Layihələrin idarə olunması

Layihələrin idarə edilməsi kafedrası haqqında
 
Layihələrin idarə edilməsi kafedrası Azərbaycan Memarlıq və İnşaat Universitetinin Elmi Şurasının 14.07.2023-cü il tarixli qərarı ilə Magistratura Mərkəzinin nədnində yaradılmışdır. Kafedranın yaradılmasının əsas məqsədi Magistratura səviyyəsində tələbələrə layihələrin idarə edilməsi bacarıqlarının təkmilləşdirilməsi və inkişaf etdirilməsi, savadlı layihə meneceri kimi yetişmələrinə töhvə verməkdir. Kafedranın heyəti 1 professor, 1 professor əvəzi, 1 baş müəllim, 4 müəllim, 5 saathesabı və 1 baş laborantdan ibarətdir. Baza olaraq İMPA standartları və  AzPMA  konsepsiyası əsasında yaradılan kafedrada aşağıdakı fənnlər tədris olunur: 

Payız semestri üzrə :  

  • “Təşkilatı davranış”;  

  • “Tədqiqat metodları”;  

  • “Layihələrin idarə edilməsi”;   

  • “İnşaat layihələrinin idarə edilməsi”;   

  • “Layihələrin idarə edilməsinin əsasları”;  

  • “Biznes analizi və qərarların qəbul edilməsi”;  

  • “Layihələrin idarə edilməsi üzrə beynəlxalq standartlar”;   

  • “İnvestisiya layihələrin idarə edilməsi (İnşaat sektorunda)”;   

  • “İnvestisiya layihələrin idarə edilməsinin təşkilatı əsasları”;   

  • “Layihə idarəçiliyində təchizat kontraktlar və hüquqi aspektlər”;   

  • “Layihələrin ekspertizası və auditi, biznes-planlaşdırma nəzəriyyəsi və praktikası”;

  • “Layihələrin idarə edilməsi üzrə beynəlxalq standartlar.Layihələrin idarə edilməsinin əsasları” fənləridir.  

Yaz semestri üzrə tədris ediləcək fənlər isə aşağıdakı kimidir:  

  • “Layihələrin idarə edilməsi ”;  

  • “İnsan resurslarının idarə edilməsi”;  

  • “Tikinti layihələrinin idarə edilməsi”;  

  • “İnşaat layihələrində keyfiyyətin idarə edilməsi”;

  • “Layihələrdə risklər və imkanların idarə edilməsi”;

  • “Layihə ofisinin idarə edilməsi. Layihə komandası”;

  • “İdarəetmədə münaqişələr və onların həlli yolları”; 

  • “Tikintinin idarə edilməsində müqavilə münasibətləri”;

  • “Layihələrin idarə edilməsində Data və biliklər bazası”;

  • “Proqramların, portfellərin və layihələrin idarə edilməsi”;

  • “Regionların inkişafı layihələri və onların idarə edilməsi”;

  • “Layihələrin idarə edilməsində informasiya texnologiyaları”; 

  • “Layihələrin idarə edilməsində kommunikasiya, psixologiya və liderlik ”;

  • “Rəqəmsal ticarət və sahibkarlıq üzrə layihələr və onların idarə olunması”;

  • “Layihələrin idarə edilməsində satınalmalar, müqavilələr və hüquqi aspektlər” fənləridir. 

Kafedra heyəti

 Babayev İqbal Alıcan oğlu

 Kafedra müdiri

 Qurbanov Elşən Mahmud oğlu

 Abdullayev Rasim Soltanağa oğlu

 Həsənov Kənan Kamran oğlu

 Axundova Fatimə Əjdər qızı
 
 Vaqifli Jalə Cəlal qızı

 Muradov İsa İbadulla oğlu

 İmamquliyeva Günel Səlim qızı

 Bəşirov Samir Fəxrəddin oğlu

 Bağırov Rəşad Bəhruz oğlu

 Quluzadə Selcan Elşən qızı

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.