Texnoloji maşın və avadanlıqlar mühəndisliyi
TEXNOLOJİ MAŞIN VƏ AVADANLIQLAR MÜHƏNDİSLİYİ İXTİSASININ TƏSVİRİ
Toxnoloji maşın və avadanlıqlar mühəndisliyi mühəndisliyin ən böyük və köklü sahələrindən biridir. Bu şöbəni bitirən mühəndislər enerji, materiallar və mexaniki prinsiplərdən istifadə edərək hər cür maşın və avadanlıqları layihələndirib istehsal edir, texnologiya və sənayeni istiqamətləndirən sistemlər hazırlayırlar. Toxnoloji maşın və avadanlıqlar mühəndisliyi ölkəmizdə milli və yerli məhsulların istehsalında ən çox ehtiyac duyulan mühəndislik sahələrindən biridir. Magistratura mərkəzinin toxnoloji maşın və avadanlıqlar mühəndisliyi ixtisasında veriləcək təhsilin əsas prinsipləri; universal standartlarda təhsil vermək, bölgə və ölkə iqtisadiyyatına töhfə vermək, cəmiyyətin və bəşəriyyətin xeyrinə çalışmaq və araşdırmalarını texnologiyaya gətirmək.
Dünyada texnologiyanın sürətli inkişafı təhsilin əhəmiyyətini ortaya qoyur. Bu gün yerli və milli Toxnoloji maşın və avadanlıqlarının və yüksək əlavə dəyəri olan məhsulların istehsalında yüksək mexaniki mühəndislərə ehtiyac vardır. Ölkəmizin yüksəlişinə paralel olaraq universitetimiz də sürətlə böyüyür və inkişaf etməktədir.