Fizika və kimya kafedrası


"Fizika və Kimya" kafedrası haqqında

Nəqliyyat fakültəsinin "Fizika və Kimya" kafedrası 30.09.2021-ci ildə yaradılmışdır, bundan əvvələ qədər "Fizika" və "Kimya" kafedraları kimi ayrı-ayrılıqda fəaliyyət göstərmişdir. Hər iki kafedranın əsası 1950-ci ildə Ç. İldırım adına AzPİ-də qoyulmuş və kafedranın elmi-pedaqoji heyəti 1975-ci ildə yeni yaranmış AzİMİ-yə (indiki AzMİU) köçürülmüşdür. 

Hal-hazırda kafedrada 28 əməkdaş (3 professor, 2 fəxri professor, 10 dosent, 1 baş müəllim, 4 assistent, 7 texniki və 1 elmi işçi) fəaliyyət göstərir. Fizika və Kimya bölmələrində aşağıdakı fənlər tədris olunur:

Fizika bölməsi üzrə tədris olunan fənlər:

  1. Fizika
  2. Fizikanın əsasları
  3. Ümumi və tətbiqi fizika
  4. Materialların fizikası
  5. Dövrələr nəzəriyyəsi ½
  6. Elektrotexnika və elektronikanın əsasları
  7. Fizika-1 və fizika-2 (elektrik)

Kimya bölməsi üzrə tədris olunan fənlər:

  1. Kimya
  2. Ümumi kimya-1 (Qeyri-üzvi kimya)
  3. Ümumi kimya-2 (Üzvi kimya)
  4. Ümumi kimya
  5. Analitik kimya və instrumental analiz
  6. Fiziki kimya
  7. Ətraf mühitin kimyası və toksikologiyanın əsasları
  8. Fiziki və analitik kimya

                                         

               























11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]