Geomatika kafedrası


Geomatika  kafedrası

Kafedra 1950-ci ildə Azərbaycan Politexnik İnstitutunun nəzdində yaranıb.  Bu kafedranın təşkilatçısı Leninqrad şəhərindən dəvət olunmuş istedadlı alim L.İ.Lipman olmuşdur. 1976-cı ilə qədər kafedraya Azərbaycan dilində nəşr olunmuş ilk “Geodeziya”, “Mühəndis geodeziyası kursu” dərsliklərinin müəllifi, dos. M.N.Şəfiyev rəhbərlik etmişdir. 1975-ci ildə Zaqafqaziya regionunda ilk dəfə AzPİ-də yeni “tətbiqi geodeziya” ixtisasının açılması “Mühəndis geodeziyası” kafedrasının geniş profilli bir kafedraya çevrilməsində mühüm rol oynamışdır. Elə həmin vaxtdan AzMİU-nin tərkibində fəaliyyətə başlayan kafedra yalnız Azərbaycan deyil, keçmiş SSRİ üçün yüzlərlə yüksək ixtisaslı kadrlar hazırlamışdır. 1976-1981-ci illərdə kafedraya dos. Ş.Q.Mustafayev rəhbərlik etmiş və onun əməyi sayəsində kafedra üçün yüksək ixtisaslı kadrlar yetişdirilmişdir. 1981-1998-ci illərdə isə kafedraya t.e.n., dosent A.M.Mütəllimov rəhbərlik etmişdir.

Kafedranın əməkdaşları “Geodeziya və kartoqrafiya”, “Mühəndis geodeziyası”, “Geodeziya. Aeroçəkiliş” kimi ümumittifaq jurnallarında 120-dən artıq məqalə çap etdirmişlər. Keçən dövr ərzində kafedra əməkdaşları tərəfindən dövlət büdcəsi hesabına iki mühüm əhəmiyyətli elmi iş hazırlanmış və tətbiq olunmaq üçün istehsalata göndərilmişdir. Kafedra respublikada “Geodeziya və xəritəçəkmə” istiqaməti üzrə əsas baza hesab olunur. Hazırda kafedranın 3 professoru, 2 dosenti, 13 baş müəllimi, 4 assistenti və  2 nəfər tədris köməkçi heyəti vardır və kafedraya f.r.e.n., dos. S.A.Qəniyeva rəhbərlik edir.

 























11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]