Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi


Tədris planı
Təhsil proqramı

Logistika qarşısında qoyulmuş məqsədlərə optimal resurs məsrəfləri ilə çatmaq üçün bir mənbədən son istehlakçıya qədər material, informasiya və maliyyə axınlarının təşkil edilməsi, idarə edilməsi və hərəkətinin optimallaşdırılması ilə bağlı elmi və praktik fəaliyyətdir. Nəqliyyatın isə əsas vəzifəsi təsərrüfatların və əhalinin yük və sərnişin daşımalarına olan tələbatının tam, vaxtında və keyfiyyətlə ödənilməsi, nəqliyyat sisteminin işinin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsidir. Bu ixtisası bitirən mütəxəssis logistika və nəqliyyat texnologiyalarının tətbiqini, onların təşkilində inzibati, texniki, texnoloji, nəzəri və praktik məsələlərin həllini, texniki-iqtisadi təhlillər aparmağı, bu sahədə kompüter texnikası və texnologiyalalarını tətbiq etməyi bacarır. Eyni zamanda, logistikanın funksional sahələrində müxtəlif işlərə aid (lazımi material ehtiyatlarının planlaşdırılması, yaradılması və saxlanması, nəqliyyat növünün nəqliyyat vasitəsinin seçilməsi, malın çatdırılmasının planlaşdırılması və monitorinqi, anbarın yerləşdirilməsi variantının seçilməsi, anbar emalının idarə edilməsi, qablaşdırma, material axınlarının hərəkəti haqqında məlumatların toplanması və s.) praktiki vərdişlər əldə edir. Bütün texnologiya xəttinin maraqlananlar üçün uyğundur.























11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]