Daxili qiymətləndirmə sistemi
2024-cü il üzrə Daxili qiymətləndirmə layihəsinin müəllimlər üçün olan formasını aşağıdakı linkə daxil olaraq yükləyə bilərsiniz.
Azərbaycan Memarlıq və İnşaat Universitetində differensial əmək haqqı sisteminin tətbiqinə başlanılıb
Dövlət başçısının "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”-nı təsdiq etməsi ilə təhsildə prioritet istiqamətləri müəyyənləşdirməklə yanaşı universitetimizdə stimullaşdırıcı mexanizmlərin təkmilləşdirilməsi yönündə işlərin görülməsinə zəmin yaratdı.
Azərbaycan Memarlıq və İnşaat Universitetində də tətbiq edilən “Daxili qiymətləndirmə” layihəsi bir başa bu prinsiplərə xidmət edir.
Layihənin hazırlanmasında bir sıra xarici ölkələrin qabaqcıl universitetlərinin professor-müəllim heyətinin fəaliyyətinin keyfiyyətcə qiymətləndirilməsinin prinsipləri əsas götürülmüşdür. Layihənin əsas vəzifəsi mütəxəssislərin hazırlıq keyfiyyətini yüksəltməkdir və Universitetin inkişaf prioritetlərinə müəllimlərin diqqətini cəlb edərək, onların potensialının bu istiqamətlərdə daha da dolğun reallaşdırılmasının motivasiyasıdır. Eyni zamanda, müəllimlərə differensial əmək haqqı verməklə stimullaşdırıcı mexanizmləri təkmilləşdirmək və universitetdə sağlam rəqabəti formalaşdırmaq qarşıya məqsəd qoyulub.
AzMİU-da 2015-2016-cı tədris ili üçün Daxili qiymətləndirmə layihəsi tətbiq edilmişdir. Qiymətləndirmə sistemində təhsilverənin il boyu pedaqoji, elmi-metodiki işlərinin keyfiyyəti, beynəlxalq təhsil sisteminə inteqrasiyası, təhsildə müasir texnologiyaların tətbiqi və tələbələrin rəyi öz əksini tapmışdır. Müəllimin bütün fəaliyyəti konkret göstəricilərlə və onlara verilən ballarla qiymətləndirilmiş və attestasiya müəllimin reytinqini və kateqoriyasını müəyyənləşdirmişdir.
Müəllimin kateqoriya üzrə mükafatlandırılması bir tədris ili müddətində aylıq əmək haqqına edilən əlavələr ilə icra olunur. Cari tədris ili üçün Universitetin Elmi Şurasının təqdimatı ilə kateqoriyaların verilməsi rektorun əmri əsasında təsdiq olunmuşdur.
Azərbaycan Memarlıq və İnşaat Universitetində hər il Daxili qiymətləndirmə layihəsinin tətbiqi planlaşdırılır və bu layihə təhsil xidmətinin keyfiyyətinin təkmilləşməsinə əlavə təkan olacaqdır.
Strateji planlaşdırma şöbəsinin layihəsi olan “Daxili qiymətləndirmə” AzMİU-nun professor-müəllim heyətinin universitet daxili attestasiya qaydalarını tərtib etmişdir. “Daxili qiymətləndirmə” layihəsi akademik heyətin əməyinin qiymətləndirilməsinin sistem şəklinə gətirilməsi, onların əmək haqlarının ölçüsünün yerinə yetirdikləri işlərin nəticələrinə görə daha dəqiq nəzərə alınması və müəllimlərin kateqoriyalara bölünməsi zəruriyyətini yaradır. Bununla əlaqədar bir sıra xarici ölkələrin qabaqcıl universitetlərinin professor-müəllim heyətinin fəaliyyətinin keyfiyyətcə qiymətləndirilməsinin prinsipləri əsas götürülür. Bu layihənin əsas məqsədi ondan ibarətdir ki, ən yaxşı müəllimlər ədalətli şəkildə seçilsin və işdə yaxşı göstəricilərinə görə mükafatla təltif olunsunlar. Strateji planlaşdırma şöbəsinin bu layihəsi universitet rəhbərliyi tərəfindən müsbət rəylə qarşılanmışdır.
Eyni zamanda “Daxili qiymətləndirmə” layihəsi Fransanın Paris şəhərində Descartes universitetində keçirilən beynəlxalq konfransda maraqla qarşılanmış və dekabr ayında işıq üzü görəcək dünyada seçilmiş məruzələr toplusuna salınmışdır.