Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi
MÜHƏNDİS SİSTEMLƏRİ VƏ QURĞULARIN TİKİNTİSİ MÜHƏNDİSLİYİ İXTİSASININ TƏSVİRİ
Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi ixtisası üzrə magistr nəzəri prinsip və tədqiqat metodları haqqında ümumi təsvirə və geniş biliyə malik olmalı, peşə hazırlığı tələb edən elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalı, peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll etməyi bacarmalıdır.
Magistratura mərkəzində mühəndis sistemləri və qurğularının tikintisi mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr mühəndis sistemlərini və qurğularını layihələndirmək qabiliyyətinə malik olmaqla yanaşı, mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi sahəsi üçün mövcud olan müasir kompüter proqramlarını mənimsəmək, kompüter qrafiki vasitələrdən istifadə etmək və eksperimental layihə modellərini tətbiq etmək prinsiplərinə yiyələnməktədirlər.