Bakalavr


Bakalavriat pilləsi üzrə təcrübə imkanları haqqında məlumat

İstehsalat təcrübəsi haqqında məlumat


Təhsil Nazirliyinin standartlarına əsasən istehsalat təcrübəsi 21 kredit təşkil edir. Belə ki, bakalavr pilləsində təhsil alan bütün tələbələr tədris planında nəzərdə tutulan semestrə uyğun olaraq ixtisasları üzrə istehsalat təcrübəsi keçməlidirlər. Tələbələr tədris ilinin 8-ci semestrində istehsalat təcrübəsində iştirak etmək hüququna malikdirlər.

Təcrübə müəyyən edilmiş vaxtda başlayır və bir dəfə olmaqla nəzərdə tutulan semestr ərzində tamamlanır. İstehsalat təcrübəsi üzrə məsləhət və təlimlər bu müddətə aid edilmir.

Qaydalar:

Təcrübə müddəti:  14 həftə. 
Həftəlik minimum iş saatı: 21 saat. 

İstehsalat təcrübəsi müddətində tələbə nəzərdə tutulmuş iş saatında təcrübə yerində olmalıdır. Tələbəyə heç bir halda təcrübəyə ayrılan müddətin 25%-dən artığında iştirak etməməyə icazə verilmir. Bu limiti keçən tələbənin yekun təcrübə qiyməti qeyri-kafi hesab olunur. Bu halda tələbə ödənişli əsaslarla istehsalat təcrübəsini yenidən keçməlidir.
Bu qaydaları pozan, üzrsüz səbəbdən təcrübədə iştirak etməyən və yaxud istehsalat təcrübəsini öz təşəbbüsü ilə, müəssisə və universitetin razılığı olmadan dayandıran tələbənin təcrübəsi baş tutmamış sayılır və tələbənin təcrübə fəaliyyəti “0”-la (qeyri-kafi) qiymətləndirilir.
İstehsalat təcrübəsində iştirak etməyən və ya təcrübəni uğurla başa çatdırmayan tələbə növbəti tədris ilində həmin ilin istehsalat təcrübəsi qaydalarına əsasən (tələbə tərəfindən ixtisasın istehsalat təcrübəsinə uyğun kreditin qanunla müəyyən edilən ödəndikdən sonra) təcrübəyə buraxılır.
İstehsalat təcrübəsini müvəffəqiyyətlə tamamlamayan tələbələr tədris prosesinin növbəti mərhələsinə davam edə bilərlər. İstehsalat təcrübəsində iştirak etməyən tələbələr yekun dövlət attestasiyasına buraxılmırlar.

Təcrübədə iştirak aşağıdakı mərhələlərdən ibarətdir:

1. Hazırlıq mərhələsi
2. Təcrübə prosesi (təcrübədə iştirak)
3. Təcrübənin yekunu
4. Sənədlərin təhvil verilməsi
5. Qiymətləndirmə prosesi

Hazırlıq mərhələsi:
İstehsalat təcrübəsi başlanmazdan əvvəl TKM oktyabr ayında təcrübəyə gedəcək tələbələrə email və digər sosial alətlər vasitəsilə təcrübələrin keçirilməsi elanını göndərir. Elana əsasən, tələbələr TKM-nə istehsalat keçəcəyi müəssisə və ya təşkilatın məktubunu təqdim edir və sonralar Mərkəz tərəfindən onlara baxılır, araşdırılr təcrübə keçmək istədikləri istiqamətlər öyrənilir və tələbənin ixtisası, müəssisənin fəaliyyət istiqaməti və s. məsələlər təcrübə tələblərinə uyğun gəldiyi halda onlar həmin müəssisələrə göndərilirlər.

Zaman faktorunu nəzərə alaraq, tələbələrin məsələyə ciddi yanaşmaları xahiş olunur. Əks halda, təcrübə üçün seçiləcək müəssisə tələbənin istəyinə uyğun olmaya bilər.

2021 - 4-cü kursların təcrübə semestrinə dair hazırlıq mərhələsi.
Oktyabr - TKM-nin tələbələrə müraciətinin göndərilməsi və görüş üçün tələbələrin müraciətlərinin qəbul olunması
Noyabr - Tələbələrlə görüşlərin keçirilməsi və müəssisələrlə danışıqların aparılması
Dekabr - İlkin siyahının tərtibatı və müəssisələrlə danışıqların davam etdirilməsi
Yanvar - Əmrin hazırlanması
Fevral - Təcrübə sənədləşmələrinin qaydaya salınması və təcrübənin başlanması
 

Qeyd: Tələbələr təcrübəyə fevral ayının 16-sı başlayır.

Sənədlərin təhvil verilməsi:
Tələbə təcrübə dövründə gündəlik gördüyü işləri kafedra tərəfindən təqdim edilən tələbənin gündəliyində qeydlər aparır. Təcrübənin sonunda isə təcrübə sənədləri sayılan "Təcrübə gündəliyi" və yekun hesabatı 1 həftə ərzində ixtisas kafedrasına təqdim edir.
Qeyd: Təcrübəçinin gündəliyində həftəliklər ayrı-ayrılıqda təcrübə yerindəki səlahiyyətli şəxsin imzası ilə təsdiqlənir. İmzası və möhürü olmayan, üzərində pozuntu olan təcrübə gündəliyi qəbul edilmir.
Müəssisənin rəyi: Təcrübə dövrü başa çatdıqdan sonra müəssisə tələbənin fəaliyyətini qiymətləndirir. Müəssisənin istehsalat təcrübəsi üzrə rəhbəri və ya müəssisədə səlahiyyətli şəxs tərəfindən gündəlikdə ayrılan xanalar doldurulmalıdır. İmzası, möhürü olmayan və üzərində pozuntu olan gündəliklər qəbul edilmir.


Qiymətləndirmə prosesi:
Tələbənin istehsalat təcrübəsi dövründəki fəaliyyəti aşağıdakı göstəricilərə əsasən aparılır:
- Davamiyyət - 10 bal
- Tələbənin təcrübə dair gündəliyi - 40 bal
- Yekun hesabat - 50 bal
- Çatışmayan göstəricilər “0” olaraq qiymətləndirilir. İstehsalat təcrübəsini müvəffəqiyyətlə tamamlayan tələbə təhsil proqramında təcrübə üçün ayrılmış müvafiq kreditləri qazanmış hesab olunur.























11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]