Karyera məsləhəti


Karyera məsləhəti haqqında

Karyera məsləhəti - AzMİU Təcrübə və Karyera Mərkəzi tərəfindən tələbə və məzunlar üçün nəzərdə tutulan xidmətidir. Bu xidmətdən bütün tələbə və məzunlar yararlana bilər. Karyera məsləhəti çərçivəsində tələbələrlə individual və ya grup şəklində görüşlərin keçirilməsi nəzərdə tutulur. Görüş tarixi və vaxtı əvvəlcədən müəyyənləşdirilməlidir. Müraciətdən sonra bir həftə ərzində görüş vaxtı təyin edilə bilər. Karyera məsləhəti zamanı tələbə və məzunlara şəxsi inkişaf planının hazırlanması və portfolionun qurulmasına birbaşa dəstək verilir. CV-nin hazırlanması, iş və ya təcrübə proqramlarına müraciətin göndərilməsi, elektron şəbəkələrdə peşəkar profilin qurulması və s. karyera məsləhəti zamanı müzakirə oluna bilər. Bunun üçün əlaqə bölməsinə daxil olub müraciətinizi bildirə bilərsiniz.

Həmçinin tərəfimizdən CV hazırlanmasına dair video təlimat hazırlanmışdır. Buyurub video ilə tanış ola bilərsiniz.

 























11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]