İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi


Tədris planı

İNFORMASİYA TEXNOLOGİYALARI VƏ SİSTEMLƏRİ MÜHƏNDİSLİYİ İXTİSASININ TƏSVİRİ

Magistratura mərkəzinin informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasının məqsədi tələbələrə əməliyyat sistemləri, kompüter şəbəkələri, məlumatların təhlükəsizliyi, orta və yüksək səviyyəli proqramlaşdırma kimi kompüter mühəndisliyinin əsasları haqqında biliklər verməkdir. İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi proqramının məzmunu, inkişaf etməkdə olan informasiya sektoru üçün şəbəkə texnologiyaları, məlumatların emalı infrastrukturu və idarə edilməsi, baza sistemləri, internet proqramlaşdırma və mobil texnologiyalar, eləcə də məlumatların öyrənilməsi kimi sahələrdə həllərin işlənib hazırlanmasına imkan yaratmaq üçün nəzərdə tutulmuşdur.

İnformasiya texnologiyaları və sistemləri məlumatı toplamaq, emal etmək, saxlamaq, şəbəkələr vasitəsilə bir yerdən digər yerə ötürmək və istifadəçilərə təqdim etmək üçün istifadə olunan bütün texnologiyalar, o cümlədən rabitə və kompüterləri əhatə etməktədir. İnformasiya texnologiyası rabitə və kompüter sistemləri ilə birləşdirilə bilən bütün informasiya xidmətləri üçün istifadə olunan anlayışdır.























11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]