Karyera İmkanları


Karyera İmkanları

Gənclər üçün Təcrübə və Karyera Mərkəzi olaraq başlıca vəzifəmiz tələbələrimizi peşəkar iş həyatına hazırlamaq, şəxsi inkişaflarına dəstək olmaq, işəgötürənlərlə sıx əməkdaşlıqlar qurmaq və məzunlarımızla sağlam əlaqələri daim qorumaqdır.

 

MƏRKƏZİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

  1. İş həyatına hazırlıq;

  2. Bacarıqların təkmilləşdirilməsi;

  3. İş dünyası ilə əlaqələrin gücləndirilməsi;

  4. Məzunlarla əlaqələr.

 

1. İş həyatına hazırlıq

  • Karyera Kouçinq və Mentorluq dəstəyi;

  • Tələbələrin Karyera Profilinin yaradılması;

  • İş müsahibələrinin simulasiyalarının keçirilməsi;

  • İş dünyasının tələblərinə uyğun təlimlərin təşkili;

  • Uğur hekayəsi ilə fərqlənən şəxslərlə görüşlər;

  • CV, tövsiyə və istək məktublarının hazırlanmasına köməkliyin göstərilməsi;

  • İş görüşməsindən öncə psixoloji seminarların təşkili;

  • Virtual Müəssisədə tələbələrin təcrübə qazanmasına şəraitin yaradılması;

  • Real iş təkliflərini dəyərləndirməsi.

2. Bacarıqların təkmilləşdirilməsi

Liderlik, bədən dili, natiqlik, stress menecment, ünsiyyyət bacarıqları, iş mühitinə adaptasiya, vaxtın idarə edilməsi, korporativ yazışma texnikaları üzrə workshopların təşkili.
 

3. İş dünyası ilə əlaqələrin gücləndirilməsi

  • Şirkətlərin mütəmadi infosessiyalarını keçirməklə tələbələrlə-iş dünyası arasında informasiya mübadiləsinə nail olunması;

  • Şirkət rəhbərliyindəki şəxslərlə tələbələrin görüşlərinin təşkili;

  • Tələbələrin şirkətlərdəki iş prosesini yaxından izləməsi üçün infoturların təşkili;

  • Əməkdaşlıq müqavilələrində nəzərdə tutulan istiqamətlər üzrə fəaliyyətlərin icrası.

4. Məzunlarla əlaqələr

  • Məzunların təqdim edilən platformadakı qeydiyyatı üzrə onlara bildirişlərin göndərilməsi;

  • Şirkət və qurumların İnsan Resursları şöbələri ilə əlaqə yaradaraq AzMİU məzunları barədə məlumatların toplanılması və izlənilməsi;

  • Hər il AzMİU məzunlarının toplantısı təşkil edilməsi;

  • AzMİU məzunlarının il boyu kiçik (fakültə, qrup) toplantılarının keçirilməsi;

  • İctimaiyyəti mütəmadi olaraq məzunlarımızın karyera uğurları barədə məlumatlandırılması;

  • Məzunlar arasında karyera yönümlü görüşləri keçirilməsi;

  • Məzunlar və tələbələrin bir araya gəldiyi görüşlərin təşkil edilməsi;

  • Məzunların Yeni il və digər bayramlarda görüşləri təşkil edilməsi.























11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]