Beynəlxalq layihələr


Strateji planlaşdırma şöbəsi bir çox beynəlxalq layihələrə rəhbərlik etmişdir. Eyni zamanda icraçı komdanda kimi layihələrdə təmsil olunmuşdur. 

 

Creative Spark: Ali Təhsil Müəssisəsi Proqramı

"Creative Spark" Birləşmiş Krallığın dəstəyilə Mərkəzi Asiya ölkələrində (Qazaxıstan, Özbəkistan, Qırğızıstan), Cənubi Qafqaz ölkələrində (Azərbaycan, Gürcüstan, Ermənistan) və Ukraynada (ümumilikdə yeddi ölkədə) biznes bacarıqlarını və yaradıcı iqtisadiyyatı inkişaf etdirmək məqsədilə universitetlərarası və institusional əməkdaşlığı beynəlxalq səviyyədə dəstəkləmək üçün nəzərdə tutulan beş illik layihədir. 

Azərbaycan Memarlıq və İnşaat Universiteti də beynəlxalq proqrama qoşulmaq imkanı əldə etmişdir. Belə ki, AzMİU 2 layihə qazanaraq həm London South Bank Universiteti həm də Leicester Universitetləri ilə əməkdaşlıq edir. Creative Spark proqramının məqsədi regionda təhsil alan tələbələrin sahibkarlıq bacarıqlarının və ingilis dilinin inkişaf etdirilməsi eləcə də onların bu yöndə ideyalarını dəstəkləməkdir. Hər bir tərəfdaşlığı dəstəkləmək üçün birinci il (2018-2019) 50 min funt sterlinq (64 min dollar) ikinci il (2019-2020) maliyyə vəsaiti ayrılmışdır.

Layihə çərçvəsində AzMİU-da həyata keçirilən tədbirlər:

  • 2019-cu ilin mart ayında Böyük Britaniyanın London South Bank Universiteti nümayəndəsi Linsey Cole tərəfindən müəllimlər və tələbələr üçün bir həftəlik intensiv təlimlər keçirilib.
  • 2019-cu ilin iyun ayında ekspertlər Ivana Kraincanic və Linsey Cole AzMİU-ya səfəri zamanı müəllim və tələbələr üçün fərdi inkişaf və sahibkarlıq bacarıqlarının inkişaf etdirilmsi mövzusunda vorkşoplar keçiblər. 
  • Layihə çərçivəsində ilk öncə Universitetdaxili start-up müsabiqə daha sonra 3 komanda ölkə çempionu olmuşdur.
  •  AzMİU-nun Memarlıq fakültəsinin tələbəsi Sevən Məhəmmədpur British Council- Böyük İdeya startap yarışmasının Azərbaycan üzrə çempionu olmuşdur. Tələbə Böyük Britaniyaya səfər və 3000 ingilis funt sterlinqi məbləğində pul mükafatı qazanıb.  
  • Layihə çərçivəsində Leicester Universitetinin ekspertləri tərəfindən universitet müəllimləri üçün ixtisasyönümlü akademik ingilis dili kurslar davamlı olaraq keçirilir.
  • 2020-ci ildə AzMİU-da British Council tərəfindən həyata keçirilən Creative Spark proqramı çərçivəsində 6 ay davam edən onlayn ingilis dili kursu fəalliyyət göstərib. Kursda iştirak edən 20 nəfər universitetin gənc kadrları və tələbələr beynəlxalq British Council sertifikatı ilə təmin olunmuşdurlar.Azərbaycan Memarlıq və İnşaat Universitetində British Council tərəfindən həyata keçirilən Creative Spark proqramı çərçivəsində 6 ay davam edən onlayn ingilis dili kursu fəalliyyət göstərib. Kursda iştirak edən 20 nəfər universitetin gənc kadrları və tələbələr beynəlxalq British Council sertifikatı ilə təmin olunmuşdurlar.
  • 2021-ci ildə İnnovativ Biznes İnkubatorun üzvləri  Big İdea Yarışmasında yer tutublar. Məmmədov Elnur Creative kateqoriyasında öz "Stork" startup layihəsi ilə iştirak etmiş və həmin kateqoriyada 1-ci yeri tutmuşdur. Mirzəyeva Gülnarə Digital Technology kateqoriyasında öz " TechnoHealth" startup layihəsi ilə iştirak etmiş və Azərbaycan üzrə ölkə səsvermə çempionu olmuşdur.

 

 

 























11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]