Tələbə Həmkarlar İttifaqı Komitəsi


Əsasnamə

 

THİK - nin əsas məqsəd və vəzifələri. THİK-nin əsas vəzifələri tələbələrin sosial problemlərinin həlli istiqamətində işin aparılması, tələbələr arasında maarifləndirmə işinin aparılması, tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi, tələbələrin hüquqlarının təmin edilməsi, Respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, festivallarda istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi, tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq və digər neqativ meyllərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi, tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kompaniyalarının, diskusiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi, tələbə və gənclərlə bağlı həyata keçirilən tədbirlər, habelə respublikanın ictimai - iqtisadi və mədəni həyatında baş verən hadisələr barədə məlumatların çatdırılması məqsədi ilə qəzet və dərgilərin nəşr olunması, tələbələrin maraq və meyllərini, intellektual inkişafını təmin etmək üçün dərnəklərin, studiyaların, klubların, kursların, xidmətlərin təşkil edilməsi, tələbələrin problemlərinin öyrənilməsi və müvafiq qərarların qəbul qəbul olunması üçün Elmi Şuraya məsələlərin çıxarılması, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərliyi qarşısında vəsadətin qaldırılması, təhsil alan tələbələrin sayı, onların dərsə davamiyyəti, nizam - intizamı, yataqxana ilə təminatı barədə müvafiq kafedra və fakültələrdən məlumatların alınması, qanunvericilikdə qadağan edilməyən digər vəzifələrin həyata keçirilməsindən ibarətdir.

     Tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi və dünya görüşlərinin hər tərəfli formalaşması üçün THİK bir sıra tədbirlər həyata keçirir. 


Sədr:  Rəfili Şahmar Firqət oğlu
Ünvan:  Az 1073, Bakı, A. Sultanova küçəsi ,11, I tədris binası, IV mərtəbə
Tel: (+994 12) 538-30-71,(+994 12) 510-40-19, dax 5-32

E-mail:      [email protected]

FacebookAzerbaycan Memarliq ve Inshaat Universitetinin Telebeleri

İnstagram: https://instagram.com/azmiuaz?utm_medium=copy_link 























11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]