Geodeziya və xəritəçilik mühəndisliyi
GEODEZİYA VƏ XƏRİTƏÇİLİK MÜHƏNDİSLİYİ İXTİSASININ TƏSVİRİ
Geodeziya və xəritəçilik mühəndisliyi ixtisasında geodeziya mühəndisliyinin əsası tələblərə nəzəri və tətbiqi biliklərlə keyfiyyətli təhsil verilməsidir. Bu ixtisas üzrə magistr təhsili alan tələbələr özünü yeniləyən, liderlik və əməkdaşlıq bacarıqlarına sahib olan, layihələrdə fəal iştirak edən, müasir peşəkar avadanlıq və kompüter texnologiyalarından səmərəli istifadə edən, əsas proqram təminatı inkişaf etdirən, öz həllərini yazılı şəkildə hər kəsə izah və müdafiə edən mühəndislərdir. Mühəndislər şifahi və vizual ünsiyyət üsullarını effektiv şəkildə yerinə yetirməli, işlərini peşəkar və etik məsuliyyətlər çərçivəsində həyata keçirməlidir.