Mexanika mühəndisliyi
MEXANİKA MÜHƏNDİSLİYİ İXTİSASININ TƏSVİRİ
Mexanika Mühəndisliyi, əsas fizika prinsipləri və material texnologiyalarından istifadə edərək mexaniki sistemlərin dizaynı, təhlili, istehsalı və saxlanması üzərində işləyən, fiziki hadisələri riyazi olaraq modelləşdirərək problemlərə analitik həllər təklif edə bilən ümumi mühəndislik sahəsidir. Bu ixtisasda magistr təhsili sənaye və elmi-tədqiqat müəssisələrində dizayn, istehsal və tədqiqat müəssələrində uğurla iştirak edə bilən, komanda işinə meyilli, sosial, iqtisadi və etik düşüncəyə malik olan, mühəndislik prinsiplərinə həssaslıqla yanaşan mühəndislərin yetişdirilməsi hədəflənir.
Magistratura mərkəzinin mexanika ixtisasının məqsədi sürətlə inkişaf edən elm və texnologiyanın tələb etdiyi bilikləri təmin etmək və tədqiqat və inkişaf bacarıqlarına malik mühəndislər hazırlamaqdır.
Magistr mexanika mühəndisi adını qazanmış məzunlarımız, milli və beynəlxalq sahədə qarşıya çıxan elmi və texnoloji problemlərin həlli yolları hazırlamaq üçün bilik və bacarıqlar əldə etməklə yanaşı, milli və beynəlxalq səviyyədə elmi nəşrlərin hazırlanmasında təcrübə qazanırlar.