Şirkətlərlə strateji əməkdaşlıq


        Strateji planlaşdırma şöbəsinin əsas funksiyalarından biri olan şirkətlərlə universitet arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması istiqamətindəki işləri uğurla davam etməkdədir. Son illər  ərzində universitetdə bir çox profillər üzrə fəaliyyət göstərən laboratoriyalar və mərkəzlər fəaliyyətə başlamışdır.

 

      AzMİU-da 2-ci dəfə Karyera Sərgisi təşkil olunub

     Fevralın 20-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU)  tələbələrin məşğulluğunu artırmaq məqsədi ilə növbəti dəfə tələbə və məzunlar üçün Karyera sərgisi təşkil olunub. Sərgidə nazirliklər, dövlət qurumları, komitə və təşkilatlar, müəssisələr eləcə də universitetimizlə uğurlu əməkdaşlıq edən ölkənin qabaqcıl şirkətlərinin nümayəndələri iştirak ediblər.

       

 

     AzerGold QSC ilə AzMİU arasında əməkdaşlıq nəticəsində bir çox fəaliyyətlər həyata keçirilir.

     “AzerGold” QSC  ilə AzMİU arasında imzalanmış fəaliyyət planına əsasən tədris ili müddətində şirkətin fəaliyyət sahəsinə uyğun olaraq mütəxəssisləri tərəfindən Universitetin müxtəlif ixtisaslarında təhsil alan tələbələri üçün seminarlar, treninqlər və ekskursiyalar təşkil olunur.

          

 

       Universitetdə Almaniyanın Brandenburq Universitetinin dəstəyi ilə laboratoriya açılmışdır.

       AzMİU-da Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının nəzdində yeni innovativ texnologiya sayılan Tavandan soyutma və isitmə qurğularının laboratoriyası açılıb.

       

  

        AzMİU-da Embawood şirkətinin emalatxanası açılıb
       Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Embawood şirkətinin Memarlıq, İnşaat, İnşaat texnologiya fakültələri üçün nəzərdə tutulmuş Taxta emalatxanasının açılışı olub. Açılışda universitetin rektorluğu, professor-müəllim heyəti, tələbələri ilə yanaşı, Embawood şirkətinin rəhbərliyi də iştirak edib.


Açılış mərasimində AzMİU-nun rekroru, professor Gülçöhrə Məmmədova və şirkətin təsisçisi Elşad Abbasov emaiatxananın rəsmi açılşını bildirən qırmızı lenti kəsiblər, emalatxana ilə tanış olublar. Onlar müasir avadanlıqlarla təchiz olunmuş emalatxananı gəziblər, tələbələrin işləməsi üçün quraşdırılan dəzgah və qurğulara baxıblar. Rektor Embawood şirkətinin universitetdə emalatxana açmasını yüksək qiymətləndirib, şirkətin rəhbərliyinə təşəkkürünü bildirib. O, bu günün universitetin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində əhəmiyyətli bir gün olduğunu da xüsusi vurğulayıb. “Yükək potensiala malik kadrların yetişdirilməsi, gələcək mütəxəssislərin ixtisas biliklərinin artırılması  üçün bu emalatxana əvəzsiz rol oynayacaq”.


Embawood şirkəti ilə əməkdaşlıq
AzMİU ilə Embawood şirkəti arasında Memorandum imzalanaraq təməli qoyulan əməkdaşlığın iri miqyaslı layihələrlə davam etdirilməsi planlaşdırılır. Bunun müqabilində universitetdə bu il Memarlıq, İnşaat, İnşaat texnologiyaları fakültələri üçün nəzərdə tutulmuş Taxta emalatxanasının açılması nəzərdə tutulmuşdur.



Akkord şirkəti ilə Memorandumun imzalanması
Akkord şirkətinin Qazax beton zavodu ilə Universitet arasında əməkdaşlıq memorandumu imzalanmışdır və eyni zamanda universitetdə İnşaat texnologiyaları kafedrası üçün nəzərdə tutulmuş tədris-sınaq laboratoriyasının yaradılması planlaşdırılır və artıq ilkin işlər görülmüşdür. 

     
Holcim laboratoriyasının fəaliyyətə başlaması

2015-ci ilin oktyabr ayında universitetdə Holcim şirkəti ilə birgə İnşaat texnologiyaları kafedrası üçün nəzərdə tutulmuş “Yapışdırıcı materialların və betonların sınağı  laboratoriya” –sı  yaradılmışdır. Laboratoriyada yerləşdirilən texnika sınaq işlərinin tam Avropa standartlarına uyğun şəkildə yerinə yetirilməsinə imkan verəcəkdir.


     
     Paşa Holding laboratoriyasının fəaliyyətə başlaması

Paşa Holding-in İnşaat fakültəsinin İnşaat konstruksiyaları kafedrası üçün nəzərədə tutulmuş “İnşaat konstruksiyalarının müayinəsi və tətbiqi” laboratoriyası açılmışdır. Ayrılan böyük maliyyə vəsaiti nəticəsində laboratoriya ən son texniki standartlara cavab verən avadanlıqlarla təhciz olumuşdur və hesab edirik ki, ölkəmizdə inşaat sahəsində analoqu olmayan laboratoriyalardan biri olacaqdır. Bu amili nəzərə alaraq  deyə bilərik ki, universitetdə bu tipli laboratoriyaların açılması yeni nəsil memar və inşaat mütəxəssislərinin yetişdirilməsində əvəzsiz roy oynayacaqdır.



    Təmiz Şəhər Mərkəzinin fəaliyyətə başlaması
Universitetlə Təmiz Şəhər ASC arasında qurulan əməkdaşlıq uğurla davam etməkdədir. Bunun təzahürü olaraq bu il Universitetdə Ekologiya kafedrası üçün nəzərədə tutulmuş “Təmiz Şəhər Mərkəzi” fəaliyyətə başlamışdır. Mərkəzin təntənəli açılış mərasimində Təhsil Nazirinin müavini Ceyhun Bayramov universitet, şirkət rəhbərliyi və digər nümayəndələr iştirak etmişdir.
  Mərkəzin yaradılmasında məqsəd tələbələr üçün ekspertlər tərəfindən seminarların təşkili, prezentasiyaların keçirilməsi və digər fəaliyyətlərdir.


      Aksesuar İnşaat Mərkəzinin fəaliyyətə başlaması
      2014-cü ildə işlərinə başlanan 2015-ci ilin əvvəllərində tam hazır olan “Aksesuar İnşaat Məzkəzi” fəaliyyətə başlamışdır. Mərkəz Memarlıq fakültəsinin Dizayn ixtisası üçün nəzərdə tutulmuş memarlıq, dizayn sahələrində tələbələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi, şirkət mütəxəssislərinin cəlb edilərək seminarların keçirilməsi məqsədi daşıyır. Eyni zamanda 3D MAX, AutoCat, ArchiCat və başqa proqamlarla işləmək imkanı yaradacaq.


“Strateji planlaşdırma” şöbəsinin əsas vəzifələrindən biri də şirkət və koorparasiyalar ilə   strateji əməkdaşlıq qurmaqdır. Fəaliyyətə başladığı  müddət ərzində böyük şirkətlərlə partnyorluq əlaqələri yaratmış və müqavilələr imzalanmışdır.








 
Tələbələrin təcrübəyə yollandığı şirkətlər
Universitet tələbələrinin əyani biliklərinin daha da təkminləşdirilməsi məqsədi ilə öz sahələri üzrə böyük şirkətlərdə və tikinti obyektlərində təcrübə keçmişlər. Bir-neçə şirkət tələbələrə 2013-2014 tədris ili ərzində yay təcrübəsi təşkil etmiş və onların praktiki biliklərə yiyələnmələrinə çox yardımçı olmuşdur.






Adlı təqaüdlər təşkil edən şirkətlər
2013-2014 tədris ili ərzində Universitetimizdə “SİNAM” şirkəti və “REGİON TV” müxtəlif adlarda müsabiqələr təşkil etmişlər. Belə müsabiqələr rəqabətin artması ilə yanaşı qalib gələn tələbələrin mükafatlandırılması da  stimullaçdırıcı rol oynayır.
























11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]