Nəqliyyat mühəndisliyi
Nəqliyyatın əsas vəzifəsi təsərrüfatların və əhalinin yük və sərnişin daşımalarına olan tələbatının tam, vaxtında və keyfiyyətlə ödənilməsi, nəqliyyat sisteminin işinin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsidir.
Bunun üçün də qeyd etdiklərimizi vaxtında və düzdün yerinə yetirilməsi üçün nəqliyyat vasitələrində imtinaların vaxtında aradan qaldırılması, hərəkətinin düzgün və səmərəli təşkil etmək üçün ixtisasın qarşısına qoyulan əsas məsələdir.
Bu ixtisası bitirən mütəxəsis nəqliyyat istismar işini tətbiqini, təşkilində inzibati, texniki, texnoloji, nəzəri və praktik məsələlərin həllini, texniki-iqtisadi təhlillər aparmağı, bu sahədə kompüter texnikası və texnologiyalalarını tətbiq etməyi bacarır. Eyni zamanda, lazımi material ehtiyatlarının planlaşdırılması, yaradılması və saxlanması, nəqliyyat növünün nəqliyyat vasitəsinin seçilməsi, və monitorinqi, praktiki vərdişlər əldə edir. Qısası nəqliyyat prosesinin texniki və hərəkətinin texniki təşkilinin aparılması üçün lazım olan bütün bilikləri bilməlidir.