“Su Təsərrüfatı və Suyun Ekologiyası” laboratoriyası


“Su Təsərrüfatı və Suyun Ekologiyası” laboratoriyası

       

       

2015-ci il 20 noyabr tarixindən etibarən Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində dövlət büdcəsi tərəfindən maliyyələşdirilən “Su Təsərrüfatı və Suyun Ekologiyası” laboratoriyası fəaliyyət göstərir. Su resurslarından kompleks istifadə məqsədiylə problem laboratoriyasının qarşısında duran əsas məsələlər bunlardır:
 

  • Suya qənaət edən mütərəqqi texnika və texnologiyaların tətbiqi üçün Abşeron şəraitində sınaq bazasının yaradılması (1 hektar sahədə laboratoriya korpusunun tikilməsi avadanlıqlar və suvarma texnikaları nəzərdə tutulur);
  • Su təminatını həyata keçirmək üçün müvafiq hidrotexniki qurğuların tikilməsi;
  • Suya qənaət edən mütərəqqi texnika və hidrotexniki qurğulardan istifadə edərkən ətraf mühitə və ekologiyaya təsirinin öyrənilməsi;
  • Su və torpaq resurslarından səmərəli istifadə və onların idarə edilməsi xarici investisiya layihələrinin problem laboratoriyaya cəlb edilərək tədqiqat aparılması nəzərdə tutulur.

 

  • bərabər bakalavr, magistr, doktorantların praktiki təcrübə və sınaq işlərinin də laboratoriyada həyata keçirilməsi nəzərdə tutulur.   

Hal-hazırda laboratoriyanın heyyəti üç nəfərdən ibarətdir: 
-    Laboratoriya rəhbəri - E.R.Atababayev, k.t.e.n; 
-    Elmi işçi- N.A.Qasımova; 
-    Laborant- Əliyeva P.R.  

 
 























11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]