Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsi

Fakültə haqqında

Azərbaycan Memarlıq və İnşaat Universitetinin ən böyük fakültələrindən biri olan Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsi təhsil sistemində aparılan reformlarla əlaqədar olaraq Universitetin Elmi Şurasının 20.09.2001-ci il tarixli qərarı ilə yaradılmışdır. Bu fakültə Su təsərrüfatı tikintisi və ekologiya, Mühəndis sistem və qurğuları fakültələrinin bazası əsasında təşkil edilmişdir.

Fakültədə təhsil

Fakültədə 5 ixtisas üzrə mütəxəssis hazırlanır. Fakültəyə daxil olmaq istəyən abituriyentlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarında iştirak etməlidirlər. Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində olmaqla, əyani və qiyabi əsaslarla aparılır.

Tədrisin təşkili

Dərslər mühazirə, seminar, laboratoriya, kurs layihəsi, kurs işi formasında təşkil edilir. Semestr imtahanları universitet tərəfindən mərkəzləşdirilmiş monitorinq və test üsulları ilə keçirilir. 

Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir:

dərsə davamiyyətə görə  - 10 bal

sərbəst işə görə - 10 bal

məşğələ, seminar və ya laboratoriya dərslərinin nəticələrinə görə - 30 bal

Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğələ (seminar) və laboratoriya dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması və müdafiəsinə görə 10 bal verilir. 

Tələbənin imtahanda topladığı bal, 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 25%-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır. 

Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:

51 baldan aşağı

- "qeyri-kafi"  (F)

51-60 bal

- "qənaətbəxş"  (E)

61-70 bal

- "kafi" (D)

71-80 bal

- "yaxşı" (C)

81-90 bal

- "çox yaxşı" (B)

91-100 bal

- "əla" (A)

4-cü kurs tələbələri, sonuncu (VIII) semestrdə müvafiq ixtisaslara aid müəssisə və qurumlarda təyin edilmiş təcrübə rəhbərinin nəzarəti ilə 14 həftəlik Texnoloji İstehsalat təcrübəsi keçir və sonda 100 ballıq sistem üzrə universitetdə yaradılmış komissiya tərəfindən qiymətləndirilir.

Tələbələr Yekun attestasiya üzrə Dövlət imtahanını verərək və ya buraxılış işini müdafiə edərək universiteti bitirmiş hesab edilir. 

Müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr təhsil aldığı müddətdə hər hansı fənn üzrə semestr imtahanını müvəffəqiyyətlə vermədiyi halda, akademik borc yaranır. Akademik borcun ləğv edilməsi üçün tələbənin dekanlığa müraciəti əsasında müvafiq semestr üzrə fərdi və alt qruplar üzrə dərslərdə iştirak edir və semestrin sonunda imtahan təşkil edilir. “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli, 348 nömrəli qərarında dəyişikliklər edilməsi barədə 3.2.14 bəndinə əsasən akademik borcun ləğv edilməsi üçün tələbənin dekanlığa müraciəti əsasında uyğun semestr üzrə müvafiq fənnin kreditinin 25 % ödənişilə təkrar imtahan verərək akademik borcunu ləğv etməsi imkanı mövcuddur.

Təhsil haqları

Fakültədə illik təhsil haqqı 2000 AZN-dir. İxtisaslar üzrə müvafiq kurslarda təhsil alan tələbələr, hər bir ixtisas üzrə dövlət sifarişi yerlərinin sayına uyğuna olaraq, semestr imtahanlarında müvəffəqiyyət göstəricisindən asılı olaraq, adi (aylıq 75 AZN), zərbəçi (aylıq 110 AZN) və əlaçı (aylıq 130 AZN) təqaüdlə təmin edilir. 

Beynəlxalq əlaqələr 

Alma­ni­ya­nın Köln və Hollandiyanın Zuyd Uni­versitetləri ilə birlikdə 2005-2008-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universiteti AB-nin CD_JEP 25043(2004) TASİS-TEMPUS proqramı çərçivəsində layihədə iştirak edib. Bu layihə çərçivəsində magistr səviyyəsində Enerji menecmenti (bina­larda) ixtisası üzrə mütəxəssislər hazırlanır.

2014-cü ilin mart ayında fakültənin Ekologiya kafedrası və İngil­tərənin Northampton Universiteti arasında Tullantıların idarə olunması ixtisası üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən tələbələr birinci il fakültədə, ikinci il isə Northampton Universitetində təhsil almaqla iki magistr diplomu alacaqlar.

Almaniyanın Köln Universi­te­tinin professoru Reza Talibi Daryani Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri” fakültəsində magistr səviyyəsi üzrə “Enerji menecmenti (binalarda) ixtisaslaşmasında 2016/2017-ci il və 2017/2018-ci tədris illərində “Mühəndis sistemlərinin və qurğularının tikintisi” kafedrasında 2 fənni tədris etmişdir.   

Fakültənin Ekologiya mühən­dis­liyi ixtisası üzrə təhsil alan 6 nəfər II kurs magistr tələbəsi  2014-cü ilin sentyabr ayından Beynəlxalq “ECONANO” layihəsində iştirak etmək hüququ qazanmışdır.

Fakültə Qlobal Su əməkdaşlığı təşkilatının Asiya və Qafqaz üzrə Regional Texniki Məsləhət Komitəsi (Daşkənd şəhəri), Böyük bəndlər üzrə Beynəlxalq Komitə (London), HERZ (Avstriya) ilə sıx əməkdaşlıq edir.

2015 – 2018-ci illərdə fakültənin Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasında təhsil alan tələbələr üçün Fransanın CNAM Akademiyası ilə birlikdə «Rusiya Federasiyasında, Çində və Azərbaycanda binaların enerji və ekoloji səmərəliliyi üzrə açıq və distant təhsil formatında peşə bakalavrı» mövzusunda beynəlxalq layihə (ERASMUS+ LPEB) yerinə yetirilmişdir  (Layihə N°561732-EPP-1-2015-1-FR-EPPKA2-CBHE-JP). Bu layihə əsasında Mühəndis sistemləri və qurğularının tikintisi ixtisası üzrə bakalavr səviyyəsində ikili diplom Azərbaycan memarlıq və İnşaat Universiteti ilə Fransanın CNAM Akademiyası arasında həyata keçiriləcəkdir. Fakültənin Ziegen Universiteti, Northampton Universiteti, Florensiya Universiteti  ilə sıx əlaqələri vardır. 

Əməkdaşlıq sahələri

Fakültədə təhsil alan tələbələr tədris və texnoloji təcrübələrini Türkiyənin İstanbul şəhərində, Almaniyada, Azərbaycanın su obyektlərində,  ''Azəriqaz'' Qapalı Səhmdar Cəmiyyəti, ''Azərsu'' Açıq Səhmdar Cəmiyyəti, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, H.Əliyev adına Dərin Özüllər Zavodu, Azərbaycan Dövlət Dəniz Nəqliyyat Layihə və Elmi-Tədqiqat İnstitutu, Bakı şəhəri istilik idarəsi, Neft-qaz tikinti trestində həyata keçirirlər və təcrübələr zamanı fərqlənən tələbələri də gələcəkdə işlə təmin edirlər.

Karyera imkanları

Fakültəni bitirən tələbələr Azərbaycanın su obyektlərində,  ''Azəriqaz'' Qapalı Səhmdar Cəmiyyəti, ''Azərsu'' Açıq Səhmdar Cəmiyyəti, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, H.Əliyev adına Dərin Özüllər Zavodu, Azərbaycan Dövlət Dəniz Nəqliyyat Layihə və Elmi-Tədqiqat İnstitutu, Bakı şəhəri istilik idarəsi, Neft-qaz tikinti trestində və s. bu kimi müəssisələrdə çalışa bilərlər.
Hazırda fakültədə aşağıdakı ixtisaslar üzrə kadr hazırlığı gerçəkləşir:

Bakalavr səviyyəsi üzrə

İxtisasların adı                                     

 

 

Meliorasiya mühəndisliyi       

050625

 

Ekologiya mühəndisliyi         

050606

 

Neft-qaz mühəndisliyi           

050631

 

Elektrik və elektronika mühəndisliyi 

Kommunikasiya sistemləri mühəndisliyi

050607

050619

 
   
     

Magistr səviyyəsi üzrə

İxtisasların adı

 

 

Enerji menecmenti (binalarda)

Dəniz hidrotexniki qurğuların tikintisi

Bina və qurğuların mikroiqlimini təmin edən sistemlər

Şəhər infrastrukturunda smart texnologiyalar

Elektrik təchizatının optimallaşdırıması və modelləşdirilməsi

Su təchizatı

Çirkab suların kənarlaşdırılması və təmizlənməsi

Hidrotexniki tikinti

Meliorasiya mühəndis sistemlərinin tikintisi və istismarı

Meliorasiya, rekultivasiya və torpaq mühafizəsi

Bərk tullantıların emalı texnologiyası

Su ehtiyatlarının mühafizəsi və kompleks istifadəsi

 

 

Tədqiqat istiqamətləri

Fakültədə "Bina və qurğuların mikroiqlimini təmin edən sistemlərin və regional qaz təchizatı sistemlərinin etibarlığının və səmərəliliyinin yüksəldilməsi", "Differensiallanan çoxdəyişənli funksiyalar fəzalarının ümumi nəzəriyyəsinin qurulması və onun xüsusi törəməli differensial tənliklər nəzəriyyəsinə tətbiqi", "Çay və kontinental şelf hidrotexniki qurğu və konstruksiyaların möhkəmlik və dayanıqlıq məsələlərinin tədqiqi", "Azərbaycan Respublikası ərazisində irriqasiya, kollektor-drenaj sistemlərinin və torpaqların meliorasiya vəziyyətinin tədqiqi", "İstilik təchizatı sistemlərində dəniz və şirin suların kombinələşdirilmiş üsulla emalının ekoloji təmiz və iqtisadi səmərəli texnologiyasının işlənməsi və tədqiqi" və "Neft tərkibli istehsalat tullantı sularının təmizlənməsi üçün yığcam qurğuların yaradılması və texnoloji parametrlərinin tədqiqi" mövzuları üzrə elmi-tədqiqat işləri yerinə yetirilir.
Elmi-tədqiqat işlərinin nəticəsi olaraq, elmi əsərlər çap olunur. Fakültə nəzdində "Ekologiya və su təsərrüfatı" adlı elmi-texniki istehsalat jurnalı nəşr olunur. Fakültənin professor-müəllim heyətinin elmi əsərləri "Известия высших технических учебных заведений Азербайджана" jurnalında, "Экоэнергетика" jurnalında, AMEA-nın "Xəbərlər" (Yer elmləri) jurnalında, Moskvanın "Естественные и технические науки" jurnalında, Kiyevin "Новая тема" jurnalında, Moskvanın "Актуальные проблемы современной науки" jurnalında, "Azərbaycan aqrar elmi" jurnalında, "Neft təsərrüfatı" jurnalında və başqa jurnallarda çap olunmuşdur. 
Fakültənin professor-müəllim heyəti tərəfindən 556 elmi məqalə, 77 dərslik və dərs vəsaitləri, 22 metodik vəsait çap olunmuş və 12 patent alınmışdır.

Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsində tədris olunan fənlər üzrə aşağıdakı dərslik və dərs vəsaitləri çap olunmuşdur:

-Musayev Z.S., Zərbəliyev M.S. və b. “Hidravlika və hidravliki maşınlar” 2019

-Musayev Z.S., Əsədov M.Y. və b. “Su ehtiyatlarının kompleks istifadəsi, inteqrasiyalı idarə edilməsi və mühafizəsi” Yeni nəşr 2019

-Məmmədov Ə.C., Məmmədova V.V. “Dəniz hidrotexniki qurğularının tarixi, metodologiya və müasir problemləri” 2019

-Quliyev Ə.M., Feyziyeva G.H., Kərimov A.K. İstilik təchizatı üçün su hazırlığı. 2019 

-Cavadova M.M. Elektrik və elektron apparatlar. 2018

-Həsənov E.E., Məmmədova V.V. “Sahilqoruyan hidrotexniki qurğular”, 2018

-Feyziyev H.Q., Hüseynova G.H. Dəniz və duzlu suların şirinləşdirilməsi. 2016

-Musayev Z.S., Zərbəliyev M.S. və b. Ekoloji ekspertiza və layihələndirmənin əsasları, 2015

-Əliyev F.Q. Binalarda enerji auditi, 2014

-Əzizov A.M. Məsafədən zondlanmanın fiziki əsasları, 2013

-Əliyev F.Q. və b. Ekologiya , 2012

-Əzizov A.M. Təbiətdən istifadənin iqtisadiyyatı və proqnozlaşdırılması, 2012

-Abasov R.F., Məmmədov K.M., Musayev Z.S. Dəniz hidrotexniki qurğuları, neftin, qazın saxlanılması və nəqli. Bakı 2010

-Musayev Z.S., Məmmədov K.M. və b. “Hidrotexniki qurğular” 2009

-Hacıyev Y.Z. İnşaat istilik fizikası, 2009.

-Məmmədov N.Y., Aslanzadə N.B. “Ventilyasiya və kondisioner sistemləri” 2008

-Əliyev F.Q., Məmmədov N.Y., Əkbərova S.M. Su və hava hövzələrinin çirklənmələrdən qorunması, 2008. 

-Musayev Z.S., Məmmədov K.M. və b. “Yamacların dayanıqlıq məsələlərinin tədqiqi”2006

-Məmmədov N.Y. Müasir isitmə sistemləri, 2006.

-Məmmədov K.M., Musayev Z.S. və b. Dəniz neft-qaz mədən hidrotexniki qurğuları, 2004

-Qəhrəmanlı Y.V. Mühəndis meliorasiyası, 2004

 


Ünvan: Az 1073, Bakı, A. Sultanova küçəsi, 11
Tel:  (+994 12) 539 06 19
 

 

 

 

 

 

 

































































































Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.