PR və Media bölməsi


        PR & Media (əvvəlki Mətbuat və informasiya) şöbəsi 2017-ci ilin yanvar ayında yaradılıb. Rektorluq yanında fəaliyyət göstərən şöbə kütləvi informasiya vasitələri ilə işgüzar əlaqələr yaradır və ictimaiyyəti universitetlə bağlı yeniliklərlə məlumatlandırır. Eyni zamanda professor-müəllim heyəti  və tələbələri universitetdə görülən işlər, qarşıda duran vəzifələrlə tanış edir.  Şöbə öz fəaliyyətində “Təhsil haqqında”, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası  qanunlarını,  AzMİU-nun Nizamnaməsini və digər normativ-hüquqi aktları rəhbər tutur. 
        Şöbə  ictimai təşkilatlarda, Kütləvi İnformasiya Vasitələrində, o cümlədən digər təhsil müəssisələri və ayrı-ayrı vətəndaşlarla əlaqədə universitetin  maraqlarının təmsilçisi kimi çıxış edir. 
Şöbənin əsas vəzifəsi universitetin elm, təhsil və digər ictimai faydalı fəaliyyətini təbliğ etmək; tədris və elmi nailiyyətləri yerli media orqanlarında, saytlarda, televiziya verilişlərində işıqlandırmaq; universitetdə keçirilən tədbirlərlə bağlı press-relizlər hazırlamaq; Azərbaycan, rus və ingilis dillərində olmaqla gündəlik xəbərləri AzMİU-nun saytına yerləşdirmək; universitetin fəaliyyəti ilə bağlı Kütləvi İnformasiya Vasitələrində yayımlanan və həqiqətə uyğun gəlməyən  məlumatlarla bağlı zəruri hallarda universitetin strukturlarının iştirakı ilə cavab hazırlamaq və təhrif olunan halların aradan qaldırılması üçün tədbirlər görmək, habelə universitetin dövlət, ictimai və işgüzar strukturlarla əməkdaşlığına yardım etməkdir. 
        Mətbuat və informasiya şöbəsi universitetin rəsmi mətbu orqanı olan “İnşaatçı kadrlar” qəzetinin işinə də yardımçıdır. Çoxtirajlı “İnşaatçı kadrlar” qəzeti 1983-cü ildən  nəşr olunur. Ötən bu illər ərzində qəzet universitetdə aparılan təlim-tərbiyə işində, tələbə gənclərimizin vətənpərvərlik ruhunda böyümələrində rektorluğa, professor-müəllim heyətinə və fakültə dekanlıqlarına həmişə yaxından köməklik göstərib və bu gün də göstərir. 
       “İnşaatçı kadrlar” qəzetinin səhifələrində dərc olunan materialların əsas məzmununu universitetdə təhsil alan  tələbə gənclərin təlim-tərbiyə məsələləri, milli təhsilimizin uğurları, Azərbaycan xalqına mənsubluq, Vətənə bağlılıq, milli həmrəylik və azərbaycançılıq kimi duyğu və ideyalar təşkil edir. 
Qəzetin hər nömrəsində tələbə və müəllimlərimizin elmi uğurlarına, Azərbaycan dilinin saflığına, mənəviyyatımızın paklığına, habelə ölkə başçımızın daxili və xarici siyasətini dəstəkləyən yazılara həmişə geniş yer verilir. Qəzetin fəaliyyətinə universitet rəhbərliyi tərəfindən də həmişə diqqət və qayğı göstərilir. 
PR & Media şöbəsi “İnşaatçı kadrlar” qəzeti ilə birlikdə universitetdə keçirilən mühüm əhəmiyyətli tədbirlərdən hazırladığı xəbərləri, fotoşəkilləri internet saytı vasitəsilə ölkə ictimaiyyətinə operativ çatdırır.

Ünvanımız: AZ 1073, Bakı şəhəri, Ayna Sultanova küçəsi, 11.
I saylı tədris binası,  II mərtəbə, 213-cü otaq.   
Telefon: (+994 12) 539 10 45 (6-08), (5-43) 
E-poçt: [email protected], [email protected]


                                                     

 























11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]