AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ
STRATEJİ PLANLANLAŞDIRMA ŞÖBƏSİ haqqında
Bu əsasnamə Azərbaycan Respublikasının Konstitusiyası, “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Ali Təhsil Müəssisələrinin nümunəvi nizamnaməsi haqqında Qərarı, “Elm haqqında” Azərbaycan Respublikasının 20216-cı il 14 iyun tarixli 271-ci, 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.3- cü, “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqların diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 yanvar tarixli 994 nömrəli sərəncamı, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2011-ci il 21 yanvar tarixli, 9 nömrəli qərarı ilə təsdiq edilmişdir. 1 nömrəli əlavə (Ali təhsil müəssisələrinin Nümunəvi Nizamnaməsi və 10.06.2014- cü il tarixində 1105-A1-430 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində təsdiq olunmuş Azərbaycan Memarlıq və İnşaat Universitetinin (bundan sonra Universitet adlandırılacaq) Nizamnaməsi və normativi sənədləri əsasında hazırlanmışdır.
Bu əsasnamədə “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilmiş dövlət siyasətinin əsas prinsiplər məqsədləri və təhsilin səviyyələri, universitetlərdə təhsilverənlərin və təhsilalanların elmi-tədqiqat prosesinə fəal cəlb edilməsi yolu ilə elm və təhsilin təhsilin inteqrasiyası Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələn müasir təhsil sisteminin formalaşdırılması üzrə hədəflərin Azərbaycan Respublikası Prezidentinin 2013-cü ik 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun səmərəli mənimsənməsini təmin edən təhsilverənin formalaşdırılması, nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan təhsildə yeni idarəetmə sisteminin formalaşdırılması, müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması, təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmasını, dövlət ali təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi istiqamətləri nəzərə alınmışdır.
1. Ümumi müddəalar
1.1 Strateji planlaşdırma şöbəsi (bundan sonra şöbə) Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” haqqında sərəncamına universitetlərin inkişaf perspektivlərini, məqsədlərini və prioritetlərini almaqla strateji planlaşdırma sahəsindəki işlərin əlaqələndirilməsi və təşkili məqsədi ilə yaradılmışdır.
1.2 Şöbə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (bundan sonra universitet adlanacaq) struktur bölməsi olub vəzifə bölgüsünə görə birbaşa universitetin rektoruna tabedir.
1.3 Şöbə universitetin strategiyasını müəyyənləşdirir, dövlətin təhsil siyasətini və prioritetlərini nəzərə alaraq universitetin təhsil siyasətinin və prioritetlərinin formalaşdırılması üzrə təkliflər verir, təhsil sisteminin əhatə dairəsi və səmərəliliyi ilə bağlı məlumatları təhlil edir, universitetin bütün struktur bölmələrinin və ümumi fəaliyyətinin strateji planını hazırlayır, vahid inkişaf strategiyasının və mövcud qanunvericiliyin yerinə yetirilməsinə təşkilatı-metodik rəhbərliyi həyata keçirir.
1.4 Universitetdə yeni idarəetmə modelinin, hesabatvermə və qərarçıxarma sisteminin yaradılması və tədbiqinə təşkilati-metodik rəhbərliyi həyata keçirir, əks-mərkəzləşdirməyə əsaslanan yeni idarəetmə mexanizminə keçilməsinin və kadrların idarəolunmasının prioritetlərinin müəyyən edir, müvafiq strategiya hazırlayır. Universitetin ümumi strateji planının həyata keçirilməsinə nəzarət edir.
1.5 Universitetin struktur bölmələrinin monitorinqini aparır, nəticələri təhlil edir, müvafiq təkliflər hazırlayır. Universitetin uyğun struktur bölmələri ilə, o cümlədən digər şöbələrlə fakültələrlə və kafedralarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.6 Şöbənin strukturu ştat vahidinin sayı (şöbə müdiri və mütəxəssislər) və ştat tarifli universitetlərin xüsusiyyətləri nəzərə alınmaqla müəyyənləşdirilir və rektorun əmrimə əsasən təsdiq edilir.
2. Şöbənin məqsədləri
2.1 Azərbaycan Respublikasının <<Təhsil Qanunu>>nun, təhsil sahəsində Proqramının, digər normativ-hüquqi və müvafiq kollegiya qərarları, əmr və sərəncamlarının, təlimatlarının, uyğun olaraq universitet rəhbərliyinin bu sahədəki əmr və qərarlarının yerlərdə icrasını təmin etmək və universitetin digər struktur bölmələrinə bu sahədə təşkilatı köməkliyi həyata keçirmək.
2.2 Universitet miqyasında həyata keçirilən tədbirlər, proqram və layihələr üzrə strateji təhlil planlaşdırmanı həyata həyata keçirmək, təhlil planlaşdırma üzrə əsas tədbirləri müəyyənləşdirmək və tətbiq etmək.
2.3 Universitetin və qurumlarının fəaliyyətin monitorinqini əsasən məlumatları təhlil etmək, fəaliyyət planlaşdırılmasında nəzərdə tutulan məqsədlərə, gözlənilən nəticələrə və strategiyaya uyğunluq səviyyəsini müəyyənləşdirmək, müvafiq inkişaf proqramlarını hazırlamaq.
2.4 Universitetdə yeni hesabatvermə mexanizminin tətbiqinə nail olmaq, aparılan təhlillərin nəticələrinə əsasən strateji sənədlər, hesabatlar, proqnozlar, islahat layihələri hazırlamaq.
3. Şöbənin funksiyaları
3.1 Universiteti strateji fəaliyyət və indikativ inkişaf planını hazırlanmasında, həmçinin struktur bölmələrinin inkişaf planlarının işlənməsi üçün vahid inkişaf strategiyasının formalaşdırılmasını həyata keçirir.
3.2 Strategiyanın həyata keçməsi üçün müvafiq perspektiv və operativ planların hazırlanmasında iştirak edir və onların həyata keçməsinə zəruri informasiya və təşkilati dəstəyin göstərir.
3.3 Universitetin təhsil-tədqiqat-innovasiya mərkəzlərindən birinə çevrilməsində əməli fəaliyyət göstərir.
3.4 Respublika və xaricdə tanınan ali məktəblərin müxtəlif sahədə olan təcrübələrini öyrənib, universitet mühitinə adaptasiya edərək rəhbərlik üçün innovativ təkliflərin hazırlayır.
3.5 Universitetin strukturunun modernləşməsi və idarə etmənin təkmilləşməsi üçün qabaqcıl təcrübəyə əsaslanan təklifləri hazırlayır və təqdim edir.
3.6 Universitet strukturunun modernləşməsinə istiqamətlənmiş layihələrin hazırlanması və təqdim edilməsi.
3.7 Universitetin ayrı-ayrı fəaliyyət istiqamətləri və aspektləri üzrə məlumatları toplamaq, onların analitik təhlilini aparmaq və hesabatlar hazırlayır.
3.8 Təhsil prosesində müasir tələbata cavab verən islahatlar üçün kreativ yanaşmanın formalaşdırılması və rəhbərliyə real təkliflərin hazırlanmasında iştirak edir.
3.9 Universitetin kadr potensiyalının inkişafı və səmərəli istifadəsi üçün stimullaşdırıcı mexanizmlər modelinin yaradılması üçün təkliflərin hazırlayır.
3.10 Müəllimlərin tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması üçün özünü doğrultmuş innovativ modellərin tədbiqinə dəstək verir.
3.11 Universitetin dövlət qurumları, istehsalat sahələri və bizneslə strateji əməkdaşlığın genişlənməsi, bu əməkdaşlığın Strategiyanın tələblərinə uyğun yenidən qurulması həyata keçirilir.
3.12 Universitet-biznes partnyorluğu sisteminin yaradılması bilavasitə cavabdehlik daşıyır.
3.13 Müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirilmə mexanizminin üçün təklifləri hazırlayır.
3.14 Uyğun dövlət orqanları, müəssisə və təşkilatlarla strateji əlaqə yaradılması və müvaqilələrin bağlanılması istiqamətində fəaliyyət göstərir.
3.15 Şöbənin nəznində olan İnnovativ Biznes İnkubator bölməsinin fəaliyyətinə nəzarət edir. İnnovativ biznes inkubator bölməsi aşağıdakı funksiyaların yerinə yetirilməsi məqsədi ilə yaradılmışdır:
3.15.1 Universitetin təhsil-tədqiqat-innovasiya mərkəzlərindən birinə çevrilməsi, Startap layihələrinin qeydiyyata alınması və inkişaf etdirilməsi, eyni zamanda bu layihələrin texniki hissələrinin patentləşdirilməsinə dəstəyin göstərilməsi, Startap şəhadətnaməsinin alınması üçün hüquqi və təşkilati işlərin aparılması.
3.15.2 Universitetin tələbələrinin innovativ biznes biliklərinin artırılması üçün təkliflərin hazırlanması və təqdim edilməsi, biznesləşməyə istiqamətlənmiş layihələrin hazırlanması və təqdim edilməsi, bu layihələrin həyata keçirilməsi üçün müxtəlif maliyyə resurslarına çıxışın əldə edilməsi, biznes araşdırılmasının aparılması, biznes planının tərtibinə yönəlmiş işlərin reallaşdırılması.
4. Şöbə müdirinin funksiyaları
4.1 Şöbənin işinə rəhbərlik edir və onun fəaliyyətini həyata keçirir, işini istiqamətləndirir, əməkdaşlar arasında vəzifə bölgüsü aparır, cari, rüblük və illik iş planlarının hazırlanması və təsdiqini təmin edir.
4.2 Universitetin inkişaf strategiyasını müəyyənləşdirilməsində bilavasitə iştirak edir, dövlətin təhsil siyasətinin və prioritetlərinin universitetdə formalaşdırılması üzrə təkliflər verir.
4.3 Təhsilin bütün pillələrində çalışan pedaqoji kadrların və rəhbər heyətin peşakarlıq səviyyəsinin inkişaf etdirilməsi, ixtisasartırma və yenidən hazırlanma təhsili sahəsində müvafiq şöbələrlə birlikdə analitik təhlillər aparır, strateji inkişaf planının hazırlanmasında iştirak edir.
4.4 Universitetin bütün struktur bölmələrinin və ümumilikdə universitetin fəaliyyətinin strateji planını hazırlayır, vahid inkişaf strategiyasının və mövcud qanunvericiliyin yerinə yetirilməsinə təşkilatı-metodik rəhbərliyi həyata keçirir.
4.5 Universitetdə strateji təhlil və planlaşdırmanı həyata keçirir, təhlil və planlaşdırma üzrə əsas tədbirləri müəyyənləşdirir və tətbiq edilməsinə nəzarət edir.
4.6 Strateji təhlil, planlaşdırma, monitorinq və s. tədbirlərində iştirak edir.
4.7 Şöbənin işini planlaşdırmaq, öz səlahiyyətləri daxilində müəyyənləşdirilmiş strategiyaya və təhsil siyasətinə uyğunluğunu təhlil edir, universitetin elmi şürasında müzakirə üçün məsələlər və təkliflər hazırlayır, rektora təqdim edir.
4.8 Strateji təhsil, planlaşdırma, əks-mərkəzləşdirmə və yeni hesabatvermə sisteminin öyrədilməsi üçün müvafiq treninqlər hazırlayır, seminarlar və ya konfranslar təşkil edir.
4.9 Yeni pedaqoji, informasiya-kommunikasiya, iqtisadi texnologiyaların və digər innovasiyaların təhsil sistemində tətbiqi üzrə təhlillər aparır, bu sahədə aidiyyəti struktur təşkil edir.
4.10 Şöbədə əmək intizamı qaydalarına riayət edilməsinə və şöbəyə məxsus əmlakın qorunmasına və səmərəli istifadə olunmasına nəzarət edir.
4.11 Universitetin elmi şurasında şöbəni təmsil edir.
4.12 Şöbədə fəaliyyət göstərən əməkdaşların müasir informasiya-kommunikasiya texnologiyaları və xarici dil biliklərinə sahib olmalarına cavabdehlik daşıyır.
4.13 Şöbənin qarşısına qoyulmuş vəzifələrin vaxtında, yüksək keyfiyyətdə həyata keçirilməsi və intizamına əməl nəzarət edir.
5. Mütəxəssislərin funksiyaları
5.1 Məşğul olduğu sahə üzrə tədris, metodiki və hüquqi sənədlərin hazırlanması işini həyata keçirir nə hazırladığı tədris, metodiki və hüquqi sənədlərin keyfiyyətinə görə məsuliyyət daşıyır.
5.2 Strateji təhlil və planlaşdırma məqsədilə universitetin bütün struktur bölmələrindən lazımi məlumat və materiallar alır.
5.3 Şöbənin səlahiyyətlərinə aid olan məsələlərlə əlaqədar qərarlar, əmrlər, digər normativ-hüquqi aktları hazırlayır və şöbə müdürünə təqdim edir.
5.4 Universitetin müxtəlif struktur bölmələrinin uyğun fəaliyyətləri ilə əlaqəli təlimin keçirilməsini təşkil edir, işin keyfiyyətini yaxşılaşdırmaq üçün tövsiyələr verir və köməklik göstərir.
5.5 Yeni innovativ təlim metodlarının tədrisə tətbiqi məqsədi ilə təcrübi eksperimentlərin keçirilməsini təşkil edir və bununla bağlı professor-müəllim heyyətinə və tədris köməkçi heyyətə lazımi köməklik göstərir.
5.6 Müxtəlif fənnin tədrisi keyfiyyətini öyrənir, təlim edir və tədrisi keyfiyyətini yaxşılaşdırmaq üçün təkliflər hazırlayır və şöbə müdirinə təqdim edir.
5.7 Təhsilin inkişafı üzrə həyata keçirilən layihələrin strateji təhlil və planlaşdırma məsələləri ilə əlaqədar sənədlərin hazırlanması prosesində iştirak edir.
5.8 Şöbənin elektron məlumat bazasının yaradılması prosesində iştirak edir.
5.9 Öz işi haqqında şöbə rəhbərinə hesabat verir.
6. Şöbənin hüquqları
6.1 Dövlətin təhsil siyasətinin, təhsillə bağlı qanunvericilik sənədlərindən irəli gələn vəzifələrin həyata keçirilməsi vəziyyətini öyrənmək, təhlil etmək və müvafiq təkliflər hazırlamaq, strateji təhlil və planlaşdırma sahəsində universitetin rəhbərinə təkliflər vermək, pedaqoji kollektivlərə müvafiq məsləhətlər vermək, bu sahədə təşkilatı metodik köməklik göstərmək.
6.2 Strateji təhlil və planlaşdırma məqsədilə universitetin struktur bölmələrindən, müvafiq fakültələrdən lazımi məlumat və materiallar almaq.
6.3 Universitetin idarəetmə, strateji təhlil, planlaşdırma, monitorinq və kadrların idarə olunması tədbirlərində iştirak etmək.
6.4 Öz səlahiyyətlərinə aid olan məsələlərə əlaqədar qərarlar, əmrlər, digər normativ hüquqi aktlar hazırlamaq.
6.5 Şöbənin səlahiyyətlərinə aid olan məsələlərə bağlı yığıncaqlar, seminarlar, konfranslar və digər tədbirlər keçirmək.
6.6 Universitetin və şöbənin məlumat bazasının təşkilində istifadə etmək.
6.7 Təhsilin inkişafı üzrə layihələrin, strateji təhlil və planlaşdırma məsələləri ilə əlaqədar sənədlərin hazırlanması prosesinə mütəxəssisləri cəlb etmək.
6.8 Universiteti şöbənin funksiyalarına aid məsələlərlə əlaqəli nazirliklərdə, agentliklərdə, təşkilatlarda və qurumlarda keçirilən tədbirlərdə təmsil etmək.
6.9 Şöbənin aidiyyəti qurumları ilə birlikdə təhsil sistemi işçilərinin rəğbətləndirilməsi və onların barəsində inzibati və təşkilati tədbirlərin görülməsi ilə bağlı təkliflər vermək.