Karyera sərgiləri

Karyera sərgiləri

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) tələbə və məzunlarının karyera imkanlarının dəstəklənməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Universitetdə təhsil alan tələbələrin yerli və beynəlxalq nüfuzlu qurumlarda təcrübə keçmələrinin təşkili də AzMİU üçün prioritet məsələlərdəndir.

Müvafiq istiqamətdə fəaliyyət göstərərkən AzMİU karyera sərgilərinin keçirilməsinə xüsusi diqqət yetirir. Belə ki, universitet karyera sərgilərinin bilavasitə təşkilatçısı olmaqla yanaşı, dövlət və özəl qurumlar tərəfindən təşkil olunmuş bu qəbildən olan müxtəlif tədbirlərdə iştirak edir.

Tələbələrinin keyfiyyətli təhsil almalarını təmin etməklə yanaşı, onların ixtisasları üzrə uğurlu karyera qurmaları üçün də köməklik göstərən universitet rəhbərliyinin təşəbbüsü ilə 70-ə yaxın dövlət qurumu, özəl şirkətlər, müəssisələr tələbə və məzunlara müxtəlif vakansiyalar üzrə ümumilikdə 600-dən çox iş yerləri təklif edilir.

Sərgidə ölkənin aparıcı şirkətlərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, SOCAR,  “Azərişıq”, Metropoliten, “Azərsu” ASC, “Zaferoğlu İnşaat” MMC,  “Embawood” MMC, “Holcim”, “Mətanət-A” şirkəti, “Azərsun” Holdinq, Kapital Bank, Bank of Baku, “Beynəlxalq Bank, “Metak” şirkəti, “Təmiz Şəhər” ASC, “Gilan Holding”, “Akkord”, “Azercell”,  eləcə də digər dövlət və özəl şirkətlərdə vakant iş yerləri sərgiyə çıxarılır. 

Karyera sərgilərinin keçirilməsində əsas məqsəd universitet məzunlarının məşğulluğunun təmin edilməsi, savadlı, bacarıqlı və təcrübəli gənclərin ixtisas yönümlü karyera perspektivlərinin dəstəklənməsidir. Tələbələrimiz üçün uyğun təcrübə imkanlarının yaradılması və onların əmək bazarına inteqrasiya olunmasının təmin edilməsi karyera sərgiləri təşkil olunarkən qarşıya qoyulmuş digər məqsədlər sırasında qeyd oluna bilər. Belə sərgilər sayəsində işəgötürənlərlə birbaşa əlaqədə olmaqla tələbə və məzunlarımız peşəkar ünsiyyət qurmaq təcrübəsi də əldə edirlər.

Sərgilərin mövcud şərtlər və imkanlardan asılı olaraq il ərzində bir və ya iki dəfə keçirilməsi nəzərdə tutulmuşdur.

Qeyd edək ki, Karyera Sərgisində müxtəlif şirkətlərin təmsilçiləri də potensial kadrlar seçmək imkanı əldə edirlər. 

AzMİU-nin Təcrübə və Karyera Mərkəzi müəssisələr ilə əməkdaşlıq şəraitində əmək bazarında mövcud vakansiyalar barədə tələbələrini mütəmadi olaraq məlumatlı saxlayır. Bunun üçün vakansiyalar barədə məlumatlar universitetin rəsmi internet səhifəsi, sosial şəbəkələrdəki ünvanlarında paylaşılır, həmçinin iş və təcrübə elanları tələbə və məzunların elektron poçt ünvanlarına yönləndirilir. 

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.