris yüklərinin qeydiyyatı, hesabatı.

Sentyabr

3

Dövlət İmtahan Mərkəzi  tərəfindən verilmiş universitetə qəbul əmrləri, tələbələrin şəxsi işlərinin qaydaya salınması.

Sentyabr

4

Auditoriyalarda  dərslərin yoxlanılması

İlboyu

5

Tələbələrin kurslar və qruplar üzrə siyahısının işlənilməsi (kontingent) 

Sentyabr

6

I kursa qəbul olunmuş tələbələrin şəxsi işlərinin tərtibatı, qeydiyyatı tələbələrin köçürülməsi, tələbə sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması, şərti kursa qəbul olması, Təkrar Ali təhsil alan tələbələrin şəxsi işlərinə aid işlər. Bitirmə əmrlərinin “şəxsi işə” işlənilməsi

İlboyu

7

Akademik arayışların yazılması. Məzunlara aid sənədlərin geri qaytarılması. Məzunların şəxsi işlərinin əsas arxivə təhvil-təslim edilməsi

İlboyu

8

Yay mtahan sessiyasının nəticələrinin hesabatı və statistikası

Oktyabr

9

Kəsr imtahanlarının ləğvinin qrafiki

Sentyabr/Oktyabr

10

Saathesabı dərs yükünün verilməsi əmrləri

Sentyabr/Oktyabr

11

Faktiki məlumatların mühasibatlığa verilməsi

Dekabr/May

12

Hesabatların hazırlanması: Təhsil Nazirliyi, Maliyyə nazirliyi, Statistika komitəsi, Universitetin mühasibatlığı üçün. Təhsil Nazirliyinin hesabat formalarının hazırlanması. Imtiyazlı tələbələrlə bağlı sənədlərin hazırlanması

Oktyabr

13

I kurs tələbələrin sistemə daxil edilməsi. Tələbə kontingentinin hərtəkətinin sistemə mütəmadi daxil edilməsi. Əcnəbi tələbələrin sistemə daxil edilməsi. Buraxılış kursları üzrə məlumatların sistemə daxil edilməsi

Oktyabr

14

Test imtahan sualları bankının qurulması və testlərin ekspertizası (kafedralarla əlaqəli iş)
Yazılı imtahan suallarının bankının hazırlanması 
İmtahan biletlərinin çap olunması, fənlər üzrə kafedra ekspertləri tərəfindən təsdiq olunması

Oktabyr/Noyabr

15

Alt qruplarla bağlı imtahan cədvəllərin hazırlanması 

Aprel/ May

16

Şərti qruplarda universiteti bitirmə əmrlərinin hazırlanması 

Sentyabr/ Dekabr

17

Diplom və qiymət cədvəlinin yazılması 

Sentyabr/Oktyabr

18

Diplomların həqiqiliyinin yoxlanılması, sorğularına cavabların hazırlanması.Fakültə dekanlıqları və digər strukturlarla iş birliyi 
Təhsil Nazirliyinin məzun məlumat sisteminə məlumatların hazırlanması

İlboyu

19

Qış imtahan sessiyasına hazırlıq

Dekabr

20

Dərs cədvəllərinin hazırlanması

Dekabr/Yanvar

21

Dərslərin keçirilməsinin və auditoriya fondunun təchizatının nəzarətdə saxlanılması

İlboyu

22

İmtahan sessiyalarının nəticələrinin hesabatı və statistikası

Fevral

23

Buraxılış işinin mövzuları və rəhbərlərinin təsdiqi barədə əmrlərin hazırlanması

Mart

24

DAK yaradılması və  sədrlərinin təsdiqi barəsində əmr layihəsinin hazırlanması

Aprel

25

Yay imthan sessiyasının keçirilməsinə hazırlıq

May

26

DİM Tələbə Məzun Elektron  məlumat sisteminin məlumatlarının daxil edilməsi

İlboyu

27

Tədris yüklərinin qəbul edilməsi

iyul

28

Universiteti bitirmə əmrlərinin hazırlanması

iyul

29

Dərs cədvəllərinin hazırlanması

İyul/avqust

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.