Elanlar
Elanlar
IV kurs tələbələrinin nəzərinə!
Tədris planına müvafiq olaraq AzMİU-nun sonuncu kurs tələbələri VIII semestrdə 14 həftəlik istehsalat təcrübəsinə göndəriləcəkdir. Tələbələr universitet tərəfindən göndərilən təcrübə yerlərindən əlavə, işlədiyi və ya təcrübə keçmək istədiyi müəssisələrdən məktub gətirərək, istehsalat təcrübələrini həmin müəssisədə keçmək imkanını əldə edə bilərlər. Bunun üçün müəssisə tərəfindən universitetə təqdim olunan məktubu Təcrübə və Karyera Mərkəzinə təqdim edilməsi zəruridir. Yalnız aşağıdakı tələblərə cavab verilən məktublar qəbul ediləcəkdir:
•Müəssisənin fəaliyyət sahəsi (şirkət, təşkilat) mütləq şəkildə tələbənin təhsil aldığı ixtisasa uyğun olmalıdır.
•Obyekt tipli və ya müvəqqəti fəaliyyət göstərən kiçik müəssisələrdə istehsalat təcrübəsinin keçirilməsinə icazə verilmir.
•Məktub rəsmi blankda, müəssisənin rəhbərliyi tərəfindən imzalanmış şəkildə, universitetin rektoruna müraciət formasında yazılmalıdır. (Məktub mütləq şəkildə nömrələnməlidir).
•Müəssisə haqqında qısa məlumat, tələbənin adı, soyadı, qrup nömrəsi və tam olaraq təcrübə keçəcəyi şöbə (və ya layihənin adı) qeyd edilməlidir.
•Müəssisənin əlaqə nömrəsi, ünvanı dəqiq qeyd edilməlidir.
Məktubların son qəbul tarixi: 27.12.2021
Əlavə məlumat üçün “Təcrübə və karyera” Mərkəzinə yaxınlaşa bilərsiniz. I №-li tədris binası, 4-cü mərtəbə, 403 otaq.
Əlaqə: (012) 5392695
II kurs magistrantların nəzərinə!
Tədris planına müvafiq olaraq AzMİU-da təhsil alan II-ci kurs magistrantları sonuncu semestrdə 8 həftəlik Elmi-tədqiqat və Elmi-pedaqoji təcrübələrinə göndəriləcəkdir.
Magistrant universitetin təyin etdiyi elmi-tədqiqat müəssisələrindən savayı, istədiyi tədqiqat müəssisəsində təcrübə keçmək imkanını yalnız, həmin müəssisədə elmi-tədqiqat laboratoriyası olduğu halda əldə edə bilər.
Bunun üçün müəssisə tərəfindən universitetə təqdim olunan məktubu Təcrübə və Karyera Mərkəzinə təqdim edilməsi zəruridir. Yalnız aşağıdakı tələblərə cavab verilən məktublar qəbul ediləcəkdir:
•Müəssisə magistrantın təhsil aldığı ixtisasa uyğun olmalıdır.
•Məktub rəsmi blankda, müəssisənin rəhbərliyi tərəfindən imzalanmış şəkildə, universitetin rektoruna müraciət formasında yazılmalıdır.
•Məktub mütləq şəkildə nömrələnməlidir.
•Məktubda magistrantın adı, soyadı, qrup nömrəsi və təcrübə keçəcəyi elmi-tədqiqat laboratoriyasının adı tam qeyd edilməlidir.
•Müəssisənin əlaqə nömrəsi, ünvanı məktubun üzərində dəqiq qeyd edilməlidir.
Məktubların son qəbul tarixi:
1) Pilot təcrübə proqramı çərçivəsində yönləndiriləcək magistrantlar üçün: 08.10.2021
2) Ənənəvi təcrübə proqramı çərçivəsində yönləndiriləcək magistrantlar üçün: 27.12.2021
Əlavə məlumat üçün “Təcrübə və karyera” Mərkəzinə yaxınlaşa bilərsiniz. I №-li tədris binası, 4-cü mərtəbə, 403 otaq.
Əlaqə: (012) 5392695