İKT mərkəzi


İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzinin əsas məqsədi müasir tələblərə cavab verən informasiya sistemlərinin yaradılması və daim inkişaf etdirilməsidir. Mərkəz akademik və  tədris köməkçi heyətin informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyələrinin artırılması və elektron idarəçilik üzrə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində daim fəaliyyət göstərir. Bu məqsədlə Mərkəz tərəfindən peşəkar müəllimlərin və təlimçilərin dəstəyi ilə İT Biliklərinin artırılamsına şərait yaratmaq üçün mütəmadi treyninqlər təşkil edilir.
Mərkəzin tabeliyində Proqram Təminatı və Texniki Dəstək şöbələri fəaliyyət göstərir.
Proqram Təminatı Şöbəsinin artıq 7 ildir istifadəyə verdiyi “Elektorn Universitet Sistemi”, “E-jurnal” və “Tələbə kabineti” elektron sistemləri sayəsində artıq universitet-müəllim, universitet-tələbə, müəllim-tələbə münasibətləri elektronlaşdırılmışdır. Şöbənin əsas hədəfi avtomatlaşdırmadan kənar qalan sahələri müəyyən etmək və avtomatlaşdırma prosesinə cəlb etməkdir.
Texniki Dəstək Şöbəsinin fəaliyyəti internet şəbəkəsinin, həmçinin şöbənin nəzarətində olan texniki bazanın daim etibarlı və davamlı fəaliyyətini təmin etmək üzərində qurulmuşdur. Bununla bağlı şöbəyə daxil olan müraciətlər elektronn sistemdə qeydə alınır və yerində baxış keçirilərək müvafiq tədbirlər görülür.

İKT mərkəzinin direktoru

Talıbzadə Sərxan Şirhəsən 


Proqram Təminatı Şöbəsinin rəhbəri 

Orucov Orxan Şəmşir

 

Texniki Dəstək Şöbəsinin rəhbəri

Süleymanov Sənan İsa

 

Ünvan: Bakı – 1073, A. Sultanova küçəsi 11, əsas tədris korpusu, 3-cü mərtəbə 303-cü otaq

Telefon: daxili 565

E-mail: [email protected]

 























11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]