Magistr


Magistratura pilləsi üzrə təcrübə imkanları haqqında məlumat

Elmi-tədqiqat təcrübəsi haqqında məlumat

Təhsil Nazirliyinin standartlarına əsasən elmi-tədqiqat təcrübəsi 6 kredit təşkil edir. Belə ki, magistratura pilləsində təhsil alan bütün tələbələr tədris planında nəzərdə tutulan semestrə uyğun olaraq ixtisasları üzrə elmi-tədqiqat təcrübəsi keçməlidirlər. Tələbələr tədris ilinin 4-cü semestrində (istisna: Tikinti İqtisad fakültəsi, 060633- Memarlıq, 060634-İnşaat, 060635-Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi, 060636-Nəqliyyat tikintisi mühəndisliyi, 060637-Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi, 060638-Tikinti materialları və məmulatların texnologiyası mühəndisliyi, 060601-Materialşunaslıq mühəndisliyi ixtisasları 3-cü semestrdə) elmi-tədqiqat təcrübəsində iştirak etmək hüququna malikdirlər. Tələbələrin təcrübə müddəti 4 həftə müəyyən edilmişdir.

Elmi-tədqiqat təcrübəsinin obyektlərini əsasən AzMİU-nun kafedraları və Elmi tədqiqat müəssisələri təşkil edir.

Təcrübədə iştirak növbəti mərhələlərdən ibarətdir:
1. Gündəliyin təhvil alınması
2. Təcrübə prosesi (təcrübədə iştirak)
3. Təcrübə hesabatının yazılması və kafedraya təqdim olunması
4. Təcrübənin yekun attestasiyası
5. Gündəliyin təhvil verilməsi

Gündəliyin təhvil alınması:
Elmi-tədqiqat təcrübəsində əsas sənəd magistr tələbələri üçün hazırlanan təcrübə gündəliyi hesab olunur ki, bu da təcrübə prosesi üçün əsas uçot, davamiyyət və keyfiyyətli təlim üzrə mənimsəmə sənədi funksiyasını yerinə yetirir. Magistrantlar təcrübə keçərkən yerinə yetirdiyi tapşırıqlar, öyrəndiyi bilgilər və digər tələb olunan məsələlərlə bağlı elmi-tədqiqat təcrübəsi gündəliyinə müvafiq qeydlər aparırlar. 

Təcrübənin yekun attestasiyası:
Yekun attestasiya elmi-tədqiqat təcrübəsinin hesabatının müdafiəsi formasında elmi rəhbərlərin iştirakı ilə təqdim olunmuş müvafiq sənədlər əsasında ixtisas kafedralarında keçirilir. Bu məqsədlə ixtisas kafedrasında 3 nəfərdən az olmayaraq attestasiya kommisiyası yaradılır. Kommisiyanın tərkibinə ixtisas kafedrasının müdiri /sədr/, elmi-tədqiqat təcrübəsinin rəhbəri və ixtisas kafedrasının müəllimləri sırasında üzv və üzvlər daxil edilir. Yekun attestasiyada hesabatın müdafiəsi zamanı magistrant elmi-tədqiqat təcrübəsi zamanı əldə olunan nailiyyətlərlə çıxış etməli, özünün qazandığı yeni təcrübi bilikləri təqdim etməlidir. Elmi-tədqiqat təcrübəsinin yekunları differensial məqbul formatında yüzballı sistem üzrə qiymətləndirilir və nəzəri təlim qiymətləri ilə eyni səviyyədə götürülür. Yekun attestasiyasının nəticələri magistrantlar tərəfindən hazırlanmış hesabat materiallarının keyfiyyəti və həcminə müqabil olaraq təcrübə proqramı və fərdi iş planının (tapşırığı) yerinə yetrilməsi səviyyəsi ilə müəyyən edilir.

Gündəliyin təhvil verilməsi:
Yekun attestasiya bitdikdən və qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra tələbə təcrübə gündəliyini müvafiq ixtisas kafedrasına təhvil verməlidir.

 

Elmi-pedaqoji təcrübə haqqında məlumat

Təhsil Nazirliyinin standartlarına əsasən elmi-pedaqoji təcrübə 6 kredit təşkil edir. Belə ki, magistratura pilləsində təhsil alan bütün tələbələr tədris planında nəzərdə tutulan semestrə uyğun olaraq ixtisasları üzrə elmi-pedaqoji təcrübə keçməlidirlər. Tələbələr tədris ilinin 4-cü semestrində (istisna: Tikinti İqtisad fakültəsi, 060633- Memarlıq, 060634-İnşaat, 060635-Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi, 060636-Nəqliyyat tikintisi mühəndisliyi, 060637-Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi, 060638-Tikinti materialları və məmulatların texnologiyası mühəndisliyi, 060601-Materialşunaslıq mühəndisliyi ixtisasları 3-cü semestrdə) elmi-pedaqoji təcrübədə iştirak etmək hüququna malikdirlər. Təcrübə kafedra müdirinin müəyyən etdiyi ixtisas müəllimlərinin dərslərində aparılmalı və elmi rəhbərin nəzarəti altında həyata keçirilməlidir. Bir magistrant bir ixtisas müəlliminə təhkim oluna bilər.

Təcrübədə iştirak növbəti mərhələlərdən ibarətdir:
1. İştirak edəcəyi dərslərin qrafikinin təsdiqi
2. Dərslərdə aktiv və passiv iştirak
3. Açıq dərsin təşkili
4. Hesabatın yazılması
5. Təcrübə sənədlərinin təhvili
6. Qiymətləndirmə prosesi

İştirak edəcəyi dərslərin qrafikinin təsdiqi
Tələbə iştirak edəcəyi dərslər haqqında məlumatı kafedra müdirinin və elmi rəhbərin imzası ilə təsdiq olunmuş cədvəl formasında (forma tələbəyə öncədən göndəriləcək) Tədris-metodiki şöbəyə təqdim etməlidir.

Dərslərdə aktiv və passiv iştirak və açıq dərsin təşkili
Tələbənin 4 həftəlik təcrübəsi həftədə minimum 2 dərs, ilk 2 həftə passiv dərs, sonrakı 2 həftə isə aktiv dərs formasında olur. 4-cü həftədə olan aktiv dərslərin biri təcrübə komissiyasınıın iştirakı ilə açıq dərs şəklində keçirilir və təcrübə komissiyası tərəfindən qiymətləndirilir.

Təcrübə sənədlərinin təhvili
Tələbə təcrübə dövründə tədris prosesinin gedişatını, öz fəaliyyətini, aktiv dərslərin təşkili prosesini Həftəlik təcrübə gündəliyində yazmalıdır. Həftəlik təcrübə gündəliyi hər həftənin sonunda ixtisas muəllimi və elmi rəhbərin adı, soyadı, həmin şəxsin imzası ilə təsdiqlənir. İmzası olmayan, üzərində pozuntu olan Həftəlik Təcrübə Gündəliyi qəbul edilmir. Təcrübə sənədləri sayılan Həftəlik Təcrübə Gündəlikləri, Qiymətləndirmə vərəqi və yekun hesabat təcrübə dövrü (1 ay) başa çatdıqdan sonra 10 gün ərzində Tədris-metodiki şöbəyə təqdim edilməlidir.

Qiymətləndirmə prosesi
Tələbənin təcrübə dövründəki fəaliyyəti aşağıdakı göstəricilərə əsasən aparılır:
- Həftəlik blanklar - 10 bal
- Qiymətləndirmə blankı - 10 bal
- Açıq dərsin qiymətləndirməsi - 50 bal
- Hesabat - 30 bal
- Çatışmayan göstəricilər “0” (sıfır) olaraq qiymətləndirilir.
 

Rəhbərin rəyi: Təcrübə dövrü başa çatdıqdan sonra ixtisas müəllimi magistr-tələbənin fəaliyyətini “Magistrantın gündəliyi”-ni dolduraraq qiymətləndirir. İmzası olmayan və üzərində pozuntu olan gündəlik qəbul edilmir. Təcrübəni müvəffəqiyyətlə tamamlayan magistrantlar tədris prosesinin növbəti mərhələsinə davam edə bilərlər. Təcrübə keçməyən magistrantlar isə dissertasiya işinin müdafiəsinə buraxılmırlar.























11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]